Icma.az
close
up
RU
Minsk qrupunun ləğvi: İflas etmiş diplomatiyaya vida rekviyemi

Minsk qrupunun ləğvi: İflas etmiş diplomatiyaya vida rekviyemi

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Prezidenti İlham Əliyevin “ƏlƏrəbiyyə” telekanalına verdiyi müsahibəsində səsləndirdiyi fikirlər, Cənubi Qafqazda formalaşmış yeni geosiyasi vəziyyətin beynəlxalq hüquq və diplomatiya müstəvisində qəbul olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısının toxunduğu əsas məsələlərdən biri Minsk qrupunun ləğvi ilə bağlıdır.

Bu, danışıqlar prosesində ölkəmizin prinsipial şərtlərindən biri olub. Prezident qətiyyətlə bildirdi ki, əgər Ermənistan rəsmi şəkildə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu və münaqişənin başa çatdığını bəyan edibsə, o zaman Minsk qrupunun mövcudluğu hüquqi və siyasi baxımdan tamamilə əsassız və absurddur. Onun fəaliyyətinin davam etdirilməsi istiqamətində göstərilən hər hansı cəhd faktiki olaraq, regionda mövcud olmayan bir münaqişəni dirçəltmək, yaxud da onu süni şəkildə gündəmdə saxlamaq məqsədi daşıyar. Belə bir yanaşma həm beynəlxalq hüquq normalarına ziddir, həm də Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin bərqərar olunmasına maneə yaradır. Əgər bəzi dairələr Minsk qrupunun saxlanılmasında israrlıdırsa, bu, onların hələ də Qarabağla bağlı ərazi iddialarını tam olaraq aradan qaldırmadıqları anlamına gələr. Bununla bağlı dövlətimizin başçısı deyib: “Bu, mövqeyimizin əsasında dayanan məntiq idi. Ermənistana anlatmaq üçün çox vaxt və səy sərf etdik ki, hər iki tərəf Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə məktub yazsın və bu, Prezident Trampın iştirakı ilə baş verdi. Hazırda proses artıq başlayıb və bu, Minsk qrupunun hüquqi süqutunu ifadə edəcək, çünki o, artıq beş ildən çoxdur ki, fəaliyyətsizdir”.

Bəli, Minsk qrupunun beş ildən artıq müddətdə tamamilə fəaliyyətsiz qalması, artıq onun faktiki olaraq siyasi və funksional baxımdan mövcud olmadığını göstərir. Bu, yalnız texniki bir vəziyyət deyil, əslində təşkilatın beynəlxalq hüquq və diplomatiya sistemindəki aktuallığını tamamilə itirdiyini sübut edir. Hər hansı bir beynəlxalq format öz funksiyalarını icra edə bilmirsə və missiyası artıq mövcud deyilsə, onun hüquqi və siyasi mövcudluğunun qorunub saxlanılması yalnız formal və mənasız bir addımdır. Onların saxlanılması beynəlxalq hüquqda qeyri-müəyyənlik və ikili standartların yaranmasına yol açmaqla yanaşı, həm də beynəlxalq münasibətlər sisteminə ciddi zərbə olardı. Bu səbəbdən artıq qurumun ləğvi beynəlxalq miqyasda da dəstəklənir.

Yada salaq ki, Azərbaycan Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə məktubun göndərilməsi təşəbbüsününün müəllifidir. O, beynəlxalq səviyyədə də dəstəklənib. Bu fakt məsələnin təkcə regional deyil, eyni zamanda, qlobal səviyyədə ciddi əhəmiyyət kəsb etdiyini və beynəlxalq ictimaiyyətin də regionda yaranmış yeni reallıqları qəbul etməyə hazır olduğunu nümayiş etdirir. Trampın bu təşəbbüsə verdiyi dəstək isə onu göstərir ki, dünya gücləri də regionda yaranmış yeni siyasi reallıqları qəbul etməyə və ona uyğun davranmağa hazırdır.

Minsk qrupunun həmsədr ölkələrinin də bu strukturun faydalı ola bilməyəcəyini qəbul etməsi onun süqutunu daha da sürətləndirib. Həmin dövlətlərin son illərdə bu formatla bağlı hər hansı praktiki təşəbbüs göstərməməsi və regionda baş verən dəyişikliklərə adekvat reaksiya verməməsi, bu qurumun səmərəsizliyini bir daha sübut edib. Bununla da Minsk qrupu təkcə fəaliyyətini dayandıran bir qurum deyil, həm də siyasi və diplomatik baxımdan öz aktuallığını itirmiş vasitəçilik mexanizmidir. Onu da qeyd edək ki, bu proses təkcə diplomatik prosedur deyil, həm də beynəlxalq münasibətlər sistemində dəyişən yanaşmaların və prioritetlərin göstəricisidir.

Azərbaycan üçün isə Minsk qrupunun ləğvi yalnız formal-prosedur xarakterli məsələ deyil. Bu addım Cənubi Qafqazda yeni siyasi mərhələnin başlanğıcıdır. Münaqişə dövründə bu qurum vasitəsilə aparılan danışıqlardan nəticə əldə edilməməsi onun effektivlikdən uzaq olduğunu göstərdi. İllərlə davam edən vasitəçilik missiyasına baxmayaraq, nə sülh sazişi imzalandı, nə də ərazi bütövlüyü ilə bağlı beynəlxalq hüquq normaları tətbiq edildi. Azərbaycan torpaqlarını özü azad etməklə, həm münaqişəyə son qoydu, həm də regionda yeni geosiyasi vəziyyət yaratdı. Bu reallıq isə köhnə vasitəçilik formatlarının da mahiyyətini itirməsinə səbəb oldu.

Qeyd edək ki, hazırda Minsk qrupunun ləğvi istiqamətində konkret hüquqi və diplomatik prosedurlar başlanıb. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da prosesin başlandığını deyir. Onun sözlərinə görə, Minsk qrupunun ləğvi ilə bağlı qərarın sentyabrın 1-də qəbulu gözlənilir: “Minsk qrupunun və əlavə strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət əsasında irəli sürülmüş qərar layihəsi bu qurumun iştirakçı dövlətləri arasında yayılıb".

Nazir qeyd edib ki, iştirakçı dövlətlər qərarın qəbulu üçün lazımi prosedurları dəstəkləməyə çağırılıb.

Beləliklə, Minsk qrupunun fəaliyyətinə son qoyulması, yalnız bir beynəlxalq qurumun tarixi missiyasının bitməsi deyil, həm də Cənubi Qafqazda postmünaqişə dövrünün başlanğıcını simvolizə edir. Bu mərhələ birbaşa tərəflər arasında aparılan dialoq, qarşılıqlı etimad və beynəlxalq hüququn prinsiplərinə söykənən əməkdaşlıq üzərində qurulmalıdır. Azərbaycan bu istiqamətdə sərgilədiyi prinsipial və ardıcıl mövqeyi ilə bölgədə davamlı sülhün və inkişafın əsas təminatçılarından biri olduğunu bir daha sübut edir.

Bununla bağlı politoloq Yeganə Hacıyeva XQ-yə bildirdi ki, ATƏT-in Minsk qrupu İkinci Dünya müharibəsindən sonra Avropa məkanında yaradılmış ən iri büdcəli sülhyaratma mexanizmlərindən biridir: “Lakin o, eyni zamanda, tarixə ən yararsız və nəticəsiz beynəlxalq vasitəçilik strukturu kimi düşüb. Qrupun fəaliyyətdə olduğu 30 il ərzində münaqişənin həlli istiqamətində əldə olunmuş hər hansı real nəticə yoxdur. Bu dövrdə işğal altındakı bir kənd belə azad edilməyib, tərəflər arasında sülhə və ya kompromisə doğru hər hansı ciddi irəliləyiş müşahidə olunmayıb.

Minsk qrupunun fəaliyyətinin nəticəsizliyinin ən bariz göstəricilərindən biri də onun insan hüquqlarının və mülkiyyətin qorunması sahəsində fəaliyyətsizliyidir. Həm Azərbaycan dövlətinin, həm də mülki şəxslərin mülkiyyət hüquqlarının pozulmasına, onların əmlaklarının talan olunmasına baxmayaraq, qrup bu məsələlərə dair heç bir hüquqi-diplomatik mövqe ortaya qoymayıb, məsuliyyət daşıyan tərəflərin cavabdehliyə cəlb olunması istiqamətində təşəbbüs göstərməyib.

Beynəlxalq diqqətin bu qədər cəmləndiyi işğal altındakı ərazilərin heç birinin vətəndaşlarının mülkiyyət hüquqları bu qədər kütləvi şəkildə pozulmayıb. Yaşayış məntəqələrimiz yerlə-yeksan edilib, təbii sərvətlər sistemli şəkildə mənimsənilib, lakin ATƏT-in Minsk qrupu buna susqun qalıb.

30 illik fəaliyyəti dövründə Minsk qrupu cəmi iki dəfə Azərbaycanın işğal olunmuş ərazilərinə faktaraşdırıcı missiya göndərib. Bu missiyaların isə beynəlxalq hüquqi müstəvidə real təsiri olmayıb. Bu missiyalar arasında ötən müddət ərzində Ermənistan işğaldakı torpaqlarda daha aktiv və cəsarətli şəkildə dağıntılar həyata keçirib, bu fəaliyyətin beynəlxalq səviyyədə cavabsız qalması isə işğalçının cəsarətini artırıb.

ATƏT-in Minsk qrupunun susqunluğu faktiki olaraq bu prosesə dolayı dəstək rolunu oynayıb. Bu reallıqlar fonunda bu gün ATƏT-in Minsk qrupu təkcə öz fəaliyyətində deyil, ümumilikdə təmsil olunduğu beynəlxalq sistemin, yəni kollektiv təhlükəsizlik və hüquq əsaslı beynəlxalq münasibətlər prinsipinin uğursuzluğunu simvolizə etdi.

Beynəlxalq vasitəçilik adı altında həyata keçirilən bu fəaliyyətsizlik, əslində beynəlxalq hüququn və ədalətin yalnız bəyanat səviyyəsində mövcud olduğunu göstərdi.

Tərəflər arasında obyektivlik nümayiş etdirilmədi, hüquq pozuntuları susqunluqla qarşılandı və nəticədə ATƏT-in nüfuzu ciddi şəkildə zədələndi.

ATƏT-in təhlükəsizlik məsələlərinə baxışı, real nəticə doğurmayan vasitəçilik səyləri və tərəfsizlik adı altında nümayiş etdirdiyi biganəlik beynəlxalq münasibətlər sistemindəki rolunun və legitimliyinin demontajıdır. Son nəticə də bu olmalı idi”.

Pünhan ƏFƏNDİYEV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Avqust 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see190

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see166

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri