Milyonlarla pulun Vardanyana heç bir faydası yoxdur BBC
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistan və Azərbaycan arasında mümkün sülh müqaviləsi imzalansa, Ruben Vardanyan və Bakıda saxlanılan erməni məhbuslar sülh sazişindən kənarda qalacaq.
"Unikal" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
"Ruben Vardanyan Ermənistanın ən zəngin adamlarından biridir, lakin indi ömürlük həbs olunma ehtimalı ilə üzləşdiyi üçün milyonlarla pulunun ona heç bir faydası yoxdur.
Vardanyanın Kremllə əlaqəsi olan rusiyalı milyarderlərə qarşı tətbiq edilən beynəlxalq sanksiyalardan yayınmaq üçün ora (Qarabağa - red.) köçməsi ilə bağlı fikirlər var.
Sülh sazişinin təfərrüatları hələlik açıqlanmayıb, lakin rəsmilər qeyd edirlər ki, layihə mətnində məhbuslar məsələsi yoxdur. Məhbusların adının çəkilməməsi Ermənistanın baş naziri Nikol Paşinyan hökumətinin həm ölkə daxilində, həm də xaricdə tənqidinə səbəb olub", - deyə BBC-nin Qafqaz müxbiri Reyhan Demitri yazıb.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 08 Aprel 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















