Icma.az
close
up
RU
Milyonçunun pulunu mənimsəyən Əbiyevin kürəkəni olub? KONKRET

Milyonçunun pulunu mənimsəyən Əbiyevin kürəkəni olub? KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milyonçu iş adamı Əbülfəz Babayevin külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyənlər – Əliyar Abbasov, Ümüd Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynovanın cinayət işinin növbəti məhkəmə hazırlıq iclası keçirilib.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əliyar Abbasovun həyat yoldaşı Sevinc Abbasova şahid qismində dindirilib.

Şahid Sevinc Abbasova təqsirləndirilən Əliyar Abbasovun həyat yoldaşı olduğunu vurğulayaraq, təqsirləndirilənlərdən Ümüd Abbasovun isə onun qaynı olduğunu deyib. Proses ilkin olaraq vəkillərin şahidə qaynı Ümüdlə aralarındakı insidentlə bağlı polisə məlumat verməsi ilə bağlı suallarla başladı.

Şahidin sualları cavablandırdığı zaman məlum olub ki, onu qaynı ilə bağlı şikayət etməsinə zərərçəkən milyonçu iş adamı Əbülfəz Babayev təhrik edib. İş adamı ilə onun əlaqələrinə gəlincə isə məlum olub ki, bu tanışlıq Sevinc Abbasovanın şəxsi təşəbbüsü ilə alınıb. Belə bir təşəbbüsün yaranması isə təqsirləndirilən Əliyar Abbasovun bahalı avtomobillər alması və ailədaxili qısqanclıq zəminində müəyyən şübhələrin ortaya çıxmasından irəli gəlib.

Təqsirləndirilənin həyat yoldaşı ifadəsində deyir: “Mən Əliyarla 18 ildir ailəliyəm. Bu ailədə olduğum müddətdə həmişə mal-qara ilə məşğul olublar. Orta səviyyədə yaşamışıq. Yoldaşım dəllallıq edirdi. Onun birdən-birə imkan əldə etməsi məndə şübhə yaratdı. Sonra bildim ki, Əbülfəz adlı şəxslə oturub-durur. Ona görə də, Əbülfəzi axtarıb tapdım, görüsdüm ki, yoldaşımdan əl çəksin. Bilirdim ki, bu pulların sonu yaxşı olmayacaq, elə də oldu”.

Vəkillərin şahidə suallarından bəlli olub ki, təqsirləndirilən Əliyar Abbasovun həyat yoldaşı milyonçu iş adamı Əbülfəz Babayevlə görüşdükdən sonra iş adamı onunla söhbət etmək üçün onu Sumqayıtdakı kafelərdən birinə dəvət edib. Kafedə bu barədə söhbət edərkən, yanındakı digər bir şəxsi də təqdim edərək, həmin adamın vəkil olduğunu deyib.

“Həmin o vəkil dediyi şəxsi sonradan mən müstəntiq olaraq gördüm. İzahatımı alırdı. Əbülfəz müəllimlə mən görüşəndə qaynım Ümüdlə aramızdakı insidenti bildi və mənə bildirdi ki, Ümüdün əleyhinə zəng edib “102” xidmətinə şikayət edim. Mən də onun dediyinə aldanıb zəng etdim, Ümüdlə aramda olan mübahisə ilə bağlı şikayət etdim”.

Zərərçəkənin vəkilinin əvvəllər mənsub olduqları mülklərlə bağlı şahidə verdiyi suallar onun təqsirləndirilən həyat yoldaşı Əliyar Abbasovun hiddətinə səbəb olub. O, prosesdə vəkilə nalayiq ifadələr işlədərək onu təhdid edib.

Təqsirləndirilənin bu hərəkəti isə hakimin göstərişi ilə onun prosesdən müvəqqəti uzaqlaşdırılması ilə nəticələnib.

Şahidin məhkəmədəki ifadələrində müəyyən ziddiyyətlər yarandığından onun ibtidai istintaqdakı ifadəsi prosesdə elan edilib.

Sevinc Abbasovanın ibtidai istintaqdakı ifadəsindən daha sonra məlum olub ki, o, bütün ifadələrini həyat yoldaşının əleyhinə verib. O, ifadəsi zamanı deyib ki, Əliyar Abbasovun Xəyalə adlı xanımla evlənməsini (hazırda Xəyalə Hüseynova da təqsirləndirilir) Tiktok sosial şəbəkəsindən xəbər tutub. Həmin xanımın paylaşımlarından bilib ki, evləndiyi şəxs onun həyat yoldaşıdır. Sevinc Abbasovanın ibtidai istintaqdakı ifadələrinin elanı zamanı o da məlum olub ki, bundan əvvəllər də digər evliliyi olub. Həmin xanımın isə sabiq müdafiə naziri Səfər Əbiyevin yaxın qohumlarından olduğu bildirilir.

Şahid ibtidai istintaqa verdiyi ifadələrlə bağlı bir çox epizodlardan xəbərinin olmadığını bildirərək, hazır sənədlərə imza atdığını deyib.

Təqsirləndirilənlərdən Xəyalə Hüseynova, Ümüd Abbasov və Məhərrəm İbrahimlinin vəkilləri müvəkkilləri barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət təqdim ediblər. Müşavirədən sonra vəsatətlər əsassız hesab edilərək qəbul olunmayıb.

Qeyd edək ki, cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Əbülfəz Babayev “Olympus” şirkətlər qrupunun təsisçisidir. Bakı-Şamaxı yolunda “Lukoil” yanacaqdoldurma məntəqəsinin sahibidir. Həmçinin bir çox tikinti layihələrində təsis payı var. İttihama görə, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olub zərərçəkənin 2 milyon 500 min manat pulunu ələ keçirib dələduzluq ediblər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusi külli miqdarda dələduzluq etmə), 193-1.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 228.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Onu da qeyd edək ki, mübahisə predmeti olan mülklərdən biri hazırda ARB telekanalının fəaliyyət göstərdiyi Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən binasıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Aprel 2025 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri