Icma.az
close
up
RU
Mir Möhsün Nəvvab Qarabaği: ömür və fəaliyyət yoluna dair qeydlər

Mir Möhsün Nəvvab Qarabaği: ömür və fəaliyyət yoluna dair qeydlər

Icma.az, 525.az saytına istinadən bildirir.

Yunis HÜSEYNOV
Tarix üzrə fəlsəfə doktoru

Qarabağın fəxri, mədəni irsimizin mərkəzi Şuşanın yetişdirdiyi böyük şəxsiyyətlərdən biri də Mir Möhsün Mir Əhməd oğlu (Nəvvab) Qarabağidir. O, şəhərin Mamayı məhəlləsində Mir Əhmədin ailəsində anadan olmuşdu.

"Nəvvab" onun təxəllüsüdür. Bu, ərəb sözüdür, mənaca "canişin" deməkdir. Mir Möhsün adının əvvəlindəki, "Mir" sözü müxtəlif mənalar bildirir. Bunlar "rəis, başçı, rəhbər" deməkdir, bəzi adam adlarının əvvəlinə artırılaraq onların seyid nəslindən olduğunu özündə ehtiva edir.

Deməli, Mir Möhsün Nəvvab Şuşada yerli seyid nəslinin nümayəndəsi, vətənpərvər, torpağını, elini sevən mübariz vətəndaş olub.

Mir Möhsün Nəvvab 1833-cü ildə Şuşa qalasında dünyaya gəlib. O, ilk təhsilini dini məktəbdə alıb, sonra isə Sarıcalı Abbasın mədrəsəsində təhsilini davam etdirib.

Mədrəsədə təhsil aldığı illərdə Nəvvab ərəb və fars dillərini mükəmməl öyrənib, böyük fitri istedada malik olduğunu parlaq surətdə nümayiş etdirib. Burda o, astronomiyanı, riyaziyyatı, kimyanı və başqa dünyəvi və dini elmləri dərindən mənimsəmişdi.

Nəvvab Şuşada keçirilən tədbirlərdə fəal iştirak edir, dərin məzmunlu fəlsəfi əsərlər qələmə alır, ixtira etdiyi çap dəzgahlarında kitablar buraxırdı.

Nəvvab 20-dən artıq kitabın müəllifidir. Onun əsərləri içərisində Qarabağın XVIII-XIX əsrlərdə yaşamış 100-dən çox şairinin həyat və fəaliyyəti haqqında olduqca dərin mənalı məlumat verilir. Həmin məlumatlar "Təzkireyi-Nəvvab" antologiyasında toplanıb. Onların içərisində M.P.Vaqifin, M.V.Vidadinin, Q.Zakirin, Cəfərqulu xan Nəvanın, Mehdiqulu xan Vəfanın, Fatma xanım Kəminənin, Həsənəli xan Qaradağinin, Mirzə Rəhim Fənanın, Hacı Abbas Agahın, Mir Mehdi Xəzanının və başqalarının əsərləri dərc olunub. Qeyd etdiyimiz kitab 1913-cü ildə Bakı şəhərində, 1998-ci ildə isə "Şuşa" nəşriyyatında çap edilib.

Nəvvab filosof, astroloq, alim, riyaziyyatçı, kimyaçı, tarixçi və astronom kimi şöhrət qazanıb. 1899-ci ildə o, astonomiyaya aid dərslik yazıb. Öz evində ikiteleskoplu (səma cisimlərinə baxmaq üçün cihaz) kiçik rəsədxana və kimya laboratoriyası yaradıb. Nəvvab "Kifayət-ül-Ətfal" əsərində səma cisimlərinin düzümünün xronoloji cədvəlini təsvir edib.

Nəvvab "Nəsihətnamə" əsərində yetişməkdə olan gənc nəslə nə az, nə çox 500 nəsihət verir. Burda o, müəllimlik və alimlik dühasını nümayiş etdirir. "Kifayət-ül-Ətfal", "Nur-ul-Ənvar" və "Pəncnamə" əsərlərində də mənəvi-əxlaqi sahələrə geniş yer verir. Şuşanın tarixi memarlıq abidələrində, xüsusilə, Yuxarı Gövhər ağa məscidində, özünün şəxsi evində və dərs dediyi mədrəsənin otaqlarında sulu boya ilə çəkilmiş naxışlar sübut edir ki, Nəvvab həm də mahir rəssam və nəqqaş olub.

Nəvvabın "Vüzuhül-Ərqam" ("Rəqəmlərin izahı") adlı məşhur musiqi əsəri ilk dəfə 1913-cü ildə Bakıda nəşr olunub. Müəllif bu elmi əsərində ayrı-ayrı milli muğamlarımızın yaranması, inkişafı, habelə bəzi dəstgahların tərkibi, şeir mətni ilə muğamlarımızın əlaqəsi, ifaçının və dinləyicinin qarşılıqlı əlaqəsi və habelə onların musiqi duyumu nəzərində bir-biri ilə üzləşməsi və qarşılıqlı fəaliyyəti əlaqələndirilir.

Nəvvab "Dəstgah" terminini ilk dəfə işlədənlərdən biri olmuş. Qarabağda mövcud olan altı dəstgahın tərkibini göstərmişdi.

Bu dəstgahların tərkibi "Rast", "Mahur", "Şahnaz", "Rahabi" və ya "Rahab", "Cahargah" və "Nəva"dır. Nəvvabın özünün dediyi kimi, ifa olunan dəstgahın tərkibi çox sahədə ifaçının zövqündən və bacarığından asılıdır. Müəllif həmin dövrdə Qarabağda ifa olunan 82 muğam və mahnının adını göstərir.

Mir Möhsün Nəvvab bir sıra milli muğamlarımızın yaranması, formalaşması və habelə onların adlarının etimologiyasını da elmi cəhətdən izah edir. Məsələn, "Azərbaycan", "Nişapur", "Zabul", "Bağdadi", "Şirvani", "Qacar", "Xətai" və digər muğamlarımızın adlarını onları yaradan adamların və oxunan şeirlərin adları ilə əlaqəli olduğunu bildirir.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Abışova M.M.Nəvvabın milli muğamlarımız haqqında elmi yanaşmalarından bəhs edərkən yazır: "O, "Rast" muğamının yaz küləyinin əsməsinə, "Rahab" muğamını yağışın damcılarına, "Cahargah" muğamını göy guruldamasına, "Digah" muğamını fəvvarəyə, "Humayun" muğamını quşların uçmasına, "Nəva" muğamını bəxtsiz sevgililərin ahına, "Mahur" muğamını suyun şırıltı ilə axmasına, "Şahnaz" muğamını bülbüllərin cəhcəhinə, "Uşşaq" muğamını quşların uçmasına, "Uzzal" muğamını fəzadan düşən kütləyə bənzədir".

Nəvvab milli muğamlarımızın həyəcan təsirlərindən bəhs edərkən yazır: "Uşşaq", "Busəlik" və "Nəva" igidliyə və hünərə səsləyir, "Bozarq", "Rahabi", "Zəngulə", "Zirəfkənd" və "Hüseyni" muğamı qəm və kədər gətirir".

Nəvvab musiqinin şəfaverici xüsusiyyətləri ətrafında da maraqlı elmi fikirlər irəli sürüb. Hazırda bu fikirlər tibb elmləri tərəfindən təsdiq edilib.

Mir Möhsün Nəvvab Şuşanın mədəni və siyasi həyatında fəal iştirak edib. 1872-ci ildə onun evində təşkil edilmiş "Məclisi fəramuşan" ("Unudulmuşların məclisi") ədəbi dərnəyi çox böyük işlər görüb. Məclisin fəaliyyətində M.M.Nəvvab, Həsənəli xan Qaradaği, Fatma xanım Kəminə, Abdulla bəy Asi, Məşədi Əyyub Baku, B.Səbur, B.Fədai, M.Katib və başqaları fəal iştirak edirdilər. Məclisin həyata keçirdiyi tədbirlər yüksək səviyyədə təşkil olunurdu.

Nəvvabın rəhbər olduğu "Məclisi-fəramuşan Xan qızı Natəvanın başçılıq etdiyi "Məclisi üns"lə, Şamaxıda fəaliyyət göstərən "Beytus-şəfa", Bakıdakı "Məcməyuş-Şuəra" ədəbi məclisləri ilə də əlaqə saxlayırdı. Onların arasında yaradıcılıq təcrübəsi və dostluq münasibətləri var idi. "Məclisi-fəramüşan" öz fəaliyyətini 1918-cü ilə kimi davam etdirib.

"Məclisi-fəramuşan"ın məclisləri Çıdır düzündə, Üçmıxın aşağı qurtaracağındakı Ağzıyastı kahada təşkil olunurdu. Bu yer olduqca mənzərəli və əlverişli məkan idi. Şuşada aparılan yenidənqurma və bərpa işlərində, yəqin ki, Ağzıyastı kaha da özünün layiqli yerini tutacaq. Bu, vaxtilə burda mədəniyyətimizin təbliğatçılarının, o cümlədən, Nəvvabın ruhuna böyük hədiyyə olacaq.

Vəhşi erməni quldurları Nəvvabın da məzarını dağıtmışlar. 44 günlük müharibədən sonra Heydər Əliyev Fondu hesabına Nəvvabın müqəddəs məzarı əvvəlkindən də yaxşı səviyyədə bərpa olunub. Bu sahədə Fondun prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü xüsusi qeyd edilməlidir.

XIX əsrin ikinci yarısında Şuşada fəaliyyət göstərən musiqi məktəblərindən biri də M.M.Nəvvabın məktəbi idi.

M.M.Nəvvab Şuşa şəhərinin siyasi həyatında və bütövlükdə Qarabağda və ondan kənarda baş verən siyasi və sosial hadisələrə də biganə qalmamışdı. Xüsusilə, XX əsrin əvvəllərində baş vermiş 1905-1906-cı illər erməni-müsəlman davaları haqqında tarixi əsər də yazıb. Əsərdə Rusiya imperiyasının Şuşada özünə yuva salan məmurlarının, erməni daşnaklarının və erməni Qriqoryan kilsəsinin fəal köməyi ilə müsəlmanlara qarşı törədilmiş qanlı cinayətlər əks olunur.

M.M.Nəvvabın həmin qanlı illərə həsr etdiyi tarixi əsəri "1905-1906-cı illərdə erməni-müsəlman davası" adlanır. Əsər rəy, giriş və 50 başlıqdan ibarətdir. 1993-cü ildə "Şuşa" nəşriyyatı tərəfindən çap olunmuşdur. 128 səhifədən ibarətdir. Kitabın redaktoru Vasif Quliyev, əski əlifbadan çevirənləri filologiya elmləri namizədi Kamandar Şərifli və Arif Ramazanlıdır.

M.M.Nəvvabın bu əsəri tarixi gerçəkliyə əsaslanır. Başlıqların əksəriyyətində müəllif əlavələr etməklə tarixi ədaləti diqqətə çatdırır, erməni quldurlarının bəd və məkrli niyyətlərini ifşa edir.

M.M.Nəvvab əsərində yazırdı: "İstər qımdatlara (müasir erməni saqqallılarının əcdadları), istərsə də başqa erməni millətçi quldur dəstələrinə xeyir-dua verən, onların xalqımıza qarşı törətdikləri qanlı cinayətlərin, qırğınların əsas təşkilatçısı erməni qriqoryan kilsəsi və onların keşişləri idi. Ümumi rəhbəri Ecmiədzin kilsəsi olmuşdur. Hazırda erməni kilsəsi bu siyasətini davam etdirir..." Kitab 50 min tirajla nəşr edilib, geniş oxucu kütləsinə çatdırılıb.

Bioqrafiyasına dair bu müxtəsər qeydlərdən də göründüyü kimi, Mir Möhsün Nəvvab təkcə Şuşa və Qarabağın yox, bütövlükdə Azərbaycanın ədəbi-mədəni və ictimai fikir tarixində xüsusi yerə malikdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Dekabr 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see189

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see166

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see158

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see154

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see143

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see139

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see135

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see134

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see129

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see128

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see128

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see126

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see124

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstan rəsmiləri ilə görüşdü FOTO

30 Noyabr 2025 21:53see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri