Icma.az
close
up
RU
Mingəçevir Dövlət Universitetində iki yeni Elmi Tədqiqat İnstitutu yaradılır Fotolar

Mingəçevir Dövlət Universitetində iki yeni Elmi Tədqiqat İnstitutu yaradılır Fotolar

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasına uyğun olaraq, Mingəçevir Dövlət Universitetində (MDU) elmi potensialın gücləndirilməsi və innovativ tədqiqatların təşviqi məqsədilə iki yeni institut – Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutu, həmçinin Tədqiqat və İnkişaf İnstitutu yaradılır.

“Qafqazinfo” xəbər verir ki, yeni yaradılan Süni İntellekt və Rəqəmsal Texnologiyalar Azərbaycan Respublikasının Süni İntellekt Strategiyasının məqsəd və vəzifələrinə uyğun olaraq fəaliyyət göstərəcək. İnstitutun əsas hədəfi regionda süni intellekt texnologiyalarının inkişaf etdirilməsi, rəqəmsallaşma proseslərinin elmi əsaslandırılması və bu sahədə tədqiqatların aparılmasıdır. Burada ağıllı sistemlərdən tutmuş iqtisadiyyatın müxtəlif sahələrində tətbiq imkanlarına qədər genişmiqyaslı araşdırmalar həyata keçiriləcək.

MDU-nun yeni elmi istiqamətində fəaliyyət göstərəcək Tədqiqat və İnkişaf İnstitutu regionun potensialına uyğun olaraq enerji və su ehtiyatlarının idarə olunması, su və istilik elektrik stansiyalarının tədqiqi, eləcə də dayanıqlı enerji və su mühəndisliyi sahələrində elmi-tədqiqat işlərinin aparılması üçün yaradılır. İnstitut həmçinin bu sahələrdə ixtisaslaşmış tədqiqatçıların yetişdirilməsini də qarşısına məqsəd qoyub.

Tədqiqat və İnkişaf İnstitutunun yaradılması ilə bağlı layihə Ramil Həsənovun rəhbərliyi ilə həyata keçiriləcəkdir. O, “Detal Holdinq” və “Azəralüminium MMC” kimi sənaye müəssisələrində çalışmış, Azərbaycanda və İspaniyanın Xaen Universitetində təhsil almışdır. R.Həsənov, həmçinin Avropada və Asiyada “Picualia”, “A3 Grupo de Comunicación”, Almaniyanın “Achenbach”, Çinin “Chinalco” və “CNPT” şirkətlərində elmi-praktiki təcrübə keçmiş təcrübəli tədqiqatçıdır.

Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun qurulması üzrə layihə MDU-nun İnformasiya Texnologiyaları kafedrasının müdiri, dosent Aidə Mustafayeva tapşırılmışdır. O, Türkiyənin nüfuzlu Orta Doğu Texniki Universitetində (ODTÜ) elmi-tədqiqat təcrübəsi keçmiş, süni intellekt sahəsində akademik fəaliyyətlə məşğul olan tanınmış mütəxəssislərdəndir.

Hər iki layihə rəhbərlərinin elmi fəaliyyəti nəticəsində nüfuzlu Scopus və Web of Science bazalarında ümumilikdə (əksəri Q1 və Q2 kvartildə olmaqla) indekslənmiş 28 elmi məqalə nəşr olunmuşdur.

Yeni institutların yaradılması MDU-da elmi fəaliyyətin daha da intensivləşdirilməsi, beynəlxalq səviyyədə tanınan tədqiqatların təşviqi və Azərbaycanda elmin rəqəmsallaşması istiqamətində mühüm addım olacaq.




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 29 İyul 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri