Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Bankların keşbek faizləri Yanvar 2026

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Mir Teymur Məmmədovun ev muzeyi: Keramikanın pıçıldadığı və sükutun məna qoruyub saxladığı yer

Mir Teymur Məmmədovun ev muzeyi: Keramikanın pıçıldadığı və sükutun məna qoruyub saxladığı yer

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 20 may, Günel Alıyeva, AZƏRTAC

Azərbaycanın məşhur keramikaçısı, qrafika rəssamı və nəqqaşı Mir Teymur Məmmədovun ev-muzeyi keçmişin ruhunu qoruyub saxlamaqla yanaşı, həm də divarları danışan, sükutu isə məna ilə dolu unikal məkandır.

İçərişəhərin düz ürəyində gizlənən bu evi digərləri ilə qarışdırmaq mümkün deyil. Onun fasadı sanki rəssamın canlanan fantaziyasıdır. Hər biri müstəqil sənət əsəri olan yüzlərlə keramik plitələr üçmərtəbəli binanın bütün divarlarını istər çöldən, istərsə də həyətdən bəzəyir: məzəli kişi və qadın təsvirləri, heyvan fiqurları, bürclər, simvollar, mifik varlıqlar.

Evin içərisində isə dar dəhlizlər, sükut, sanki cəmi bir dəqiqə bundan əvvəl tərk edilmiş alətlərlə dolu emalatxana, kitablar və qeydlər - hər şey ustanın əllərinin istiliyini, yaradıcılıq nəfəsini qoruyub saxlayır. AZƏRTAC rəssam Mir Teymur Məmmədovla müsahibəni təqdim edir.

– Eviniz əsl sənət əsəridir. Şəxsi məkanınızı canlı sənət əsərinə çevirmək fikri nə vaxt və necə yarandı? Bir insan ilk dəfə həyətinizə addım atanda və təəccübdən donanda nə hiss edirsiniz?

– Bu gün qədim sivilizasiyalar, keçmiş minilliklər haqqında bildiyimiz hər şey artefaktlar – keramika, petroqliflər, daş üzərində oyma sayəsində bizə gəlib çatıb. Zamanın bu izləri keçmiş dövrlərin görkəmini qoruyub saxlayıb və məhz onların vasitəsilə tariximizi öyrənə bilirik. Mən anladım ki, topladığım biliklər, o cümlədən sənət və sosial şəbəkələr vasitəsilə ötürülə bilər və ötürülməlidir.

Amma təəssüf ki, bu gün çox sayda mənbələrə çıxışımızın olmasına baxmayaraq, təəssüf ki, gənclər demək olar ki, oxumur. Oxusa da, bu, çox vaxt səthi və təsadüfidir.

Türk sivilizasiyasının fundamental prinsipləri əsrlərdən keçib, amma təəssüf ki, bunlarla yalnız dar bir dairə - tələbələrim və məqalələrimi oxuyan insanlar maraqlanır. Ancaq bu, təslim olmaq üçün bir səbəb deyil. XX əsrin əvvəllərində öz vəsaiti hesabına Azərbaycanın ilk - “Əkinçi” qəzetini nəşr etdirən böyük maarifçi Həsən bəy Zərdabini xatırlayaq. O heç vaxt təslim olmurdu.

Türk olaraq dünyaya gəlmək hələ türk olmaq demək deyil. Bu, daxili vəziyyət, düşüncə tərzi, insanın mikro dünyasının makro dünyası ilə birləşməsidir. Məkanıma aşılamaq istədiyim hiss məhz bu idi.

İnsanlar bu evə ilk dəfə qədəm qoyanda həmişə güclü emosiyalar yaşayırlar. Onlar hiss edirlər ki, sadəcə gözəl bəzədilmiş həyətdə deyil, xüsusi bir yerdə - güc, həqiqət və bilik məkanındadırlar. Burada tamamilə fərqli bir enerji var. Evin ətrafında gəzib hər şeyə baxanda mən maneəçilik törətmirəm, onları təngə gətirmirəm - insanlar da sanki öz ruhlarının istəyi ilə sadəcə oturub hansısa daxili rahatlığa qərq olurlar.

