Icma.az
close
up
RU
Minadan zərərçəkənlərlə bağlı tədqiqatın nəticələri açıqlanıb

Minadan zərərçəkənlərlə bağlı tədqiqatın nəticələri açıqlanıb

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dekabrın 26-sı Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA ) İctimai Birliyinin “Mina/PHS hadisəsi və onun təsirlərinin azaldılmasına dəstək” layihəsinin nəticələri müzakirə edilib.

APA xəbər verir ki, təbiri giriş sözü ilə açan AMZA-nın sədri Rey Kərimoğlu sözügedən layihə haqqında məlumat verərək, layihənin əsas məqsədinin Qarabağ müharibəsində və ondan sonrakı mərhələdə mina/PHS (Partlamamış Hərbi Sursatlar) hadisəsi ilə bağlı müvafiq məlumatların, o cümlədən bu hadisədən zərərçəkmiş şəxslərin sosial ehtiyaclarının öyrənilməsinin təşkil etdiyini qeyd edib:

“Təşkilatımız ötən il bu layihəni 11 rayon və şəhərdə (Füzuli, Beyləqan, Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Naftalan, Bakı və Sumaqyıt, Abşeronda) uğurla həyata keçirib. Layihənin icrası zamanı 960 nəfərlə görüşüb, sorğuları götürülüb. Bu çərçivədə minadan və partlamamış hərbi sursatlardan zərər çəkmiş şəxslərin 11 rayon və şəhərdə siyahısını müəyyənləşdirib onların ehtiyaclarını öyrəndik. Sonda əldə edilmiş nəticələr təhlil edilərək geniş hesabat hazırlandı. Geniş bir tədbir keçirilərək, bu hesabat QHT Agentliyinə, nazirliklərə, müvafiq dövlət qurumlarına təqdim edildi. Eyni zamanda, bu hesabat ölkəmizdəki səfirliklərin, beynəlxalq təşkilatların nümayəndələrinə də təqdim edilib.

Bu il isə layihə çərçivəsində səkkiz rayonda və şəhərdə (Qazax, Tovuz, Ağstafa, Şəmkir, Göygöl, Daşkəsən, Gədəbəy rayonlarında, Gəncə şəhərində) icra etmişik. Qeyd edim ki, adıçəkilən rayon və şəhərlərdə beynəlxalq forma olan İMİSMA agentləri ilə sorğular keçirilib. 400-dən artıq mina qurbanı təxmin ediləs də, 373 nəfəri sorğulara cəlb edə bildik. Toplanacaq məlumatlar mina/PHS-lərin insanların həyat və sağlamlığına vura biləcəyi zərərin qarşısının alınması və zərərin azaldılması, zərərçəkmiş şəxslərin sosial vəziyyətinin yaxşılaşdırılması üzrə effektiv proqramların hazırlanması üçün istifadə etməyi nəzərdə tuturuq. Bu mina/PHS hadisələrindən zərərçəkmişlərin və hadisənin fəsadlarının azalmasına, zərərçəkmişlərin sosial vəziyyətinin yaxşılaşmasına doğru dəyişəcək. Xüsusi ilə qeyd edim ki, biz layihənin icrası zamanı Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) müəyyənləşdirdiyi prioritetlər nəzərə almışıq”.

Rey Kərimoğlu vurğulayıb ki, sonuncu dəfə bu iş bütün ölkə üzrə 2004-2005-ci illərdə ANAMA-nın rəhbərliyi ilə BAMF və bir neçə digər tərəfdaş QHT tərəfindən həyata keçirilib:

“O vaxtdan 20 il keçib. Onlar arasında dünyasını dəyişənlər var, eyni zamanda ehtiyacları da dəyişib. Digər tərəfdən, 2005-ci ildən üzü bəri 2016-cı ildə aprel döyüşləri, 2020-ci ildə 44 günlük Vətən müharibəsi, 2023-cü ilin sentyabrında anti-terror əməliyyatları olub. Xeyli insan minadan və partlamamış hərbi sursatdan zərər çəkib. ANAMA-nın 18 dekabr 2025-ci ilə qədər təqdim etdiyi rəsmi məlumatlara görə, 1991-ci ildən 2025-ci ilin 2 iyun tarixləri müddətində mina qurbanlarının sayı 3400-dən artıqdır. Onlardan 362 nəfəri uşaq, 38 nəfəri qadınlardır. 2020-ci ilin noyabr ayından 2025-ci ilin 2 iyun tarixləri müddətində mina qurbanlarının sayı 415 nəfər təşkil edir. Onlardan 71-i həlak olub, 344-i yaralanıb”.

Tədbir zamanı BAMF-ın prezidenti Umud Mirzəyev çıxış edərək layihənin əhəmiyyətindən danışıb. O bildirib ki, mina və PHS probleminin azaldılması istiqamətində həyata keçirilən bu təşəbbüs təkcə fiziki xəsarət alan şəxslərin deyil, ümumilikdə cəmiyyətin təhlükəsizliyinin və rifahının təmin olunmasına xidmət edir. Onun sözlərinə görə, minadan zərərçəkənlərin hüquqlarının qorunması, onların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası uzunmüddətli sülh və sabitlik üçün vacib şərtlərdəndir. Bu kimi layihələr beynəlxalq tərəfdaşlığın və yerli vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyətinin uğurlu nümunəsidir.

ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov, Sosial Tədqiqatlar Mərkəzinin nümayəndəsi Əfqan Vəliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin direktoru Asif Məcidov, hüquq müdafiəçisi Murad Sadəddinov, “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov, “Gilavar Foto Klubu” İctimai Birliyinin nümayəndəsi Rəşad Mehtiyev, eləcə də “İRS” jurnalının baş redaktoru Musa Mərcanlı layihənin aktuallığı, mina qurbanlarının reabilitasiyası, psixoloji və sosial dəstəyi, eləcə də maarifləndirmə mexanizmləri barədə fikirlərini bölüşüblər. Çıxışlar zamanı mina təhlükəsinin hələ də davam etdiyi və bu istiqamətdə koordinasiyalı fəaliyyətin vacibliyi vurğulanıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli layihənin yekun hesabatını müsbət qiymətləndirib.

Qeyd edək ki, tədbirdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuraya üzvləri də iştirak ediblər.

Sözügedən layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

Layihənin tədiqat hesabatı ingilis dilinə tərcümə edilərək xarici təşkilatlara göndəriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://apa.az
archiveBu xəbər 26 Dekabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri