Icma.az
close
up
RU
MİQ dən yüksək bal toplayanlar bu rayonda işə qəbul ola bilmirlər: Kim mane olur?

MİQ dən yüksək bal toplayanlar bu rayonda işə qəbul ola bilmirlər: Kim mane olur?

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Xaçmaz və Siyəzən rayonlarında MİQ imtahanından yüksək nəticə əldə edən müəllimlər belə məktəblərdə işlə təminedilmədə problemlərlə üzləşirlər.

Bakupost.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb.

O, universitetdə dərs dediyi fəal tələbələrini bu qeyri-şəffaf prosesin zərərçəkənlərindən biri olduğunu vurğulayaraq, aidiyyati qurumun məsələyə münasibət bildirəcəyini bildirib:

"Qərb Universitetində dərs deyərkən fəal tələbələrim içərisində Orxan Kərimovu qeyd etmək istəyirəm. Universitetdə təsis etdiyimiz Tətbiqi Politologiya Mərkəzinin fəal üzvlərindən idi, hər dəfə əlində maraqlı kitabla qatılardı müzakirələrimizə. Orxanın arzusu anadan olduğu Xaçmaza qayıdıb məktəbdə tarixdən dərs demək idi. Onun savadına bələd olduğumdan məktəbdə tarix müəllimi düzələcəyinə şübhəm yox idi. Ancaq Orxanla hər dəfə əlaqə saxladıqda müxtəlif maneələrlə üzləşdiyini öyrəndim. Mənə bunları yazıb:

“Elxan müəllim, MİQ imtahanında region üzrə 84 bal ilə ən yüksək nəticə göstərən müəllim idim (bir nəfər sonradan Xaçmaza 86 bal ilə yerdəyişmə etmişdi), ancaq daimiləşə bilmədim bu bal ilə. Səbəb də Quba-Xaçmaz regional təhsil idarəsinin anlaşılmaz qərarları oldu. Xaçmaza yaxın kəndlər, Xaçmazın özündə tarix müəllimliyi üçün boş yerlər var idi, ama o yerlər vakansiyaya çıxarılmadı. Bununla bağlı Xaçmaz rayon təhsil idarəsinə müraciət etdim. Onlar da cavabında “həmin yerlərin 7,8 nömrəli məktəblərin lisey ediləcəyini və həmin məktəblərdəki boş yerlərin də 7,8 nömrəli məktəblərin müəllimləri üçün "bron edildiyini”dedilər. Niyə məhz Xaçmaza yaxın yerlər və Xaçmazın özündə olan yerlər həmin müəllimlər üçün bron edilir, ama MİQ-dən yüksək nəticə göstərmiş müəllimlər üçün vakansiyaya 8 saatlıq, Xaçmazdan uzaq 9 illik 12-13 saatlıq məktəblər vakansiyaya çıxarıldı?! Niyə həmin müəllimlər MİQ imtahanı vermədən Xaçmaza yaxın, dərs saatı yüksək məktəblərdə daimiləşdirilir (bu hadisə bu Siyəzən rayonunda da baş verdi). Hər halda illərin müəllimidirlər, MİQ-dən qorxacaq deyillər. Əlavə olaraq da liseyə çevrilən məktəblərə müəllim qəbulu da qeyri-şəffaf formada keçirilib. Qeydiyyatdan keçmiş, tələblərə cavab verən bir çox müəllim müsahibəyə çağrılmadan, özləri kefləri istəyən müəllimləri həmin liseylərdə işə qəbul ediblər. Bu da açıq şəkildə təhsilə və gənc müəllimlərə qarşı qeyri-şəffaf və özbaşına münasibətin göstəricisidir”.

Elm və Təhsil Nazirliyinin Orxan Kərimovun qaldırdığı məsələyə münasibət göstərəcəyinə ümid edirəm".

Asena,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 14 Avqust 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see274

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see233

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see210

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see193

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see183

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see175

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see158

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see158

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see151

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see151

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see150

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see149

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see146

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see144

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see142

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see137

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri