Icma.az
close
up
RU
Miniatür esselər

Miniatür esselər

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nəcməddin MÜRVƏTOV

...MƏNİ NİŞAN VERMƏZDİ

Üzü gəlməyib məndən birbaşa kömək istəməyə. Başqasının vasitəsilə yardımıma ehtiyacı olduğunu çatdırmağı qərara alıb. "Bəlkə, bu dəfə də dadına yetərəm" düşüncəsi ilə. Məndən ötrü də çox asan olmayan bir məsələnin həllini boynuma götürməliyəm. Darıxmağa başlayıram həmin istək mənə çatdırılan andan. Artıq problemimə çevrilib bu məsələnin həlli. Özümdən asılı deyil. Bir kəlmə ilə də olsa edib-etməyəcəyimi bildirməsəm belə. Ürəyim mənə dinclik verməz onun bu çətin vəziyyətində yanında olmasam. Onun dərdi öz dərdimə çevrilib artıq. Vasitəçinin: "Nə deyim ona?" sualına mən: "Hə, onu axı necə tək qoymaq olar, yəqin ki, həll edərik" cavabını verirəm. Necə həll edəcəyimi hələ bilmədiyim halda. Nə cürsə yoluna qoya biləcəyəm bu işi, yəqin ki. Allah kömək olacaq. Yoxsa ümid yeri kimi məni nişan verməzdi ona.

BELƏ YAŞAYIRAM

İnandıqlarım, etibar etdiklərimdi onlar. Asanlıqla, tərəddüd etmədən ürəyimi açdığım, dərdimi söylədiyim adamlar. Çoxu, lap çoxu olub ətrafımda doğmam, dostum, yaxınım olduğunu deyənlər. Elə indi də az deyillər. Amma kimsə onlardan birini belə əvəz edə bilmir. Qazana bilmir inamımı. Əvəzsizlərim idilər, əvəzsizlərim. İndi də köməyimə çatırlar öz yoxluqları ilə. Ətrafımdakıların deyə bilmədiyi məsləhətləri verirlər mənə. Yanımda sanıram hər birini. Bir vaxtlar olduğu kimi, yenə dayağımdırlar. Onlarla danışır, məsləhətləşirəm. Birinin "heç vaxt "bir işi yola verim, başdan eləyim" demə" fikri, digərinin "bacar, bir işdəki məqamı, fürsəti boşa vermə, əlindən çıxdısa, darılma, bağla bu səhifəni, yeni fürsəti gözlə" düşüncəsi ilə, o birinin "tək özünə arxayın ol, bir də özün qədər əmin olduğun kəslərə" deyimi ilə doğru yolu tapa bilirəm. Daha çox onların xəyalları ilə söhbətləşirəm. Onlara inanıram. Bir vaxtlar adi, çox adi saydığım sözlərini, hərəkətlərini yadıma salıram. Örnək, bələdçi olurlar mənə. Yaşayıram ruhlarına rəhmət deyə-deyə.

DARIXIRAMMI? YOX!

Tez-tez, çox tez-tez soruşurlar məndən: "Darıxırsanmı?" Lap əvvəldən adamları yaxşı tanımağa səy göstərmişəm. Başqalarının onlar haqqında olan fikirləri, düşüncələri, söz-sovları ilə yox, öz fəhmimlə. Adiləri çoxdan-çox olub onların arasında: heç bir münasibət qurmayacağımı müəyyənləşdirdiyim adamlar. Onlar ayrı, mən ayrı. Darıxımmı onlardan ötrü?

Məcburi münasibətdə olduqlarım da az olmayıb. Əsasən də iş-güc münasibətində. İmkanım olmayıb onları adilərin sırasına salmağa. Götürülüb indi bu məcburilik. Darıxımmı onlardan ötrü? Nədən ötrüsə (yəqin ki, öz məqsədlərinə görə) ətrafımda dolanan, fırlanan, vaxtaşırı məni tərifləyib öyənlər də olub. İndi ətrafımda dolanmır, fırlanmır boş, mənasız düşüncələri ilə, yormur. Darıxımmı onlardan ötrü? Vəzifə, iş-gücdən ötrümü darıxım? Axı o, çiyinlərimə ağır məsuliyyət yükü qoymuşdu. Bəzən az qala çökürdüm bu yükün ağırlığından. Yox, darıxmıram ondan ötrü, zərrə qədər də.

Darıxdığım, darıxmaya bilmədiyim adamlarlasa müntəzəm əlaqə saxlayıram. İndi bu çox asandır axı. İstəsəm, hər an görə də bilərəm.

Darıxmalı olduğum daha bir neçə nəfər də var. Doğmalarımdan, ruh doğmalarımdan... Onlarlasa xəyalən ünsiyyət qururam. Başqa cür mümkün də deyil axı...

Sual: - Darıxırsanmı?

Cavabım: - Yox!

BORCUM VAR

Borcum var hər kəsə. Hamıya borcum var. Doğmalıq, dostluq, yaxınlıq borcum. Yaramalıyam mənə ehtiyacı olanların işinə, əsirgəməməliyəm yardımımı, köməyimi. Övladlıq borcum var atama, anama: kökümə, soyuma adlarına şərəf-şan gətirmək borcum var. Rəhmət oxutdurmaq borcum.

Borcum var övladlarıma, nəvələrimə. Öyünməlidirlər düşüncələrim, əməllərimlə. Qürur duymalıdırlar yaratdıqlarım, qurduqlarımdan. Elimə-obama borcluyam mənə olan qayğısına, etimadına görə. Cavablandırmalıyam bu qayğını görə biləcəyim işlərlə. Vətənimə, xalqıma borcluyam. Adi deyimlə yox, tarixində iz qoymağa cəhd-səyim, ürək yanğımla.

Borcluyam Allahıma: mənə məsləhət, rəva bildiklərinə, nəsib etdiklərinə görə. Xeyirxah əməllərlə də ibadət borcumu verməliyəm ruh, can əvəzi borcumu.

Borcum var - insanlıq borcum.

SƏKSƏKƏLİDİR

Ehtiyatlanır hər kəsdən. Onların hər birinə qarşı etdiyi haqsızlığın cavabını gözləyir. Anbaan, hər dəqiqə gözləyir. Səksəkə içərisində yaşayır. Xatırlayır kimə, nə vaxt, harada nə cür zərb vurduğunu. Həzz-ləzzət duyurdu onda belə "hünərindən". Qəhrəmanlıq hesab edirdi bunu. Qarşısına məqsəd qoyurdu hər dəfə. Saatlarla planlaşdırırdı. Yer qoymamalıydı hədəfinin nəfəs dərməyinə də. "Mən deyən olmalıdır" düşüncəsi ilə yaşayıb həmişə. Güzəşti olmayıb heç kəsə. Tanımayıb böyük-kiçik. Arını, abrını gözləyib adamlar ondan. "Xatası məndən uzaq olsun" düşüncəsi ilə qaçıblar qabağından. Həvəslənib bundan, zaman-zaman artıb iştahası. Özündə olmayanları başqalarından israrla tələb edib. Beləcə qazanıb: həm umduqlarını, həm də bolluca söyüş, qarğış, nifrin. Zövq alıb hər kəsə verdiyi əziyyətdən. Öyünüb "özünə tay"ların yanında. Ətrafına nifrətlə yaşayıb, "həmişə mən deyən olacaq" düşüncəsilə.

"Əkdiklərini biçmək" zamanı yetişib artıq. Bax elə bundandır qəlbini didən səksəkələr, varlığını çulğamış qorxu hissi. Ərşə çəkilib yuxusu da. Kimdən, nə vaxt, necə, harada, hansı təpkini görəcəyini hesablayır indi. Üz çevirib ondan hər kəs: yaxınları, doğmaları da. Onun etdiklərinin nəticələrini soyundan olan hər kəs dadır. Etibar edilmir onlara da. "İlanın balası da ilan olar" sanırlar. Eşidir ünvanına haqlı qınaqları. Keçib indi "neyləyim?", "necə edim"ə. Bir vaxt çoxlarına rəva bildiyi "neyləyim, necə edim"ə. Çarə, yol arayır. Yolusa pis itirib. Çoxdan, lap çoxdan çıxıb axı haqq yolundan. Bir ömür... Daha bir ömür lazımdır ona qayıtmaq üçün başlanğıca, lap əvvələ, insan kimi yaşamağa. Amma uca Tanrı kimə verib axı bu imkanı?!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Avqust 2025 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri