Mingəçevirə dəstək olmaq istəyən şirkətin rəhbəri AFFA İcraiyyə Komitəsinin iclasında iştirak edib EKSKLÜZİV
Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.
I Liqa təmsilçisi "Mingəçevir"ə dəstək olmaq istəyən şirkətin rəhbəri AFFA İcraiyyə Komitəsinin dünən baş tutan iclasında iştirak edib.
Bu barədə "Report"a açıqlamasında milli assosiasiyanın İcraiyyə Komitəsinin üzvü Səməd Qurbanov bildirib.
O, həmin şirkətin adını açıqlamayıb:
"Yaxşı bir şirkət Mingəçevirdə futbola dəstək olmaq istəyir. Onun rəhbəri dünənki toplantıya qatılmışdı. Ümumiyyətlə, iclasda yaxşı müzakirələr oldu. Tovuz şəhər stadionunun mülkiyyətə keçməsi məsələsinə də toxunuldu. Buna növbəti yığıncaqda da baxılacaq. Allahın köməyi ilə bu da həll ediləcək".
İcraiyyə Komitəsinin üzvü son olaraq AFFA-nın inkişaf strategiyasının 2025-ci ilin yanvarında ictimaiyyətə açıqlanacağını xatırladıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 18 Dekabr 2024 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















