Icma.az
close
up
RU
Minimum pensiya və əmək haqqı necə artacaq?

Minimum pensiya və əmək haqqı necə artacaq?

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məsələni bu gün Milli Məclisdə də qaldırdım. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2025-ci ilin dövlət büdcəsi layihəsi” birinci oxunuşda müzakirə edildi. Mətbuatda ən çox yer alan məsələlərdən biri də Hesablama Palatasının təqdim etdiyi rəydə “2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin (280 manat) minimum əmək haqqı məbləğinə (400 manat) nisbətinin 70% olacağı” qeydidir. Keçirilən müzakirələrdə bu məsələ ilə bağlı müvafiq qurum tərəfindən izahat verilməsini istədim və güman edirəm ki, yaxın günlərdə rəsmi əsaslandırma təqdim olunacaq.

Globalinfo.az bildirir ki, bu sözləri Axar.az-a millət vəkili, iqtisadçı Vüqar Bayramov minimum pensiya məbləğinin nə üçün 280 manat olaraq saxlanılmasına aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, minimum əmək haqqı və minimum pensiya məbləğləri ilə bağlı qərarlar dövlət başçısı tərəfindən qəbul olunur:

“Qeyd edim ki, Palata bu məsələdə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”na istinad edib. Bununla yanaşı, cənab Prezident həm minimum əmək haqqının, həm də minimum pensiyanın artırılması barədə göstəriş verib və profil nazirliklər tərəfindən də bu istiqamətdə işlər görülməkdədir.

Mətbuat tərəfindən bu məsələ ilə bağlı çoxlu suallar ünvanlandığını nəzərə alaraq qeyd etmək istərdim ki, həm minimum əmək haqqı, həm də minimum pensiya məbləğləri cənab Prezidentin imzaladığı fərmanlarla artırılır. Yəni hər hansı strateji sənədlərdə minimum əmək haqqı və minimum pensiya məbləğləri proqnozlaşdırılsa da, qərarları dövlət başçısı verir. Deməli, həm minimum əmək haqqı, həm də minimum pensiya ilə bağlı konkret məbləğlər sənədlər imzalananda bəlli olacaq.

 Vüqar Bayramov 

Strategiyaya istinad etmək heç də konkret məbləğlərin müəyyən edilməsi anlamına gəlmir. “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”na istinad varsa, orada dövlət başçısı tərəfindən göstərişin olmasının qeyd olunmasına ehtiyac var idi ki, bu, mətbuatda fərqli yanaşmaların olmasına gətirib çıxarmasın”.

Ekspert minimum pensiyanın məbləğinin minimum pensiya kapitalına təsiri ilə bağlı məsələyə münasibət bildirib. Qeyd edib ki, bununla bağlı təkliflər hazırlanır:

“Minimum pensiya artan zaman minimum pensiya kapitalı ilə bağlı tələblər də artır. Minimum pensiya 144-ə vurulmaqla minimum pensiya kapitalı müəyyənləşir. Ona görə, bununla bağlı da təkliflərimiz var ki, daha differensial və digər meyarlar nəzərə alınmaqla mimimum pensiya kapitalı tələbi müəyyənləşsin. Nəticə etibarı ilə minimum pensiya minimum pensiya kapitalını artırdığına görə, burada digər meyarlardan istifadə edilməsinə ehtiyac var. Yalnız 25 illik staj olduqda minimum pensiya kapitalı tələb olunmur. Bu meyarların sayını artırmağa ehtiyac var ki, minimum pensiya kapitalı toplaya bilməyən vətəndaşlarımız da pensiya almaq hüququna malik olsunlar”.

Qeyd edək ki, hazırda minimum məbləğdə yaşa görə pensiya təminatı üçün 40320 manat (minimum pensiya kapitalı) pensiya kapitalı və ya 25 il iş stajı tələb olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Noyabr 2024 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see158

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see149

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see148

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Ən bahalı Ayfonlarda bu qüsur AŞKARLANDI

28 Sentyabr 2026 23:20see146

İranın Qəşm adası yaxınlığında partlayış səsləri eşidilib

29 Sentyabr 2026 01:23see145

Türkiyə millisi İtaliyalılar qarşısında darmadağın oldu YENİLƏNİB

29 Sentyabr 2026 01:05see145

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Yığmaya rəhbərlik edən məşqçilər arasında ən zəif nəticələrdən biri

29 Sentyabr 2026 00:20see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

Ronaldu gənc azarkeşini sevindirdi

28 Sentyabr 2026 23:10see141

Barselona nın ulduzu PSJ və Real a qarşı oyunları buraxacaq

28 Sentyabr 2026 23:28see141

Monteneqrodan son dəqiqə şoku: Ermənistan məğlub oldu

29 Sentyabr 2026 00:07see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri