Icma.az
close
up
RU
Minsk qrupu iflas etmiş vasitəçilik

Minsk qrupu iflas etmiş vasitəçilik

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan və Ermənistan tərəfindən ATƏT-in Minsk qrupunun və ona bağlı institutların ləğvinə dair imzalanmış birgə müraciət Cənubi Qafqazın müasir tarixində dönüş nöqtəsidir. Bu sənəd yalnız uzun illər davam edən vasitəçilik mexanizminin rəsmi olaraq sona çatdırılması deyil, həm də regionda yeni diplomatik və siyasi mərhələnin başlanğıcıdır.

Birgə müraciətdə aydın şəkildə ifadə olunur ki, Minsk qrupu və onun fəaliyyəti artıq mövcud regional və siyasi kontekstə adekvat deyil. Bu mexanizm həm Azərbaycan, həm də Ermənistan tərəfindən köhnə və qeyri-effektiv vasitəçilik nümunəsi kimi qəbul edilir. Bu, həm də tərəflərin artıq keçmişin diplomatik strukturundan çıxaraq gələcək yönümlü, nəticəyə fokuslanan yol xəritəsinə üstünlük verdiklərini göstərir.

Müraciət ATƏT-ə sədrlik edən Finlandiyaya təqdim olunandan dərhal sonra rəsmi Helsinki bu çağırışa dəstək verdiyini açıqladı. Finlandiyanın Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Hədəf Qrupunun rəhbərinin müavini, diplomat Toni Sandell bildirib ki, ölkəsi bu sənədi müsbət qarşılayır və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasında mühüm mərhələ hesab edir. Sandellin sözlərinə görə, Finlandiya artıq müraciətə cavab vermək və ATƏT çərçivəsində uyğun addımlar atmaq istiqamətində ilkin prosedurlara başlayıb.

Minsk qrupunun ləğvi istiqamətində atılan addımlar həm də onu göstərir ki, Cənubi Qafqazda postmünaqişə dövrü başlayıb. 2020-ci ildəki Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı, faktiki olaraq regionda yeni status-kvo formalaşıb. Amma beynəlxalq diplomatiyada bu yeni vəziyyətin rəsmən tanınması və köhnə vasitəçilik strukturunun ləğvi bugünədək baş verməmişdi. Artıq Azərbaycan və Ermənistan reallığı qəbul edərək köhnə modelə ehtiyac olmadığını bildirdilər. Bu, həm də tərəflərin gələcək münasibətləri birbaşa danışıqlar və ikitərəfli mexanizmlər vasitəsilə tənzimləməyə hazır olduqlarını göstərir.

Onu da qeyd edək ki, bu qurumun fəaliyyətinin dayandırılması bölgədə daha çevik və konkret nəticələrə yönəlik diplomatik formatların aktuallaşmasını zəruri edir. Tərəflər üçün uzaq vasitəçilər və illərlə davam edən, lakin nəticə verməyən proseslər əhəmiyyətini itirib. Bunun əvəzinə, daha çevik, texniki və real nəticələr doğuran əməkdaşlıq formatlarına üstünlük verilir.

***

Yeni geosiyasi şəraitdə bölgədə əsas güc mərkəzlərinin mövqeləri də dəyişir. Rusiya əvvəllər regionda aparıcı vasitəçi rolunu oynasa da, indi təsir dairəsini itirir. Artıq Moskva diplomatik proseslərin birbaşa mərkəzində deyil və bu vəziyyət müxtəlif bəyanatlarla kompensasiya edilməyə çalışılır. Məsələn, Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Viktor Vodolatski ABŞ-da İlham Əliyev və Nikol Paşinyan arasında imzalanmış Bəyannaməni “ağlın qələbəsi” adlandırsa da, eyni zamanda, Moskvanın əvvəllər atdığı addımları xatırladaraq bu prosesdə Rusiyanın da rolunu qabartmağa çalışıb. Bu, əslində, Rusiyanın hazırda kənarda qaldığı proseslərə simvolik şəkildə daxil olmaq cəhdidir. Yəni, demək istəyir ki, bu işlərdə “biz də varıq”.

Fransa isə son illər Azərbaycanla münasibətlərdə yaratdığı gərginlik fonunda bölgədəki rolunu zəiflətmək məcburiyyətindədir və daha çox ikitərəfli əlaqələrə fokuslanır. Bunun nəticəsidir ki, bu il ərzində ilk dəfə Azərbaycandan Fransaya neft ixracı həyata keçirilib. Söhbət 81,7 min ton həcmində və 41,3 milyon ABŞ dolları məbləğində neft alışından gedir. Bundan başqa, Fransa ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderləri arasında Vaşinqtonda əldə olunan razılaşmanı alqışlayıb və tərəflərin ATƏT-in Minsk qrupunun strukturlarını ləğv etməyə başlamaq çağırışına qoşulub. Fransa XİN-in bəyanatında deyilir: “Münasibətlərin normallaşması və sülh müqaviləsinin tezliklə imzalanması Cənubi Qafqazın sülh və firavanlıq məkanına çevrilməsi istiqamətində mühüm addım olmalıdır”.

Paris həmçinin qeyd edib ki, sazişlər 1991-ci il Almatı Bəyannaməsi prinsipləri əsasında regional əlaqəyə, sərhədlərin açılmasına və dövlətlərin suverenliyinin möhkəmləndirilməsinə töhfə verir. Digər tərəfdən, ABŞ regionda yaranmış boşluğu doldurmaq və daha güclü mövqe tutmaq üçün diplomatik fəallığını artırıb. Bütün bu proseslər fonunda regional güclərin mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Türkiyə Azərbaycanla strateji müttəfiqliyini davam etdirərək postmünaqişə dövründə yaranmış yeni reallıqları dəstəkləyir və regional layihələrdə, xüsusilə də Zəngəzur dəhlizi ilə bağlı təşəbbüslərdə fəal iştirak edir. Deməli, yeni dövrün çağırışları artıq fərqlidir və tərəflər sülhə doğru irəliləmək üçün daha konkret və qarşılıqlı faydalı əməkdaşlıq mexanizmlərinə üstünlük verirlər.

Bu səbəbdən Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində intensiv danışıqlar aparılır. Minsk qrupunun ləğvi danışıqlar üçün münbit zəmin yaradır. Sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, etimad mühitinin yaranması və iqtisadi inteqrasiyanın dərinləşməsi gələcəkdə konkret nəticələrin əldə olunacağından xəbər verir. Bu da bölgənin sabitlik və əməkdaşlıq müstəvisinə keçməsi üçün real fürsət pəncərəsi açır.

***

Mövzu ilə bağlı politoloq Yeganə Hacıyeva XQ-yə bildirdi ki, hazırda Azərbaycan tərəfinin tələbləri və geosiyasi səyləri nəticəsində beynəlxalq münasibətlər sistemində mühüm dəyişikliklər baş verir: “Bu dəyişikliklərin əsas göstəricilərindən biri ATƏT-in Minsk qrupunun fəaliyyətinin faktiki olaraq dayandırılması, yəni demontajıdır. Azərbaycan bu prosesin əsas təşəbbüskarı və icraçısı kimi çıxış edir. Bu demontaj təkcə konkret bir qurumun – ATƏT-in Minsk qrupunun ləğvi ilə məhdudlaşmır, həm də onun timsalında beynəlxalq münaqişələrin nizamlanmasında iştirak edən, lakin real nəticə verməyən qurumların, xüsusilə də sülhyaratma missiyalarını həyata keçirən çoxmilyardlıq sənayenin iflasını nümayiş etdirir. Uzun illər ərzində beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk qrupunun fəaliyyəti əsasən imitasiyadan ibarət olub. Bu qurum münaqişənin həllində nə real, nə də effektiv nəticə verən vasitəçi kimi çıxış edə bilib. Bu isə beynəlxalq münasibətlər sistemində formalaşmış köhnə mexanizmlərin iflasa uğradığını göstərir.

Azərbaycanın 30 illik səbirli, lakin qətiyyətli mövqeyi və hərbi-siyasi səyləri bu prosesin sürətlənməsinə səbəb oldu. Məhz ölkəmizin təşəbbüsü ilə beynəlxalq münasibətlər sistemində köklü dəyişikliklər baş verir. Bu proses təkcə region səviyyəsində deyil, qlobal miqyasda da yeni geosiyasi reallıqların formalaşmasına yol açır. Bu gün bizim şahidi olduğumuz yeni mərhələnin başlanğıcı məhz Azərbaycandan verilib. Bu yeni reallıqlar milli maraqlara əsaslanan, nəticəyönümlü və suverenlik prinsipini əsas tutan yanaşmaların ön plana çıxması ilə səciyyələnir. Regiondakı məsələlərin həlli üçün artıq vasitəçilərə və qeyri-funksional platformalara ehtiyac yoxdur. Azərbaycan və Ermənistan birbaşa dialoq vasitəsilə gələcəklərini və münasibətlərini müəyyənləşdirməyə hazır olduqlarını nümayiş etdirdilər. Bu isə təhlükəsizlik, nəqliyyat-kommunikasiya, sərhəd məsələlərində daha çevik və məqsədyönlü qərarların qəbuluna şərait yaradır”.

Beləliklə, Minsk qrupunun ləğvi istiqamətində atılan addımlar təkcə keçmişin yükündən azad olmaq deyil, həm də gələcəyə yönəlmiş konstruktiv münasibətlər modelinin əsasını qoymaq niyyətinin göstəricisidir. Bu sənəd bir münaqişənin idarə edilməsinə həsr olunmuş köhnə mexanizmlərin dövrünü başa vurduğunu və Cənubi Qafqazda yeni, daha realist və əməkdaşlıq yönümlü mərhələnin başlandığını göstərir. ATƏT-in Minsk qrupunun rəsmi şəkildə ləğvi və bu qərarın Finlandiyanın sədrliyi altında həyata keçirilməsi bölgə üçün yeni bir dövrün başlanğıcıdır.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Avqust 2025 10:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see353

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see314

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see278

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see272

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see270

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see254

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see254

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see251

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see238

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see236

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see228

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see224

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see222

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see221

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see214

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see212

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see210

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see210

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see188

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri