Milanın əfsanəsi Türkiyədə çalışa bilər
Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İtaliya A seriyasının təmsilçisi “Montsa”nın baş məşqçi postundan göndərilən Alessandro Nestanın işsiz günləri çox az çəkə bilər.
Sportal.az “Sky Sports”a istinadən xəbər verir ki, “Milan”ın veteran müdafiəçisinin Türkiyədə işləmək imkanı var.
Belə ki, 48 yaşlı məşqçi “Alanyaspor”dan təklif alıb. İtaliya millisinin veteran futbolçusu Superliqa təmsilçisinə razılıq verərsə, yaxın vaxtlarda rəsmi müqavilə imzalanacaq.
“Alanyaspor” hazırda Superliqada 19 komanda arasında 15-ci pillədədir.
Nesta 2002-2012-ci illərdə "Milan"da oynayıb. Məşqçi kimi isə Nesta "Mayami", "Peruca", "Frosinone", "Recciana" komandalarında işləyib.
saytlarin hazirlanmasi
Zidan Fransa klubunda çalışa bilər
29 Noyabr 2024 13:25
Qvardiola milli komandada çalışa bilər
09 Noyabr 2024 12:41
Arda Turan Ukraynada çalışa bilər
09 May 2025 17:27
Emre Belözoğlu İngiltərədə çalışa bilər
16 May 2025 15:08
Alleqri İngiltərə klubunda çalışa bilər İdmanXəbər
04 Dekabr 2024 16:30

