Icma.az
close
up
RU
Milyonlarla kənd sakininə şad xəbər: Evlərə kütləvi “kupça” verilə bilər

Milyonlarla kənd sakininə şad xəbər: Evlərə kütləvi “kupça” verilə bilər

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Əmlak sığortası məsələsi son vaxtlar tez-tez gündəmə gəlib. Xüsusilə ölkənin müxtəlif bölgələrində baş verən sel, daşqın, yanğın və digər təbii hadisələrdən sonra vətəndaşların əmlakının sığortalanmasının əhəmiyyəti daha çox müzakirə olunur.  Mövzu hətta Milli Məclisdə də qaldırılıb. 

“Cebheinfo.az” xəbər verir ki, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev parlamentdə çıxışı zamanı bildirib ki, təmsil etdiyi İmişli rayonunda vətəndaşlarla görüşlər zamanı tez-tez yanğın nəticəsində zərər görmüş ev və obyekt sahibləri ilə qarşılaşır:

“Deputatı olduğum İmişli rayonunda vətəndaşlarla görüşən zaman təəssüflə qeyd etməliyəm ki, hər ay 3-4 yanmış evə, obyektə baş çəkməli oluram. Bu, artıq təsadüf deyil, ciddi sosial problemdir. Hər dəfə həmin ailələrə eyni sualı verirəm: əmlak sığortanız varmı? Cavab isə demək olar ki, həmişə “yox” olur”.  Marqarita pizza

Deputat qeyd edib ki, ən düşündürücü məqamlardan biri əmlak sığortasının illik haqqının cəmi 40-50 manat civarında olmasına baxmayaraq, vətəndaşların bundan istifadə etməməsidir.

Onun sözlərinə görə, kiçik bir məbləğlə ailələr bir illik təhlükəsizlik təminatı əldə edə bilərlər, əks halda isə bütün əmlaklarını itirərək həm özləri, həm də dövlət üçün əlavə yük yaradırlar.

Razi Nurullayev hesab edir ki, mövcud vəziyyət təkcə vətəndaş məsuliyyəti ilə bağlı deyil, eyni zamanda sistemli yanaşmanın çatışmadığını da göstərir. O, əmlak sığortasının yenidən məcburi tətbiqinin vacibliyini vurğulayıb.

“Bu addım həm vətəndaşların məsuliyyətini artıracaq, həm də fövqəladə hallarda dövlətin üzərinə düşən maliyyə yükünü azaldacaq. Biz insanları faciədən sonra yox, faciədən əvvəl qorumaq üçün əmlak sığortasını məcburi etməliyik”, – deyə deputat bildirib. 

Maraqlıdır ki, əmlak sığortası məcburi olmalıdırmı? 

“Yeni Sabah” xəbər verir ki, əmlak eksperti Elnur Azadov “Cebheinfo.az”-a bildirib ki, regionlarda Azərbaycan vətəndaşlarının öz əmlaklarını sığortalamaması maraq doğurur:

“Kənd və qəsəbələrdə illik sığorta haqqı 30 manat, Bakı şəhərində isə 50 manat təşkil edir, yəni regionlarda əmlak sığortasının daha aşağı olduğu halda çox rayonda əmlaklar hələ də sığorta olunmur. Kəndlərdə torpaqlar kənd təsərrüfatı təyinatı olduğuna görə qanuni şəkildə evləri tikmək olmur. Çox nadir ərazilərdə vətəndaşların çıxarışı var.

Çıxarışın olmaması nəticəsində vətəndaş öz əmlakını sığortalaya bilmir. Əgər Azərbaycanın kəndlərində vətəndaşların mülkiyyəti çıxarışla təmin olunarsa, bir çox problemlər köklü şəkildə həll oluna bilər. Həm vətəndaşların mülkiyyəti tanınar, həm də vətəndaşlar həmin evlərə birbaşa qeydiyyata düşə bilərlər. Bu hal sığorta sektoru üçün də yaxşıdır”. 

Ekspert qeyd edir ki, Azərbaycanda kənd ərazilərində olan evlər kütləvi şəkildə çıxarışla təmin olunarsa, onların sığortalanması üçün də əsas olacaq. 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 İyun 2026 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see348

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see332

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see332

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see312

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see309

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see295

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see258

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see252

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see241

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see227

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see218

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see206

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see201

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see199

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see194

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see192

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see192

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see177

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri