“MiQ 31“ qırıcı təyyarəsini qaçırmaq üçün rusiyalı pilotlara üç milyon dollar vəd edildi
Icma.az bildirir, Moderator.az portalına istinadən.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Ukrayna hərbi kəşfiyyatının əməliyyatının qarşısını alıb.
Moderator.az TASS-a istinadən xəbər verir ki, əməliyyatın əsas məqsədi "Kinjal" hipersəs raketi ilə təchiz olunmuş Rusiya "MiQ-31" qırıcı təyyarəsinin qaçırılması olub.
Təyyarəni qaçırmaq üçün Ukrayna hərbi kəşfiyyat zabitləri rusiyalı pilotları işə cəlb etməyə cəhd göstərərək onlara üç milyon dollar ödəməyi vəd ediblər. Bundan əlavə, pilotlara Qərb ölkələrindən birinin vətəndaşlığı vəd olunub.
Ukrayna kəşfiyyat xidməti "Kinjal" raketi ilə silahlanmış təyyarəni NATO-nun cənub-şərqi Avropadakı ən böyük aviabazası - Rumıniyanın Konstansa şəhərində yerləşən əraziyə uçurmağı planlaşdırıb. Əməliyyatda Rusiya tərəfindən xarici agent hesab olunan "Bellingcat" şirkətindən istifadə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 11 Noyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















