Icma.az
close
up
RU
Mins qrupu “dəfn olunur” “Onun alternativ də bizə lazım deyil” DEPUTAT

Mins qrupu “dəfn olunur” “Onun alternativ də bizə lazım deyil” DEPUTAT

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ATƏT Nazirlər Şurası bir müddət öncə Minsk prosesi və əlaqəli strukturların fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib.

Qərara əsasən, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidentinin iştirakı ilə 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilmiş görüşündə əldə olunan razılaşma çərçivəsində iki ölkənin xarici işlər nazirlərinin ATƏT-in Fəaliyyətdə olan Sədrinə ünvanladıqları birgə müraciət nəzərə alınıb.

ATƏT-in Minsk prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə şəxsi nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib.

Nazirliyin məlumatında qeyd olunub ki, bu strukturların bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin ən geci 1 dekabr 2025-ci ilə qədər yekunlaşdırılması ATƏT Katibliyinə tapşırılıb.
Beləliklə, növbəti həftədən ATƏT-in Minsk qrupu tarixin arxivinə düşəcək.

Mövzunu şərh edən Milli Məclisin deputatı Elman Nəsirov Modern.az-a deyib ki, Minsk qrupunun heç vaxt Ermənistan-Azərbaycan münaqişəsini həll etmək niyyəti olmayıb. Deputatın sözlərinə görə, qurum uzun illər ərzində, əsasən, problemi dondurmaqla məşğul olub.
“Minsk qrupunun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri çalışırdılar ki, Azərbaycan mövcud status-kvo ilə razılaşsın və torpaqlarımızın işğal altında olma vəziyyətini qəbul etsin.

Onların uzun illər Azərbaycana və Ermənistana etdikləri “turist səfərləri”nin  əsas məqsədi məsələni qeyri-müəyyən vəziyyətdə saxlamaq və prosesi mümkün qədər uzatmaq idi. Hətta iddia edirdilər ki, guya onların fəaliyyəti olmasaydı, iki ölkə arasında müharibə baş verə bilərdi. Onlar özlərini  müharibənin qarşısını alan tərəf kimi təqdim etməyə çalışırdılar.

2020-ci ildə başlatdığımız 44 günlük Vətən müharibəsi Minsk qrupunun fəaliyyətinin əslində heç nədən ibarət olduğunu açıq şəkildə ortaya qoydu. 2023-cü ildə suverenliyimizin tam bərpası ilə biz Minsk qrupunun illər boyu edə bilmədiklərini özümüz həyata keçirdik”.


E.Nəsirov bildirib ki, Azərbaycanın Ermənistana əsas tələblərindən biri ondan ibarət idi ki, Ermənistan Minsk qrupunun regiondakı fəaliyyətindən imtina etsin:

"ATƏT qərarlarının konsensus əsasında qəbul edildiyini nəzərə alsaq, Ermənistan da Minsk qrupundan imtina etməli idi. Nəhayət, bu il avqust ayının 8-də Amerika Birləşmiş Ştatlarında üçtərəfli görüş çərçivəsində - ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə - bu məsələ həllini tapdı. Üçtərəfli görüşdə Minsk qrupunun ləğv edilməsi tələbi də irəli sürüldü və bu məsələ ilə bağlı müvafiq müraciət ATƏT rəhbərliyinə göndərildi.

Beləliklə, dekabr ayının 1-də Minsk qrupunun ləğvi tam şəkildə rəsmiləşəcək və ATƏT-in Minsk qrupu tarix səhnəsindən silinərək keçmişin bir parçasına çevriləcək. Əslində, Minsk qrupu əvvəllər də heç kimə lazım olmayan bir qurum idi. İndi isə belə bir sual meydana çıxır: Minsk qrupuna alternativ yeni bir qurumun yaradılmasına ehtiyac varmı?

Proseslər göstərir ki, Azərbaycan–Ermənistan münasibətlərinin həllində belə vasitəçilərin olmaması daha məqsədəuyğundur. İkitərəfli danışıqlar ən effektiv üsuldur. 44 günlük həlledici müharibədən sonra Azərbaycan artıq siyasi tənzimləmə müstəvisində xeyli irəliləmişdir.

Eyni zamanda, Azərbaycanın Ermənistana tələbi ondan ibarətdir ki, o, Azərbaycana qarşı torpaq iddialarından tamamilə imtina etsin. 8 avqustda paraflanmış bəyannamə məsələlərin məhz bu istiqamətdə yön almasına hesablanmışdır.

Gələn ilin iyununda Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Hazırkı Baş nazir Nikol Paşinyanın qələbəsi istisna olunmur. Belə olduğu halda Ermənistan Respublikasının yeni Konstitusiyasının qəbulu istiqamətində dərhal addımlar atılacaq. Burada söhbət Konstitusiyanın dəyişdirilməsindən yox, məhz yenidən qəbul edilməsindən gedir. Eyni zamanda, bu Konstitusiyada Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı torpaq iddiasından imtina edilməsi öz əksini tapmalıdır.

Bu proseslərin hamısı başa çatdıqdan sonra aramızdakı sülh müqaviləsinin imzalanmasına heç bir maneə qalmayacaq və 2026-cı ilin sülh ili olmasına böyük inam var”.

Cavid Zahidoğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Noyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri