Icma.az
close
up
RU
Şimaldan gələn təhlükə: “Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub”

Şimaldan gələn təhlükə: “Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub”

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İlham İsmayıl: “Zərərsizləşdirilən qrupun hazırlıqlarından, silah-sursatlarından görünür ki, törədəcəkləri terror xırda, əyalət səviyyəsində olmayacaqdı”

Fevralın 3-də Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq bildirib ki, Azərbaycan ərazisində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi və qanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətində sözügedən qurumların əməkdaşları tərəfindən birgə kompleks tədbirlər görülüb. Bildirilib ki, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə əvvəllər “Meşə qardaşları" adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş Qədir Hacıyevin Qusar rayon sakinləri - Kamran Kərimxanov, Ümüd Güləliyev, Valerik Adilov, Riyad Səfərəliyev, Rövşən Laçınov, Nazim Zəkiyev və qeyriləri ilə cinayət əlaqəsinə girməsi, onların birlikdə Qusar rayonu ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub.

İlkin mərhələdə, qruplaşma üzvü olan Əlipaşa Kamilovun yeri müəyyən edildikdən sonra istintaqa cəlb edilməsi məqsədilə keçirilmiş əməliyyat zamanı o, Qusar şəhərində gizləndiyi ünvanda xüsusi təyinatlı əməkdaşlara silahlı müqavimət göstərərək 2 ədəd “RGO-78” markalı əl qumbarası atmış, nəticədə xüsusi təyinatlılardan biri yaralanmış, Əlipaşa Kamilov isə zərərsizləşdirilib. Davam etdirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Cibir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə gizli şəkildə yaradılmış sığınacaqlar və saxlanc yerləri aşkar olunmuş, həmin yerlərdə gizlənən qanunsuz silahlı birləşmənin üzvləri - Qədir Hacıyev, Riyad Səfərəliyev, Valerik Adilov və Ümüd Güləliyev silahlı müqavimət göstərərək partlayıcı vasitələri işə salarkən məhv olublar. Aşkar edilmiş sığınacaqlara keçirilən baxış zamanı oradan partlayıcı qurğuların hazırlanması üçün nəzərdə tutulan torf, aseton, detonatorlar, məsafədən idarə edilə bilən partlayıcı mexanizmlər, qəlpə qismində istifadə edilən armatur və qurğuşun hissələri, 2 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd ov tüfəngi, patronlar və avtomat güllələri, eləcə də beynəlxalq səviyyədə terror təşkilat kimi tanınmış qanunsuz silahlı birləşmənin simvolu olan bayraq müəyyən edilərək götürülüb.

Həmçinin, görülmüş təxirəsalınmaz tədbirlərlə terrorçu qruplaşmanın üzvlərindən olan Nazim Zəkiyevin Hil kəndinin yaxınlığında yerləşən fermada, Kamran Kərimxanov və Rövşən Laçınovun isə Hil kəndi ərazisində gizlənmələri müəyyənləşdirilib və onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silahlı müqavimət göstərərkən zərərsizləşdiriliblər. Araşdırmalarla cinayətkar birliyə daxil olan şəxslərin dairəsi, təşkilatlanma forması, təchizatı, planları ilə bağlı detallar və dəlillər müəyyən edilib. Qanunsuz olaraq amonium-nitrat, güclü yandırıcı xüsusiyyətə malik torf, detonatorlar və od ötürən qaytanlar əldə edib onlardan istifadə etməklə kustar üsulla partlayıcı qurğular hazırlayan və onları Qusar şəhərində yerləşən “Motel” adlı qonaq evində və onun yaxınlığındakı avtoyuma məntəqəsinin damında gizlədərək saxlayan Etibar Əhmədov qeyd olunan əməlləri davam etdirərkən həmin qurğuların partlaması nəticəsində xəsarət alıb.

Məlumatda o da vurğulanıb ki, Qusar rayon sakinləri olan Şərafəddin Mahmudov, Etibar Əhmədov və qeyrilərinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştiraklarına, o cümlədən bu silahlı birləşməni partlayıcı maddələrlə və digər ləvazimatlarla təchiz etmələrinə əsaslı şübhələr müəyyən edilib. Qeyd olunan cinayətkar dəstənin üzvləri - Etibar Əhmədov, Rəhim Mirzəbəyov, David Rəşidov, Şərafəddin Mahmudov, Abugül Babayev və Elçin Əlirzayev Cinayət Məcəlləsinin cinayətkar təşkilat halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində terrorçuluğa hazırlıq və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmin gün internet resurslarda Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində blok-post qoyulması ilə bağlı məlumatlar yayılıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, “Sərhəd-Sipər” şərti adı altında sərhədyanı rayonlarının ərazisində keçirilən tədbirlərdə Azərbaycan tərəfində hər hansı blok-post qoyulması zərurəti yoxdur, ölkələr arasında qarşılıqlı razılaşmaya əsasən informasiya mübadiləsi aparılır”.

