Mingəçevirdə hərbçinin ölümü: hadisə belə olub Video
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Mingəçevirdə mənzildən meyiti tapılan yüksəkrütbəli zabitlə bağlı yeni təfərrüat məlum olub.
Axar.az Baku TV-yə istinadla xəbər verir ki, hadisə şəhərin Energetiklər yaşayış massivində yerləşən beşmərtəbəli binanın dördüncü mərtəbəsində qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar. Onlar mənzilin qapısını sındıraraq içəri daxil olublar.
Sakinlərdən biri hadisə ilə bağlı bunları deyib:
"Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəldilər, qapını sındırdılar. Sonra gördük ki, artıq vəfat edib. Kirayədə qalırdı".
Digər sakin isə hadisə zamanı yaşananları belə təsvir edib:
"Gördük ki, tappıltı səsləri gəlir. Balkona çıxdım, təcili tibbi yardım avtomobilinin dayandığını gördüm. Qapını açanda tibb bacısının da orada olduğunu gördüm. Soruşdum ki, nə baş verib? Dedilər ki, bizə zəng ediblər, hərbçi ilə bağlı məlumat daxil olub".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 21 Noyabr 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















