Icma.az
close
up
RU
“Mina təhlükəsi hələ də azad edilmiş ərazilərdə əsas risk olaraq qalır” MÜNASİBƏT BİLDİRLDİ

“Mina təhlükəsi hələ də azad edilmiş ərazilərdə əsas risk olaraq qalır” MÜNASİBƏT BİLDİRLDİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Azad edilmiş ərazilərdə mina təhlükəsi bu gün Azərbaycanın qarşılaşdığı ən ciddi təhlükəsizlik və humanitar problemlərdən biridir. Son hadisə, mülki şəxsin kənd təsərrüfatı fəaliyyəti zamanı minaya düşməsi bir daha göstərir ki, mina təhlükəsi hələ də tam aradan qaldırılmayıb və bu risk gündəlik həyatın bir hissəsinə çevrilə bilər". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, son 5 il ərzində minatəmizləmə sahəsində kifayət qədər sistemli və genişmiqyaslı işlər görülüb: "ANAMA-nın koordinasiyası ilə minlərlə hektar ərazi təmizlənib, on minlərlə piyada və tank əleyhinə mina, eləcə də partlamamış hərbi sursat zərərsizləşdirilib. Paralel olaraq, beynəlxalq tərəfdaşların texniki və metodoloji dəstəyi ilə müasir mexaniki və texnoloji vasitələr prosesə cəlb olunub. Bu, təmizləmə sürətini müəyyən qədər artırsa da, təhlükənin miqyası ilə müqayisədə hələ də kifayət etmir. Əsas problemlərdən biri Ermənistan tərəfindən təqdim edilən mina xəritələrinin ya natamam, ya da qeyri-dəqiq olmasıdır. Bu isə minatəmizləmə işlərini çətinləşdirir və həm mülki şəxslər, həm də təmizləmə ilə məşğul olan mütəxəssislər üçün əlavə risklər yaradır. Digər tərəfdən, uzun illər nəzarətsiz qalmış ərazilərdə minaların torpaq qatında yer dəyişməsi onların aşkarlanmasını daha da mürəkkəbləşdirir.

Bu gün mina təhlükəsi təkcə hərbi deyil, eyni zamanda sosial-iqtisadi problemdir. Kənd təsərrüfatı, infrastrukturun bərpası, keçmiş məcburi köçkünlərin geri qayıdışı birbaşa minatəmizləmə prosesinin sürətindən və keyfiyyətindən asılıdır. Hadisələr göstərir ki, maarifləndirmə işləri də paralel aparılmalıdır. Çünki bəzi hallarda insanlar təmizlənməmiş ərazilərdə riskin fərqinə varmadan fəaliyyət göstərirlər. Minatəmizləmə prosesi uzunmüddətli və strateji səbr tələb edən bir prosesdir. Bu sahədə görülən işlər əhəmiyyətli olsa da, qarşıdakı illərdə həm texniki imkanların artırılması, həm beynəlxalq təzyiq mexanizmlərinin gücləndirilməsi, həm də mülki əhalinin təhlükəsizlik maarifləndirilməsi əsas prioritet olaraq qalmalıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Dekabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri