Minaya düşən şəhid atasının SON DURUMU
Bizim media saytına istinadən Icma.az xəbər verir.
Dünən Cəbrayılda ikinci mina partlayışında xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Cəbrayıl rayonu ərazisində baş verən partlayış səbəbilə xəsarət alan 1966-cı il təvəllüdlü şəxs (kişi) 08.10.2026-cı il tarixində saat 20:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Ona sağ ayağın aşıq-baldır oynağı səviyyəsində travmatik amputasiyası, qamış və incik sümüklərinin topuq çıxıntısından keçən topuğunun amputasiyası diaqnozu təyin olunub. Pasiyent cərrahi əməliyyata alınıb və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir. Vəziyyəti stabil qiymətləndirilir".
Xatırladaq ki, dünən Cəbrayıl rayonu Dağmaşanlı kəndi ərazisində 2026-cı il 8 oktyabr tarixində mina partlayışı hadisəsi baş verib.
Bir müddət öncə Qəhrəmanov Orxan Əşrəf oğlunun minaya düşdüyü əraziyə atası, 1966-cı il təvəllüdlü Qəhrəmanov Əşrəf Elman oğlu daxil olaraq piyada əleyhinə mina hadisəsinə məruz qalıb. Hadisə nəticəsində Qəhrəmanov Əşrəf xəsarət alıb.
Qeyd edək ki, Əşrəf Qəhrəmanov aprel döyüşləri şəhidi Ruhin Qəhrəmanovun atasıdır.
Fəridə, Bizim.Media
Baxış sayı:91
Bu xəbər 09 Oktyabr 2026 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















