Mingəçevirdə hərbçinin meyiti yaşadığı evdə aşkarlandı
Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Mingəçevirdə hərbçinin meyiti kirayədə yaşadığı evdə aşkarlanıb.
“Ölkə.az” xəbər verir ki, hadisə Mingəçevir şəhərində “Energetiklər” adlanan yaşayış massivində qeydə alınıb.
Meyiti aşkarlanan şəxsin Naxçıvan Muxtar Respublikası sakini olduğu və şəhərdə yerləşən N saylı hərbi hissədə xidmətdən artıq hərbi qulluqçu (MAXE) kimi xidmət etdiyi bildirilir.
İlkin məlumata görə, yaşayış binasının 4-cü mərtəbəsində tapılan meyit həmin ünvanda kirayədə yaşayırmış. Onun üzərində hər hansı zorakılıq əlaməti müəyyən edilməyib.
Faktla bağlı araşdırma başlanılıb, meyitin kimliyi və ölüm səbəbi dəqiqləşdirilir.(qafqazinfo)
Bu mövzuda digər xəbərlər:Mingəçevirdə mənzildə kişi meyiti aşkarlandı KONKRET
08 Mart 2026 13:15
Mingəçevirdə kişi meyiti TAPILDI
24 Mart 2025 12:07
29 yaşlı qadının meyiti yaşadığı evdə aşkarlandı
20 Oktyabr 2025 22:05
Mingəçevirdə evdən qadın meyiti tapıldı
30 Mart 2025 11:11
Mingəçevirdə evdən kişi meyiti tapıldı
15 Mart 2025 16:48
Baxış sayı:184
Bu xəbər 08 Mart 2026 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















