MİQ imtahanı üçün ödəniş məsələsinə aydınlıq gətirildi
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Nazirlər Kabinetinin 24 aprel 2026-cı il tarixli 114 nömrəli Qərarına əsasən, müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak rüsumu 60 manat olaraq müəyyən edilib. Qeydiyyat mərhələsində namizədlərdən ödəniş tələb olunmur.
"Yeni Sabah" xəbər verir ki, bu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda əksini tapıb.
Namizəd əvvəlcə müraciətini tamamlayır, müraciəti təsdiqləndikdən sonra ödəniş mərhələsinə yönləndirilir. Marqarita pizza
Ödəniş tamamlandıqdan sonra namizədin iştirak statusu aktivləşdirilir.
Qanunvericiliyə əsasən, müsabiqədə ilk dəfə iştirak edən namizədlər, şəhid ailəsinin üzvləri, müharibə veteranı adı almış şəxslər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri müsabiqədə ödənişsiz iştirak edə bilərlər.
Namizədin ödənişdən azad olunan kateqoriyaya aid olub-olmaması aidiyyəti dövlət informasiya sistemləri üzərindən avtomatik qaydada yoxlanılacaq.
Ödəniş elektron qaydada həyata keçiriləcək. Namizədlər bank kartı vasitəsilə sistem üzərindən onlayn ödəniş edə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 03 İyun 2026 14:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