“Uzun illərdir keçirilən bu tədbirlərin əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icra mexanizminin diqqətdə saxlanılmasıdır”, - deyə qeyd olunub.

Ekspertlər bildirirlər ki, Azərbaycanda terror-təxribat əməlləri törətmək, ölkədə qarışıqlıq yaratmaq və dövlətin təhlükəsizliyinə zərər gətirmək üçün xarici qüvvələrin hərəkətə keçdiyi ehtimalı artıb. Azərbaycan hüquq-mühafizə orqanlarının qabaqlayıcı tədbirləri intensivləşdirməsi də bununla əlaqədardır.

Mövzunu AYNA-ya müsahibəsində şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl əvvəlcə Rusiya ilə sərhəddə blok-post qoyulması barədə danışıb. Ekspert deyib ki, deməli, konkret informasiya, əməliyyat məlumatı var:

- Bu məlumatlar etibarlı olduğuna görə qarşı tərəfə də informasiya verilir və əməliyyat aparılır. Hesab edirəm ki, burada əsas təşəbbüskar Azərbaycan tərəfidir. Çünki son dövrlər Şimali Qafqazda dini fanatik qruplar aktivləşiblər. Görünür informasiyalar var ki, təkcə fanatik dindar qruplaşmalar deyil, eyni zamanda, transmilli cinayətkarlar da sərhədi keçirlər, gizli fəaliyyətlərini aktivləşdiriblər. Bu barədə səhih məlumatlar hüquq-mühafizə orqanlarında olmasa, belə profilaktik tədbirlər keçirilməz. Eyni zamanda, ortada artıq terror qruplaşmasının ifşası, onların həbsi və terror əməlinin qarşısının alınması faktı var. Bu tədbirlərin özü terror-təxribat hazırlayan qüvvələrə mesajdır ki, bu fəaliyyətin qarşısı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınacaq.

Təsəvvür edin ki, Qusarda bir terror təşkilatının bayraq kimi qəbul etdiyi parçanın altında fəaliyyət göstərən terror qruplaşması yaxalanıb. Onlara qarşı əməliyyatla məlum oldu ki, bu qruplaşmanın əlində silah-sursat, partlayıcı maddələr və partlayıcıların hazırlanması üçün istifadə olunan maddələr, gizlənmək üçün yeraltı sığınacaqlar varmış. Bütün bunlar onu göstərir ki, qarşıdakı müddətdə Azərbaycanda ciddi terror hadisəsi baş verəcəkmiş.

Məlumdur ki, terror təzyiq vasitəsidir. Söhbət dövlətin apardığı siyasətə qarşı təzyiqdən gedir. Kimlərinsə terror törətməsi şəxsi zəmində deyil, dövlətin apardığı siyasətə başqa bir dövlətin, yaxud da hansısa beynəlxalq qüvvənin qarşı olmasından doğan haldır.

- Qusarda ələ keçirilən terror qruplaşması Azərbaycana təzyiq etmək üçün terrora hazırlaşırmış?

- Ələ keçirilən terror dəstəsi sadəcə icraçılardır. Bunların arxasında qüvvələr var. Onlara əmr verən beynəlxalq terror təşkilatıdır. Amma həmin terror təşkilatına da sifariş verən daha böyük güclər ola  bilər. Sifarişi verən dövlət də ola bilər, hansısa siyasi fiqur da ola bilər. Yeri gəlmişkən, beynəlxalq terro təşkilatları ilə əlaqəsi olan siyasətçilər də var, xüsusi xidmət orqanları da var. Onlar hansısa dövlətə təzyiq etmək istəyəndə terror sifarişi verirlər. Bu, təkcə Azərbaycanla bağlı olan məsələ deyil. Məsələn, ötən il Moskvada “Crocus City”də terror akti həyata keçirildi və bunu İŞİD terror təşkilatı üzərinə götürdü. Amma bu, İŞİD-ə sifariş edilmişdi. Məsələ də bununla Rusiyanın apardığı siyasətə təzyiq etmək idi. Görünür, Azərbaycanın apardığı siyasətə qarşı təzyiq etmək niyyətində olan qüvvələr var ki, bu təzyiqi terror vasitəsilə etmək üçün hazırlıqlar görürmüşlər.

- Sizcə, belə bir terror nə zamana planlaşdırılıbmış?

- Zamanı terrorçular yox, sifarişçilər müəyyənləşdirirlər. Sifarişçi danışıq apardığı, terror aktına hazırlaşmaq üçün hər cür dəstəyi göstərdiyi qrupa tapşırıq verir ki, hazırlıqlı olsunlar, onlar dedikləri zaman hərəkətə keçsinlər. Bəzən hərəkətə keçmək əmri illərlə verilməyə bilər. Buna “yatmış agent” prinsipi deyilir. Onlar adətən terrorun “effekt” verə biləcəyi məqamı gözləyirlər. Məsələn, tutaq ki, Azərbaycanda terror törətmək hədəfi var. Faktiki olaraq da, ölkəmiz hədəfdədir. Terror elə bir anda həyata keçirilir ki, bununla təşviş, təlaş, kütləvi narazılıq başlasın. 2018-ci ildə Gəncədə baş verənləri xatırlatmaq istəyirəm. Həmin hadisələrdən bir gün qabaq Mingəçevir SES-də qəza olmuşdu, ölkə demək olar ki, işıqsız qalmışdı. Bundan narazılıq var idi və bu narazılığın ardınca terror baş verdi. Ola bilsin ki, Qusarda ifşa edilən terror qruplaşması da hansısa zamanı, sifarişin gələcəyi günü gözləyirmişlər. Azərbaycan hüquq-mühafizə orqanlarının çox böyük uğurudur ki, perspektivdə baş verəcək terrorun qarşısını aldı. Zərərsizləşdirilən qrupun hazırlıqlarından, silah-sursatlarından görünür ki, törədəcəkləri terror xırda, əyalət səviyyəsində olmayacaqdı. Çox güman ki, hədəf Bakıda böyük hadisə törətmək olub, yaxud hansısa həyati vacib obyekt imiş. Təbii ki, bunlar ehtimallardır. İstintaqla məsələlər aydınlaşacaq. Əlbəttə, bütün bunların arxasında dayanan qüvvə və ya qüvvələr var. Söhbət xarici qüvvələrdən gedir.

- Azərbaycanın siyasətindən narahat olan və terror vasitəsilə təzyiq göstərmək istəyən həmin qüvvə kimdir?

- Bu qüvvə çox da uzaqda deyil. Bu, Şimali Qafqazdan gələn məsələdir. Ona görə də, birmənalı şəkildə demək lazımdır ki, Rusiya ilə bağlıdırlar. Yaxud da, Rusiyanın müəyyən dairələri ilə bağlı ola bilərlər. Mən demirəm ki, bu, birbaşa Kremlin göstərişidir, dolayısı ilə də ola bilər. Baxın, Çeçenistan rəhbəri Ramzan Kadırov AZAL təyyarəsinin vurularaq qəzaya uğradılması hadisəsinə çox qeyri-sivil münasibət sərgilədi. Biz bilirik ki, Kadırovun Şimali Qafqazdakı terror qruplaşmaları ilə sıx əlaqəsi var. Xüsusilə də, radikal dindar qruplaşmalarla. Biz nə bilək ki, Çeçenistan rəhbəri perspektivdə Azərbaycanda terror haqqında düşünmürdü?!

Biz sevinməliyik ki, perspektiv terror hadisəsinin qarşısı alındı. Hesab edirəm ki, Azərbaycan hüquq-mühafizə orqanları daha intensiv tədbirlər həyata keçirməlidir və keçirir də.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:31
embedMənbə:https://ayna.az
archiveBu xəbər 05 Fevral 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see141

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see137

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see135

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see129

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see126

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see122

Futbol məşqi zamanı məktəbliləri ildırım vurdu

12 Aprel 2025 10:57see119

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see117

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see117

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see115

Şerman: “Əraqçi çox sərt və ağıllı bir şəxsdir” KONKRET

12 Aprel 2025 10:31see115

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see115

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see114

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see114

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see111

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see110

Ukrayna “Patriot”un analoqunun hazırlanması üzərində işləyir

12 Aprel 2025 06:23see110

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see108

125 il yaşayan kişi sirrini açdı

12 Aprel 2025 11:46see107

Suriyada silahlı qruplaşmalar silahlarını təhvil verir

12 Aprel 2025 21:19see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri