Icma.az
close
up
RU
Milyonlarla qəlbdə döyünən bir ürək

Milyonlarla qəlbdə döyünən bir ürək

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Təqvimdə elə günlər var ki, bir xalq olaraq bizim üçün müstəsna önəm daşıyır. İlin son günü - 31 dekabr belə tarixlərdən biridir. Təkcə ona görə yox ki, həyatımıza yeni il gəlir, qəlbimizdə yeni arzular, diləklər baş qaldırır. Bu günü bizim üçün xüsusi əlamətdar edən daha mühüm səbəb isə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi müəyyənləşdirilməsidir.

Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası “Azərbaycanlıların həmrəyliyi günü haqqında” tarixi qərarı 1991-ci il dekabrın 25-də qəbul edib. Bəhs olunan  sənədlə qərara alınıb ki, hər il dekabr ayının 31-i bütün dünyada yaşayan azərbaycanlıların həmrəyliyi günü elan edilsin.  Həmin vaxtdan etibarən dünyanın ayrı-ayrı nöqtələrində yaşayan on milyonlarla azərbaycanlının qəlbində ana Azərbaycana böyük məhəbbətlə eyni bir ürək döyünür.

1989-cu il dekabrın son günlərində...

Azərbaycanlılar tarix boyunca bir çox haqsızlıqlara, təzyiqlərə, soyqırımlarına məruz qalıblar. Məhz imperialist güc mərkəzlərinin məkrli planlarının nəticəsidir ki, zaman-zaman tarixi torpaqlarımız zəbt olunub, bizim iradəmizdən kənarda ana Vətən bölünüb. Ancaq biz həm də Vətən, torpaq sevgisi son dərəcə böyük olan bir xalqıq. Yadellilərin planları nə qədər məkrli, iblis xislətli olsa da, bizim qan yaddaşımızdan torpaq sevgisini, yurd həsrətini silə bilməyib. Araza baxıb köks ötürmüşük, xəyallarımızda o tayla bu tayı həmişə  bütöv sanmışıq.

Ötən əsrin səksəninci illərinin sonlarına doğru keçmiş ittifaq məkanında adi olmayan proseslər gedirdi. Xalqların özünüdərk, özünütəsdiq hissləri güclənmişdi.  Azərbaycan da milli azadlıq hərəkatının bu və ya digər şəkildə açıq müstəviyə keçdiyi respublikalar sırasında yer alırdı. Beləliklə, keçmiş SSRİ-nin süqutu ərəfəsində - 1989-cu il dekabrın son günlərində Araz sahillərində yaddaşımızda əbədi qalacaq hadisələr yaşandı. Arazın o tayından və bu tayından olan azərbaycanlılar onları ayıran tikanlı çəpərləri dağıtdılar. Hava soyuq və şaxtalı olsa da, Arazın sahilində bir-birinə qovuşan azərbaycanlılar günlərlə orada qaldılar və birləşmək istədiklərini bütün dünyaya bəyan etdilər. 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü də məhz xalqımızın birləşmək istəyini simvolizə edir.

Heydər Əliyevin milli birlik mücadiləsi

Böyük siyasətçi olan Heydər Əliyevin Azərbaycan qarşısında çox mühüm xidmətlərindən biri də xalqımıza milli kimlik, azərbaycançılıq ideologiyasını aşılamasıdır. Bir tərəfdən Onun parlaq şəxsiyyəti azərbaycanlılar üçün böyük qürur mənbəyi idi. Digər tərəfdən, Heydər Əliyev hələ keçmiş sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdən başlayaraq  dilimizə, mədəniyyətimizə, ədəbiyyatımıza sonsuz qayğı göstərməklə xalqa milli ideya aşılayırdı.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi ideyası da Heydər Əliyevə məxsusdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə tarixi qərar qəbul edildi. Təbii ki, təşəbbüs bilavasitə Heydər Əliyevin Özündən gəlmişdi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət ünvanlayıb. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.

Birliyin təsisatlanması istiqamətində atılan addımlar

Dünya azərbaycanlılarının həmrəyliyi ideyasının banisi olan Heydər Əliyev eyni zamanda bu birliyin institutlaşması prosesinin də əsasını qoyub. Onun təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına öz müsbət təsirini göstərdi. Bu təşəbbüs Azərbaycanın dövlət siyasətinin yeni bir istiqamətinə çevrildi. Qurultaydan sonra Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi.

Zamanında Heydər Əliyevin əsasını qoyduğu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirlir. Xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsini dövlət siyasətinin mühüm istiqamətinə çevirmiş Prezident İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi kimi müəyyənləşdirib. Prezident İlham Əliyevin bu istiqamətdə ortaya qoyduğu siyasi iradə ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəlməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında daha sıx səfərbər olmalarına böyük töhfə verir. Hədəf xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsidir. Prezident İlham Əliyevin 2018-ci il 6 iyul tarixli fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb. Bu fond Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-texniki bazasını möhkəmləndirmək, milli-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək, bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə yaradılıb. Dövlət başçımızın  təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təsis edilib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi dünya azərbaycanlılarının yeni bir qürur mənbəyinə çevrilib. Dünya azərbaycanlılarının 2001-ci ildə Bakıda keçirilən birinci qurultayında Heydər Əliyev əminliklə bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır. Bu missiyanı xalqımız dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə reallaşdırmağa nail oldu. Soydaşlarımız  son dərəcə qürurludurlar ki, uzun işğal illərindən sonra dünya azərbaycanlılarının V qurultayı azad Şuşada keçirildi. 22 aprel 2022-ci ildə baş tutan qurultay tarixdə Zəfər Qurultayı kimi qalacaq.

Mübariz FEYİZLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 Dekabr 2024 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Uşaqlarla əlaqə qurmağın ən yaxşı 5 YOLU

22 Aprel 2025 19:47see154

Region Liqası: 1/8 finalın cütləri

22 Aprel 2025 17:21see141

Vardanyanın məhkəməsi keçirilib

22 Aprel 2025 19:32see138

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see136

Kart məlumatlarımızı öz əllərimizlə dələduzlara necə təhvil veririk? AÇIQLAMA FOTO

22 Aprel 2025 19:03see125

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see124

Ərəb Dövlətləri Liqasının sammiti Moskvada keçiriləcək

22 Aprel 2025 19:23see124

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see121

Şükür Həmidovun oğlu yüksək bal topladı: Atamın arzusunu reallaşdıracam

22 Aprel 2025 17:30see119

UEFA Polşa klubunu cəzalandırdı

22 Aprel 2025 23:01see116

“Barselona” liderliyini davam etdirir

23 Aprel 2025 01:37see115

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

23 Aprel 2025 10:53see114

Zelenski Vatikanda Trampla görüşə bilər

23 Aprel 2025 00:04see114

Vaşinqtonun Suriyadan 8 tələbi: Dəməşq İranı və İŞİD i... SENSASİON VƏ AĞIR ŞƏRTLƏR

22 Aprel 2025 18:09see113

Arif Əsədov: “Bu, onlar üçün son şansdır”

22 Aprel 2025 19:26see112

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

23 Aprel 2025 23:49see111

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

23 Aprel 2025 07:04see109

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

23 Aprel 2025 20:43see109

Naxçıvanda istedadlı şagirdlərlə görüş

23 Aprel 2025 01:49see109

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

23 Aprel 2025 18:43see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri