Icma.az
close
up
RU
Minsk qrupundan Azərbaycana qarşı təzyiq göstərmək niyyətində olanlar var, amma...

Minsk qrupundan Azərbaycana qarşı təzyiq göstərmək niyyətində olanlar var, amma...

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

"Qarabağın dağlıq bölgəsi və ətraf rayonlarımız işğal altına düşdükdən sonra ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə ATƏT-in Minsk qrupu şəklində bir vasitəçilik formatı formalaşdı. Bu üçlü format dünyanın aparıcı dövlətlərinin təmsilçiliyi ilə təsis edilmişdi. 30 ilə yaxın dövr ərzində Azərbaycan-Ermənistan münaqişəsinin həlli, münasibətlərin normallaşması istiqamətində guya vasitəçilik etdilər".

Bu barədə deputat, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, həmsədrlik institutu faktiki olaraq ötən dövr ərzində cinayətkarcasına fəaliyyəsizlik götərməklə münaqişənin həllinə, münasibətlərin normallaşmasına heç bir pozitiv irəliləyiş gətirmək imkanında olmadı:

"Əslində bunu istəmədilər. Vasitəçilik missiyasını üzərinə götürmüş Minsk qrupunun həmsədrləri işğal altına düşmüş ərazilərimizin Ermənistanın lehinə rəsmiləşdirilməsi istiqamətində fəaliyyət göstərirdilər. Bu illər ərzində Azərbaycana təzyiqlər göstərir, mövcud reallıqlarla barışmağımız yönündə basqılar edirdilər. Amma Azərbaycan dövləti, xalqımız, cənab prezident öz iradəsini ortaya qoyaraq heç bir halda təzyiqlərə məhəl qoymadan torpaqlarımızı işğaldan azad edilməsi ideyasından geri durmayacağımızı və işğal faktı ilə barışmayacağımızı bəyan etdi. Sonadək dövlət və millət olaraq bu istiqamətdə fəaliyyətimizi davam etdirdik. Həmin dövrdə bir çox təkliflər gündəmə gəldi. Amma bütün həll prinsiplər Azərbaycan ərazilərinin Ermənistanın xeyrinə rəsmiləşdirilməsi və ermənilərə ikinci bir "dövlət" qurulması, yaxud Ermənistana birləşdirilməsi yönündə fəaliyyət sərgiləndi. Nəhayət, Ordumuzu gücləndirərək, müasir silahlarla təchiz edərək 44 günlük müharibədə torpaqlarımızın əhəmiyyətli hissəsini düşmən işğalından azad etdik. Ancaq yenə də normal vasitəçilik missiyası həyata keçirilmədi. Anti-terror əməliyyatları ilə ərazilərimizi tam olaraq işğaldan azad etdik, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik".

Arzuxan Əlizadə, deputat

Müsahibimizin sözlərinə görə, həmin dövrdən etibarən birmənalı bildirildi ki, nəinki Minsk qrupunun vasitəçiliyinə, ümumilikdə heç bir dövlətin, təşkilatın vasitəçiliyinə ehtiyac qalmayıb:

"Çünki artıq suverenliyimiz bərpa olunub və Minsk qrupu tarixin arxivinə gömülüb. Heç bir halda bu bədnam missiyanın fəaliyyətinə ehtiyac yoxdur. Bunu həmsədr dövlətlər də başa düşməli, qəbul etməlidirlər. Təbii olaraq Ermənistan tərəfi də bu lazımsız, vecsiz qurumun rəsmən ləğvinə razılıq verməlidir”.

A.Əlizadəyə görə, həmsədr dövlətlər arasındakı münasibətlər də onu deməyə əsas verir ki, bunların bir masa arxasında əyləşməsi qeyri-mümkündür. Deputat qeyd edib ki, bu gün Rusiyaya qarşı Qərb dövlətləri cəbhə açıblar:

“Sadəcə olaraq bu formatdan növbəti dəfə Azərbaycana qarşı hansısa formada təzyiq göstərmək niyyətində olanlar var. Ancaq bu, mümkün deyil. Biz torpaqlarımız işğal altında olarkən belə təzyiqlərə sinə gərmişik, boyun əyməmişik. İndi vəziyyət dəyişib, reallıq başqadır. Azərbaycan güclü, qalib ölkədir. Heç bir təzyiq bizi haqlı mövqeyimizdən bir addım belə geri çəkilməyə vadar edə bilməz. Azərbaycan rəhbərliyi Minsk qrupu ilə bağlı konkret və birmənalı mövqeyini çoxdan ortaya qoyub".

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Fevral 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see237

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see223

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see193

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see182

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see178

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see162

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see162

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see153

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see152

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see150

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see147

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see141

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see137

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see137

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri