Icma.az
close
up
RU
Milyarderlər nə oxuyur? Cek Dorsinin siyahısı

Milyarderlər nə oxuyur? Cek Dorsinin siyahısı

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

Yual Noy Harari. “XXI əsr üçün 21 dərs”
İsrailli tarixçinin məşhur trilogiyasının «Sapiens» və «Homo Deus»dan sonra gələn üçüncü-sonuncu hissəsində yaxın keçmişin hadisələri təhlil olunaraq, yaxın gələcəklə bağlı proqnozlar verilir. Harari texnoloji yeniliklərin istər cəmiyyətin, istərsə də insanın həyatında hansı dəyişiklikləri yarada biləcəyini göstərir və mümkün təhlükələrdən qorunmaq üçün reseptlər təklif edir.
Migel Ruis. “Dörd müqavilə”
Meksikalı şaman, müəllim və yazıçı Migel Ruis bu kitabında göstərir ki, tərbiyənin insanda formalaşdırdığı şablon düşüncə tərzi onun xoşbəxtliyinə necə mane olur. Bu əngəli aşmaq üçün müəllif insana özü ilə 4 müqavilə imzalamağı təklif edir. Məsələn, sən həmişə özündən asılı olanı etməli və ehtimallar qurmamalısan. Heç bir şeyin şəxsinə qarşı yönəldiyini düşünməməlisən. Yaxşı olar ki, bunları müqavilə halına salıb, altına imza qoyasan.
Ernest Heminquey. “Qoca və dəniz”
Bu kitabın xüsusi təqdimata yəqin ki, ehtiyacı yoxdur. Qoca balıqçı Santyaqonun başına gələnlər insana təslim olmamağı, mübarizə aparmağı və məqsədə çatmaq üçün özündən asılı olan hər şeyi etməyi öyrədir. Göstərir ki, insan həm mübarizə apara, həm də özü ilə harmoniyada ola bilər. Və belə bir dərs keçir: Əgər sən həyatının ən böyük balığını tutmaq üçün dənizə çıxırsansa, gərək hər şeyə hazır olasan.
Atul Qavande. “Çek-list. Faciəvi nəticələrə aparan axmaq səhvlərdən necə yan keçmək olar”
Əksər uğursuzluqların və faciələrin kökündə insan amili durur. Ona görə də bu amilin son nəticəyə təsirini azaltmaq üçün müxtəlif metodlar mövcuddur. Onlardan birini amerikalı həkim, jurnalist Atul Qavande təklif edib. O, şəxsi intizamı həlledici amil sayır. Amma Qavande üçün “intizam” mücərrəd anlayış deyil, bir-bir yerinə yetirilməli olan bəndlərin silsiləsidir. Kitab praktik fəaliyyət üçün əla vəsait sayıla bilər.
Tariyel Həsənov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:275
embedMənbə:https://azvision.az
archiveBu xəbər 03 Noyabr 2025 00:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri