Icma.az
close
up
RU
Milyarder ifrat sağçıları hakimiyyətə gətirməyə çalışır

Milyarder ifrat sağçıları hakimiyyətə gətirməyə çalışır

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Milyarder iş adamı İlon Maskın ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasını “Almaniya üçün son ümid” kimi təsvir etməsi Almaniyada ciddi mübahisələrə səbəb olub.
Reyting.az
-ın məlumatına görə, İlon Mask “Welt am Sonntag” qəzetində dərc olunan məqaləsində ifrat sağçıları Almaniya üçün son ümid kimi qələmə verib.
Almaniya Sosial Demokrat Partiyasının (SPD) baş katibi Matias Mierş qəzetin bağlı olduğu “Springer” nəşriyyatının Maska hətta AfD-nin seçki reklamları üçün platforma təklif etməsinin “utancverici və təhlükəli” olduğunu bildirib.
Xarici milyarderlərin demokratik dəyərlərə xələl gətirən partiyaları dəstəkləməsinin qəbuledilməz olduğunu qeyd edən Mierşin sözlərinə görə, Almaniyanın heç bir xarici müdaxiləyə və həddindən artıq sağçı mövqelərinə dəstək lazım deyil.
Yaşıllar Partiyasının seçki kampaniyasının lideri Andreas Audretç bildirib ki, texnologiya milyarderi və Çinin dövlət şirkətləri öz platformaları və böyük pulları ilə demokratiya diskursunu alt-üst etməyə çalışırlar.
İlon Maskın bunu AfD-də ifrat sağçı ekstremistlərlə əl-ələ verərək etdiyini deyən Audretç daha sonra qeyd edib: “Bu, ölkəmizdəki demokratiya və ifadə azadlığımız üçün təhlükədir”.
Onun sözlərinə görə, Maskın məqaləsindən sonra “Die Welt” qəzetinin rəy şöbəsinin rəhbəri Eva Mari Kogel və Ulf Poşardt istefa verib. Yanvarın 1-də vəzifəsinin icrasına başlayacaq Burqard azadlığını əsas gətirərək, sözügedən məqaləni müdafiə edib.
Xatırladaq ki, keçən həftə Mask sahibi olduğu “X” platformasında “Yalnız AfD Almaniyanı xilas edə bilər” demişdi. Mask daha sonra bu fikri genişləndirdi və “Axel Springer” media qrupuna məxsus “Welt am Sonntag” qəzetində qonaq köşə yazarı kimi Alman məqaləsində partiyanı “Almaniya üçün son ümid qığılcımı” kimi təsvir edib.
Onu da qeyd edək ki, Almaniya Daxili Kəşfiyyat Təşkilatı AfD partiyasını 2021-ci ildən bəri ifrat sağçı bir partiya olaraq qiymətləndirir.
E. KAMAL

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://reyting.az
archiveBu xəbər 29 Dekabr 2024 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri