Icma.az
close
up
RU
Milyarderdən dünyanı qorxudan xəbərdarlıq: “Dəccal tezliklə gələcək”

Milyarderdən dünyanı qorxudan xəbərdarlıq: “Dəccal tezliklə gələcək”

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Texnologiya milyarderi, sağçı Piter Til aylardır ki, qaçılmaz təhlükə hesab etdiyi şey - Dəccal barədə xəbərdarlıq edib.

“Cebheinfo.az” xəbər verir ki, süni intellekt investoru olan Til nüvə müharibəsi, iqlim dəyişikliyi və süni intellekt kimi ekzistensial risklərdən təhlükəsizlik vəd edən, lakin nəticədə daha da pis bir şeyə - totalitar dünya hökumətinə yol açan bir Dəccal barədə xəbərdarlıq etmək üçün Müqəddəs Kitab peyğəmbərliklərinə istinad etdiyini deyib. 

“New York Times” qəzetinin məlumatına görə, o, ideyalarına dəstək qazanmağa çalışdığı yerdə - Vatikanın "dominionu" olan Romada - Katolik Kilsəsi daxilində xristian mütəfəkkirlərinin müqaviməti ilə üzləşir.

Bu həftə  Til Dəccal haqqında dörd mühazirə oxumaq üçün Romaya gedib. Bazar günü başlayan tədbirdə onun çıxışlarını təşkil edən mühafizəkar xristian qrupuna görə, o, “gizli qüvvələrin Qərbin qalıqlarını məhv etmək niyyəti üçün amansızcasına işlədiyini" araşdırır.

Buna cavab olaraq, katoliklər son bir həftə ərzində bir neçə məqalədə Tili kəskin şəkildə qınayıblar. Til ötən il San Fransiskoda və yanvar ayında Parisdə oxşar mühazirələr oxuyub və xristian mütəfəkkirlərinin reaksiyası nisbətən az olub. 

Lakin onun Vatikana yaxınlığı bəzi Roma katoliklərini daha ciddi reaksiya verməyə sövq edib. Vatikanın süni intellekt üzrə məsləhətçisi Ata Paolo Benanti "Amerika bidəti" adlı essesində Tilin arqumentlərini "narahatedici" adlandırıb.

Ata Benanti belə deyib: “!“PayPal”, “Facebook” və məlumat analitikası firması olan “Palantir”-in təsis edilməsində əsas rol oynayan kapitalist Til öz şirkətlərinin fəaliyyətini asanlaşdırmaq üçün liberal demokratiyanın tənəzzülünü sürətləndirməyə çalışır”.

Ata Benanti hesab edir ki, Til Qərb dəyər sisteminin üç əsas komponenti olan rəqabət, texnologiya və fərdiliyi ciddi təhrif edib. 

Fransanın “Le Grand Continent” veb saytında dərc olunmuş essesində Ata Benanti  Tilə xitabən onun hərəkətlərini  vətəndaş birgəyaşayışının təməllərinə meydan oxuma" kimi təsvir edib.

Son bir həftə ərzində İtaliya yepiskopları təşkilatına məxsus “Avvenire” qəzeti Tilin vizyonunun yaratdığı təhlükə barədə xəbərdarlıq edən bir neçə məqalə dərc edib. Məqalələrdən birində onu "Amerika liberal demokratiyasının yavaş-yavaş öz modelində hazırlanmış yumşaq avtokratiyaya çevrilməsində həlledici iştirakçı" adlandırıblar. Başqa bir materialda isə onu barəsində "xaos agenti" ifadəsi işlədilib. 

Dünyəvi qruplar da etiraz ediblər. Belə ki,  Tramp əleyhinə qrup olan "Krallar yoxdur" hərəkatının İtaliya şöbəsinin üzvləri Müdafiə Nazirliyinin qarşısında toplaşıblar. Onlar Piter Tilin Romadan çıxarılmasını tələb ediblər. 

Til özü isə iddialara cavab olaraq, xristian inancının dünyagörüşünün mərkəzində olduğunu bildirib. O, evangelist xristian ailəsində böyüyüb və inancını "bir qədər heterodoks" kimi təsvir edir.

"New York Times" qəzetinin köşə yazarı Ross Douthat ötən il Tildən Dəccal haqqında soruşanda milyarder ona belə cavab verib: "Nə qədər vaxtımız var?" 

O da bildirilir ki, milyarderin Romadakı mühazirələri qismən Şimali İtaliyadan olan mühafizəkar katolik təşkilatı olan Vincenzo Gioberti Mədəniyyət Assosiasiyası tərəfindən təşkil olunub. 

İştirak dəvətnamə ilə həyata keçirilib və tədbirin keçiriləcəyi məkan olan şəhər mərkəzindəki Palazzo Orsini Taverna  mərasimə qədər gizli saxlanılıb.

Bəzi qonaqların üzərində "Müqəddəs Kitab Dəccal Konfransının qonağı" yazısı olan nişanlar taxıblar. Onların heç biri jurnalistlərin suallarını cavablandırmayıb.

Məlumat üçün bildirək ki,  Dəccal İslam dininə görə Qiyamət gününə, Mehdinin zühuruna yaxın çox nəhəng uzunqulağa minib zühur edərək insanları dindən uzaqlaşdıracaq əfsanəvi şəxsdir. Xristian dinində İsa peyğəmbərin düşməni hesab olunur. 

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: Piter Til Dəccal

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:457
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Mart 2026 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri