Icma.az
close
up
RU
Mingəçevir daha çox içməli su alacaq

Mingəçevir daha çox içməli su alacaq

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Mingəçevir şəhərində əhalinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı, kanalizasiya şəbəkə və qurğularının yenidən qurulması işləri həyata keçirir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatına görə, Mingəçevir Şəhər Sukanal İdarəsi əhalini içməli su ilə təmin edir, tullantı suları sutəmizləyici qurğulara ötürülür, yağış sularının idarə olunması işlərini həyata keçirir. Bununla yanaşı, içməli su şəbəkəsinə qanunsuz birləşmələrə qarşı mübarizə tədbirləri gücləndirilir. Hazırda idarə tərəfindən texniki şərt əsasında abonent qoşulmaları həyata keçirilir, içməli su xətlərində tullantı su şəbəkəsində baş verən qəzalar aradan qaldırılır, mövcud xətlərdə təmir-bərpa işləri aparılır, yeniləri çəkilir.

Hazırda idarə əhali qrupu üzrə 31 min 978 və qeyri-əhali qrupu üzrə 1598 olmaqla, ümumilikdə 33 min 576 abonentə xidmət göstərir. İdarənin xidmət göstərdiyi ərazi üzrə abonentlərin sayğaclaşma səviyyəsi 97 faiz təşkil edir. Son illər şəhərdə məhsuldarlığı sutkada 55 min kubmetr olan müasir sutəmizləyici qurğusu və tutumu 10 min kubmetr olan mərkəzi su anbarı tikilərək istismara verilib.

Əhalini içməli su ilə təmin etmək üçün xam su Mingəçevir su anbarından diametri 800 millimetr olan boru xətti ilə sutəmizləyici qurğuya ötürülür. Burada su 28 ədəd qum süzgəcindən keçərək asılı hissəciklərdən təmizlənir və maye xlorla zərərsizləşdirilir. Emal olunmuş su qurğunun nasos stansiyasında quraşdırılmış 200 kilovatlıq 3 ədəd nasos aqreqatı vasitəsilə diametri 820 millimetr olan boru ilə mərkəzi su anbarına ötürülür.

Mingəçevir Şəhər Sukanal İdarəsinin sahə rəisi Elçin Salmanov şəhərin sutəmizləyici qurğular kompleksi haqqında məlumat verərək qeyd edib ki, gün ərzində saatda 2 min 500 kubmetr su təmizlənib mərkəzi anbara ötürülür. Buradan isə su diametri 1000 millimetr olan boru ilə özaxımlı rejimdə şəhərə ötürülür. Eyni zamanda, şəhərin sutəmizləyici qurğular kompleksinin laboratoriyasında gün ərzində suyun tərkibinə ciddi nəzarət olunur.

Sahə rəisinin sözlərinə görə, Mingəçevir su anbarından sutəmizləyici qurğulara daxil olan su burada təmizlənərək su anbarına daxil olur. Ümumilikdə, Mingəçevir şəhəri üzrə su şəbəkəsinin uzunluğu 340 kilometrdir. Bunun da 41 kilometrini magistral xətlər, 299 kilometrini isə küçə və məhəllə daxili xətlər təşkil edir. Şəhərə özüaxımlı rejimdə verilən su 1000 diametrlik xəttə vurulur. Suyu ötürmək üçün isə 5,5 kilovatlıq 2 nasos fəaliyyət göstərir.

Şəhərin kanalizasiya şəbəkəsinin ümumi uzunluğu 316,6 kilometr təşkil edir. Bunun da 62,5 kilometri magistral, 254,1 kilometri isə küçə və məhəllədaxili boru xətlərinin payına düşür. Hazırda idarənin istismarında 2 məhəllədaxili tullantı sutəmizləyici qurğusu və 8 kanalizasiya nasos stansiyası var.

Qeyd edək ki, son illər Dövlət Proqramı çərçivəsində şəhərdə 210 kilometr uzunluğunda su xətti çəkilib, 3 kanalizasiya stansiyası tikilib. Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Xaldan şosesinin yaxınlığında sutkalıq gücü 65 min kubmetr olan yeni çirkab sutəmizləyici qurğusunun tikintisi nəzərdə tutulur. Artıq burada da tikinti işlərinə start verilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Avqust 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see379

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see289

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see278

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see257

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see242

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see235

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see232

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see197

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see183

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see183

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see179

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see170

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see167

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see167

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see165

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see163

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see162

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see161

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see159

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri