Icma.az
close
up
RU
Milyonların oyunu, milyardlıq turnir futbolda yeni era

Milyonların oyunu, milyardlıq turnir futbolda yeni era

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Klublararası dünya çempionatının formatında ciddi dəyişiklik edilsə də, bu reforma birmənalı qarşılanmasa da, yenilənmiş yarış baş tutdu. Tənqidlərə “inad” keçirilən turnir maraqlı nəticələrlə də yadda qaldı. Xüsusilə final oyunu gözlənilməz yekunlaşdı: “Çelsi” əsas favoritlərindən hesab olunan PSJ-yə böyük hesabla qalib gəldi – 3:0.

Paris klubu axırıncı dəfə 2023-cü ilin oktyabrında “Nyukasl” qarşısında bu qədər aciz qalmışdı (1:4). Son mövsümdə isə həm Fransada, həm də UEFA Çempionlar Liqasında maksimum nəticə göstərmişdi. “Çelsi” isə Avropanın səviyyəcə üçüncü yarışı - Konfrans Liqasının qalib olmuş və İngiltərə Premyer Liqasında 4-cü pilləni tutmuşdu. London təmsilçisi finala taktiki baxımdan daha ciddi yanaşıb, rəqibini yaxşı təhlil etməklə layiqli qələbə qazandı.

Klubların mundialı əslində əvvəllər keçirilən Qitələrarası kubokun davamı hesab edilir. Sözügedən yarışda Avropa və Cənubi Amerikanın ən güclü komandası üz-üzə gəlirdi. Qitələrarası kubokla bağlı bizim üçün maraqlı məqamlardan biri də budur ki, 1972-ci ildə Argentinada baş tutan “İndependiente” – “Ayaks” qarşılaşmasını məşhur azərbaycanlı hakim Tofiq Bəhramov idarə etmişdi.

FIFA-nın 2000-ci ildə start verdiyi klublararası dünya çempionatına, əsasən, hər qitədən bir komanda və təşkilatçı ölkənin bir təmsilçisi olmaqla 7 iştirakçı qatılırdı. Ancaq 2025-ci ildən etibarən yarış 32 komandalı formata keçdi. İndi o, dörd ildən bir keçiriləcək və hər il baş tutacaq Qitələrarası kubok da paralel şəkildə davam etdiriləcək.

Yarışla bağlı əsas narazılıqlar futboldakı sıx təqvimlə əlaqədardır. İndi bir mövsüm ərzində oyunçuların 60-dan çox rəsmi matçda çıxış etmələri qeyri-adi hal sayılmır. Az qala hər yay bir böyük turnir keçirilir: 2024-cü ildə Avropa birinciliyi, indi klubların mundialı, 2026-cı ildə isə aparıcı futbolçuları ilk dəfə 48 milli komandanın qatılacağı dünya çempionatı gözləyir.

ABŞ-də keçirilən yarış həm hava şəraiti, həm də təşkilati məsələlər baxımından bəzi problemlərlə üzləşdi. Bir neçə matçda fırtına təhlükəsindən dolayı uzun fasilələr verildi, bilet satışları isə gözlənilən səviyyədə olmadı. Bu səbəbdən qiymətlər aşağı salındı. Rəsmi göstəricilərə görə, stadionlarda ümumi tamaşaçı sayı 2 milyon yarıma yaxın olub ki, bu da hər oyuna orta hesabla 39 557 nəfər deməkdir. Müqayisə üçün Qətər-2022-də bu rəqəm 53 191, AVRO-2024-də isə 52 574 idi.

Meydandakı rəqiblər arasında səviyyə fərqi məhsuldarlığa da təsir etdi – turnirin hər oyununda orta hesabla 3,1 qol vuruldu. Oxşar göstərici milli komandalar arasında keçirilən mundiallarda sonuncu dəfə 1958-ci ildə müşahidə olunmuşdu (3,6 qol). Səkkiz və daha çox iştirakçının qatıldığı Avropa çempionatlarında isə bu səviyyədə məhsuldarlıq qeydə alınmayıb.

Ən çox qazananlar isə təbii ki, klublar oldular. Müqayisə üçün, UEFA Çempionlar Liqasında aparıcı komandalar bir oyuna orta hesabla 10 milyon ABŞ dollarından az gəlir əldə edir. Yeni formatlı mundialda bu rəqəm bəziləri üçün hətta 15 milyon dolları ötdü.

Ümumi mükafat fondu 1 milyard dollar təşkil edirdi. “The Swiss Ramble”ın məlumatına görə, yeddi komandanın gəliri 50 milyon dollardan yüksək oldu: “Çelsi” ümumilikdə 114,6 milyon, PSJ 106,9 milyon, “Real Madrid” 82,5 milyon, “Fluminense” 60,8 milyon, “Bayern” 58,2 milyon, “Borussiya Dortmund” 52,3 milyon və “Mançester Siti” 51,7 milyon dollar məbləğində qazanc əldə etdi. Hətta böyük hesablarla uduzan və əsasən həvəskar oyunçulardan ibarət “Oklend Siti” belə turnirdən 4,6 milyon dollarla ayrıldı.

Növbəti mundialın 2029-cu ildə baş tutacağı artıq məlumdur. Amma harada keçiriləcəyi hələ dəqiqləşməyib. Namizəd ölkələr arasında yenə ABŞ, həmçinin Avstraliya, Braziliya, Qətər, eləcə də DÇ-2030-a ev sahibliyi edəcək İspaniya, Portuqaliya və Mərakeş üçlüsü var. Gələcək iştirakçılardan bəziləri isə artıq bəllidir: bu il öz qitələrində ən güclü olan “Əl-Əhli” (Səudiyyə Ərəbistanı), “Piramids” (Misir), “Kruz Azul” (Meksika) və yenə PSJ.

Turnirin genişləndirilməsi futbolçuların işini, necə deyərlər, artırsa da, klublara ciddi maliyyə dividendləri qazandırıb. FIFA isə bu yarışa böyük strateji əhəmiyyət verir və onu qlobal futbolun gələcəyi üçün vacib platforma kimi görür.

Rasim Mövsümzadə

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 İyul 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri