Icma.az
close
up
RU
Mingəçevirdə əmək münasibətləri və iş yerlərində təhlükəsizliyə dair maarifləndirmə tədbiri keçirilib

Mingəçevirdə əmək münasibətləri və iş yerlərində təhlükəsizliyə dair maarifləndirmə tədbiri keçirilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 30 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevirdə işəgötürənlər üçün “ƏMAS-ın imkanları və yeniliklər” və “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri keçirib.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə region üzrə nazirliyin strukturuna daxil olan digər qurumların, ictimai birliklərin nümayəndələri ilə yanaşı, Mərkəzi Aran regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektora aid müəssisə və təşkilatları təmsil edən 70-ə yaxın şəxs iştirak edib.

Aran regional şöbəsinin əməkdaşları Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəmadi keçirdiyi maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayaraq, əmək qanunvericiliyinə riayət olunmasının vacibliyini diqqətə çatdırıblar.

İşəgötürənlərə əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı Nazirlər Kabinetinin Qərarının mərhələləri haqqında məlumat verilib. Bildirilib ki, özəl sektor üzrə əmək müqavilələrinin elektron formaya keçirilməsi prosesi artıq yekunlaşmaq üzrədir.

Tədbirdə, həmçinin Dünya Bankı Qrupunun “Business Ready” reytinq hesabatı təqdim olunub. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yüksəldilməsi məqsədilə əmək qanunvericiliyi və inzibatçılığı sahəsində aparılan işlər barədə məlumatlar verilib.

Sonda iştirakçıların müvafiq mövzular üzrə sualları cavablandırılıb və müzakirələr aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri