Icma.az
close
up
RU
Mina təhlükəsi ilə mübarizənin “gizli” hədəfləri

Mina təhlükəsi ilə mübarizənin “gizli” hədəfləri

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə vaxtilə basdırılmış minalar, çoxsaylı partlamamış hərbi sursatlar vətəndaşların həyatı üçün hər zaman təhlükə mənbəyi olaraq qalır. Bu, keçmiş məcburi köçkünlərin doğma torpaqlara təhlükəsiz qayıdışına, ətraf mühitdə sağlam yaşamaq hüququnun təmin olunmasına, eləcə də bölgədə aparılan bərpa-quruculuq işlərinə ciddi maneə yaradır.

Mənfur ermənilər 30 il ərzində işğalda saxladıqları əraziləri xarabalığa çevirməklə, infrastrukturu məhv etməklə yanaşı, şəhər, kənd və qəsəbə yollarını, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları, əkin sahələrini qarış-qarış minalayıblar. Baş verən partlayışlar ailələrə böyük faciələr yaşadır, çox sayda insan həyatını, sağlamlığını itirir, əlilliklə üzləşir. Martın 12-də Xocavənd rayonunun Aşağı Veysəlli kəndindəki keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə baş verən hadisə nəticəsində Ağdam rayon sakini 1968-ci il təvəllüdlü Ramiz Maşallah oğlu Hacıyev mal-qara otararkən tank əleyhinə minaya düşərək həlak oldu.

Bu gün müvafiq qurumlar baş verə biləcək xoşagəlməz halların aradan qaldırılması, minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində fasiləsiz olaraq çalışırlar. Minaların, partlamamış hərbi sursatların, partlayıcı tərkibli digər təhlükəli qalıqların aşkarlanması, toplanması, daşınması, müvəqqəti saxlanılması və zərərsizləşdirilməsi üzrə əsas icraedici qurum kimi fəaliyyətə başlamış Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) vəzifələri daha da genişlənmişdir. Agentliyin həyata keçirdiyi əməliyyatlar Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun şəkildə təşkil olunur. Bu, əməliyyatların təhlükəsizliyini, efektliyini və şəffaflığını təmin edir.

Minalar və partlamamış hərbi sursatların təhlükəsi Azərbaycan və ümumiyyətlə, bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edən problemlərdən biridir. Minalanmış ərazilərin təmizlənməsi və mina təhlükəsi barədə ictimaiyyətin məlumatlandırılması ANAMA-nın əsas fəaliyyət istiqamətlərindən biridir.

ANAMA-nın azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında bildirilir ki, bu il mart ayının 10-dan 15-dək 194 tank və 129 piyada əleyhinə mina, 724 partlamamış hərbi sursat aşkarlanıb və zərərsizləşdirilib. 1234,5 hektar ərazi isə minalardan təmizlənib. Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.

Azərbaycan Minatəmizləmə Agentliyi 2025-ci ildə bu işlərə cəlb olunan dövlət və qeyri-dövlət qurumları ilə birgə, ümumilikdə, 69 min 205,7 hektar ərazidə minatəmizləmə əməliyyatları icra edib, həmin ərazilərdə 59 min 216 ədəd mina və digər partlayıcı sursat aşkar olunaraq zərərsizləşdirilib. 2025-ci ildə həyata keçirilən minatəmizləmə əməliyyatlarında agentlik 50 min 75,9, Müdafiə Nazirliyi 7 min 34,6, Fövqəladə Hallar Nazirliyi 880,6, Dövlət Sərhəd Xidməti 22,6, yerli şirkətlər isə 11 192 hektar ərazini təmizləyib. Həmçinin hesabat dövründə agentlik 50 min 877, MN 313, FHN 482, DSX 39 ədəd, yerli şirkətlər isə 7 min 505 ədəd mina və partlamamış hərbi sursat aşkar edərək zərərsizləşdirib.

Bu gün işğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri uğurla davam etdirilir. Bununla bağlı Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətinə dair hesabatında bildirilir ki, 2020-ci ildən başlayaraq, ümumilikdə, 249 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənmiş, tapıntıların sayı 237 min ədəd təşkil etmişdir. 2026-cı ildə isə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır.

Təhlükəsizlik üzrə ekspert Orxan Musayev XQ-yə açıqlamasında qeyd edib ki, mina təhlükəsizliyi bu gün ölkəmiz üçün ən aktual və həssas mövzulardan biridir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyatın bərpası prosesi getdikcə genişlənir. Lakin bu ərazilərdə mövcud olan mina və partlamamış sursat təhlükəsi hələ də tam aradan qalxmayıb və bu, həm vətəndaşlar, həm də həmin ərazilərdə fəaliyyət göstərən şəxslər üçün ciddi riskdir. Bu qurğular illərlə torpağın altında qala və istənilən anda aktivləşərək ağır nəticələrə səbəb olur. Təəssüf ki, son illərin statistikası göstərir ki, mina hadisələri əsasən ehtiyatsızlıq, məlumat çatışmazlığı və ya təhlükənin düzgün qiymətləndirilməməsi nəticəsində baş verir. Bu baxımdan vətəndaşların maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Hər kəs bilməlidir ki, yalnız rəsmi şəkildə təhlükəsiz elan olunmuş ərazilərə daxil olmaq mümkündür. Xəbərdarlıq nişanları, hasarlanmış sahələr və qadağanedici işarələr ciddi qəbul edilməli, heç bir halda bu məhdudiyyətlər pozulmamalıdır. Eyni zamanda, naməlum və şübhəli əşyalara qarşı davranış qaydaları da aydın şəkildə bilinməlidir. Belə hallarda əsas prinsip sadədir: yaxınlaşma, toxunma, yerini dəyişmə. Dərhal müvafiq qurumlara məlumat verilməsi isə düzgün və məsuliyyətli davranış nümunəsidir. Xüsusilə uşaqların maarifləndirilməsi vacibdir. Onlara izah olunmalıdır ki, tanımadıqları əşyalara toxunmaq, onları götürmək və ya oynamaq ciddi təhlükə yarada bilər. Bu istiqamətdə ailələrin və təhsil müəssisələrinin rolu böyükdür. Mina təhlükəsi ilə mübarizə yalnız müvafiq qurumların deyil, bütövlükdə, cəmiyyətin birgə məsuliyyətidir.

Hər vətəndaş təhlükəsizlik qaydalarına əməl etməklə bu riskin azaldılmasına töhfə verə bilər. Unutmayaq ki, düzgün addım, məsuliyyətli davranış insan həyatının qorunmasına xidmət edir. Əsas məqsəd odur ki, azad olunmuş torpaqlarda həyat bərpa olunduqca, bu proses maksimum təhlükəsizlik şəraitində davam etsin və vətəndaş mina təhlükəsinin qurbanına çevrilməsin.

Azərbaycan hökumətinin ərazilərin minalardan təmizlənməsi ilə bağlı qəti siyasi iradəsi var. Keçmiş məcburi köçkünlərin ləyaqətli və təhlükəsiz şəkildə öz doğma yurdlarına qaytarılması istiqamətində görülən işlər yeni həyatın tezliklə tam bərqərar olacağından xəbər verir.

Mina təhlükəsi uzun illərin prosesi olduğundan doğma yurda köç və səfər edən insanlar ehtiyatlı davranmalı, xəbərdarlıq nişanlarına riayət etməli və təhlükəli hesab edilən ərazilərdən uzaq durmalıdırlar. İnsan həyatı hər şeydən qiymətlidir və bu cür təhlükələrə qarşı diqqətli olmaq hər kəsin vətəndaşlıq borcudur.

Müşfiq MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Mart 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see254

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see216

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see216

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see215

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see214

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see210

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see210

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see208

Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb

23 İyun 2026 17:06see204

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see200

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see195

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see194

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see193

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see192

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see192

Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası

23 İyun 2026 20:13see190

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see188

Uzunömürlülüyə problem kimi yanaşmaq düzgün deyil

23 İyun 2026 20:31see186

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see180

Rusiya ordusu Krımıdan çıxır

23 İyun 2026 18:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri