Icma.az
close
up
RU
Milyonlarla insanı gözləyən təhlükə İki vacib məqamı bilməlisiniz

Milyonlarla insanı gözləyən təhlükə İki vacib məqamı bilməlisiniz

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Son günlərdə “WhatsApp” üzərindən baş verən kiberhücumlar ciddi və təhlükəli hal alıb. Artıq təkcə tanımadığımız şəxslər deyil, yaxınlarımızın da hesabları ələ keçirilir. Fırıldaqçılar həmin hesablar vasitəsilə “bacı”, “qardaş”, “müəllimə”, “dost” kimi qeyd olunan kontaktlara yazaraq sanki doğma bir insan kimi davranır və pul istəyi ilə müraciət edirlər. 

Belə halların qarşısını almaq və şəxsi məlumatlarımızı qorumaq üçün istifadəçilər hansı addımları atmalıdırlar?

Globalinfo.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov deyib ki, bu, sosial mühəndislik adlanan üsuldur:

“Məqsəd insanların etibarından istifadə edib maddi və mənəvi zərər vurmaqdır. İlk növbədə hər bir istifadəçi iki mərhələli doğrulama (Two-Step Verification) funksiyasını aktiv etməlidir. Bu, “WhatsApp”da “Settings – Account – Two-step verification” bölməsində edilir və 6 rəqəmli PIN kod təyin etmək tələb olunur. Həmin kod hesabın başqa bir cihazda aktivləşdirilməsinin qarşısını alır. İkinci mühüm addım isə SMS ilə gələn doğrulama kodlarını heç kimlə paylaşmamaqdır. Fırıldaqçılar çox vaxt “səhvən sizə kod gəlib” kimi bəhanələrlə həmin kodu ələ keçirirlər. Bu, hesabı tam nəzarətlərinə keçirmək üçün əsas vasitədir”.

Elvin Həsənov

Ekspert bildirib ki, tətbiqi yalnız rəsmi mənbələrdən (Google Play və App Store) yükləmək, “WhatsApp Web/Desktop” bölməsində tanımadığınız cihazları mütəmadi yoxlayıb çıxarmaq vacibdir:

“Əgər sizə yaxın bir şəxsin adından pul istənilirsə, dərhal cavab vermədən birbaşa həmin şəxsə zəng etmək, məlumatı yoxlamaq lazımdır. Çox vaxt dələduzlar tələsik danışaraq insanı düşünmədən reaksiya verməyə vadar edirlər. Belə hallarda sakit qalmaq və heç bir əməliyyat etməmək lazımdır. Əgər hesab artıq ələ keçirilibsə, dərhal öz nömrənizlə tətbiqə yenidən daxil olun. Daha sonra dəstək bölməsindən “WhatsApp”ı məlumatlandırmaq və tanışlara hesabın sındırıldığını bildirin”.

Ləman İmran
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Oktyabr 2025 08:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri