Icma.az
close
up
RU
Minlərlə il çalışa bilən batareya hazırlanıb

Minlərlə il çalışa bilən batareya hazırlanıb

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Alimlər əsrlərlə enerji təmin edən nüvə batareyası hazırlayıblar. 

"Cebheinfo.az" xəbər verir ki, Cənubi Koreyanın Tegu Kyenbuk Elmi-Texniki İnstitutunun alimləri professor Su-İl İn rəhbərliyində, illərlə, hətta əsrlərlə enerji təmin edə bilən yeni tip nüvə batareyası hazırlayıblar.

Bu innovativ texnologiya litium-ion akkumulyatorlarını əvəz etmək üçün nəzərdə tutulub.

Belə batareyalar pilotsuz uçuş aparatları, uzaqdan zondlama sistemləri və hətta tibbi implantlar üçün ideal hesab edilir.

Batareyanın işləmə prinsipi betavoltaikaya, yəni beta-şüalanmanın elektrik enerjisinə çevrilməsinə əsaslanır.

Bunun üçün alimlər karbon-14 (radiokarbon) izotopundan istifadə ediblər. Bu izotop nüvə reaksiyalarının yan məhsulu olduğu üçün həm ucuzdur, həm də ekoloji cəhətdən təhlükəsiz sayılır.

Tədqiqatçılar batareyanın səmərəliliyini artırmaq üçün yeni texnologiyalardan istifadə ediblər:

Anod və katodda radiokarbon yerləşdirilib ki, bu da beta-şüalanmanın miqdarını artırıb və enerji itkilərini azaldıb.

Titandioksid əsaslı yarımkeçirici təbəqə və rutenium əsaslı boya istifadə olunub.

Batareyanın xüsusi kimyəvi işlənməsi enerji çevrilməsinin səmərəliliyini artırıb.

İlkin sınaqlar göstərib ki, bu texnologiya əvvəlki versiyalara nisbətən çevrilmə səmərəliliyini 0,48 %-dən 2,86 %-dək artırıb.

Qeyd edək ki, hazırda batareyanın enerji çevrilmə səmərəliliyi yüksək olmasa da, professor İn hesab edir ki, nüvə batareyalarının forması və absorberlərin optimallaşdırılması onların məhsuldarlığını əhəmiyyətli dərəcədə yüksəldə bilər.

Gələcəkdə bu batareyalar ürək stimulyatorları, kosmik texnologiyalar və digər uzunömürlü avtonom sistemlərdə istifadə edilə bilər.

Səbinə Uğur 
"Cebheinfo.az"

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:206
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Mart 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri