Milyardlarla pul xərcləndi, paytaxt boş qaldı Heç kim bu şəhərə getmir
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İndoneziyanın yeni paytaxtı Nusantara milyardlarla dollar vəsait xərclənərək inşa edilsə də, şəhərdə əhali sıxlığı və iqtisadi fəallıq gözlənilən səviyyəyə çatmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Qeyd olunub ki, müasir binaları, geniş bulvarları və dövlət qurumları üçün nəzərdə tutulan kompleksləri ilə diqqət çəkən şəhərin küçələrinin əsasən boş qalması müzakirələrə səbəb olub.
Belə ki, Borneo adasının meşəlik ərazisində salınan Nusantara İndoneziyanın ən böyük infrastruktur layihələrindən biri hesab olunur. Tikintisinə 2022-ci ildə başlanılan yeni paytaxtın təxminən 45 milyard dollara başa gələcəyi gözlənilir.
Layihənin əsas məqsədi ölkənin inzibati mərkəzini Cakartadan Nusantaraya köçürməkdir. Təxminən 11 milyon insanın yaşadığı Cakarta sıxlıq, nəqliyyat problemləri və digər şəhərsalma çətinlikləri ilə üzləşdiyindən paytaxtın köçürülməsi qərara alınıb.
İlkin planlara əsasən, 2029-cu ilədək Nusantarada 1,2 milyon insanın yaşaması nəzərdə tutulurdu. Lakin hazırda şəhərin əhalisinin təxminən 10 min nəfər olduğu bildirilir. Yeni yaşayış binalarında isə əsasən 1 800-ə yaxın dövlət qulluqçusu və təhlükəsizlik əməkdaşının məskunlaşdığı qeyd olunur.
Şəhərdə əhalinin az olması gündəlik həyatın mənzərəsində də özünü göstərir.
Geniş küçələrdə nəqliyyatın seyrək olması, iri dövlət binalarının və ictimai obyektlərin ətrafında sakitliyin hökm sürməsi diqqət çəkir.
Nusantaranın müasir şəhər infrastrukturu ilə təmin edilməsinə baxmayaraq, sakinlərin və biznes subyektlərinin gözlənilən sürətlə buraya köçməməsi layihənin gələcəyi ilə bağlı suallar yaradıb. (Globalinfo.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 28 Oktyabr 2026 08:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