– Siz miniatürdən tutmuş heykəltəraşlığa qədər müxtəlif janrlarda işləyirsiniz. Sizcə, dünya ilə ünsiyyət qurmaq üçün daha asan olan hansıdır?

– Mənim üçün əlçatan bir dildə danışmaq daha asandır. Əlimin altında beton varsa, betonla işləyirəm. Bürünc varsa, bürünclə işləyirəm. Mən heç vaxt özüm üçün məhdudiyyət qoymamışam: nəsə yoxdursa, demək işləmək olmaz. Əksinə, mənim üçün istənilən material ifadə etmək vasitəsinə çevrilir. İdeya hər şeydən yaranır: musiqidən, ağıllı insanla söhbətdən, gəzintidən, hərəkətdən. Daxilimdə reaksiya doğuran hər nəsə yaradıcılıq prosesinin başlanğıcı ola bilər.

– Sizdə hələ də yeni bitirmiş kimi güclü hisslər doğuran bir işiniz varmı?

- Bu, daha çox ədəbiyyatdan olan bir obrazdır. Əslində, yaratdığım hər bir əsər məndə və tamaşaçıda emosiyalar oyatmalıdır. Əgər o bunu etmirsə, deməli, vaxtımı boşa sərf etmişəm.

– Siz Muxina adına Akademiyada təhsil almısınız. Sankt-Peterburqda keçirdiyiniz illər sizə necə təsir etdi?

- Mən oraya bir məqsədlə getdim - daha yaxşı rəsm çəkməyi öyrənmək, mahiyyət etibarı ilə İtaliya İntibahının klassiklərinə əsaslanan rus məktəbinin memarlıq və heykəltəraşlıq texnikasına yiyələnmək. Kitabxanalarda saxlanılan unikal biliklərə çıxış əldə etmək istədim və oradan mümkün olan hər şeyi götürdüm.

– Əsərlərinizdə qədim türk tamqalarına tez-tez rast gəlinir. Onlar şəxsən sizin üçün hansı əhəmiyyət kəsb edir?

– Tamqalar əcdadlardan qalan və türk hekayələrimizdə işlənmiş, şifrələnmiş biliklər, izlər, mənəvi mərhələlərdir. Tamqanın çoxlu qolları və fərqli cəhətləri var, lakin onları bir cəhət birləşdirir - türk ruhunun daşıyıcısı olmaq. Bu, çox vacibdir.

– Siz uzun illərdir türk xalqının tarixini öyrənirsiniz. Bu iş zamanı hansı kəşflərə barışmaqda çətinlik çəkdiniz və ya əksinə, dərindən sarsıldınız?

– Mənim üçün ən dəyərlisi odur ki, əlli illik fəaliyyətim başqalarını da türk irsi haqqında düşünməyə, öz yaradıcılığında ona müraciət etməyə ruhlandırıb. Parlaq nümunələrdən biri Rusiyadan olan Yelena Ponomaryovadır. O akademik sənətdən uzaq idi, lakin Türk dünyası ilə bağlı hekayələrim sayəsində bu mövzuya maraq göstərdi, araşdırmağa və kəşflərini başqaları ilə bölüşməyə başladı. O, sözün əsl mənasında Türk dünyasına aşiq oldu. Bu isə o deməkdir ki, mən uzun müddət – hələ Sovet İttifaqının ilk illərindən qəsdən gizlədilən bir tarix qatı üzərində pərdəni onun üçün bir qədər açmağa nail oldum.

Zamanla bu proses yeni mərhələyə – Türk xalqlarının tarixinin təhrif edilməsi və əvəzlənməsinə keçdi. Məsələn, Macarıstanda yaxın vaxtlara qədər çoxları özlərini Türk dünyasının bir hissəsi kimi – nə qıpçaqlar, nə də ümumiyyətlə türklərin nəsli kimi qəbul etmirdilər. Amma sonra milli şüurun oyanışı baş verdi: ulu türk irsinə mənsubluğun dərk edilməsi. Qaqauzlarda və yakutlarda da vəziyyət eynidir - müxtəlif səviyyələrdə mənşəyə doğru daxili dönüş baş verirdi.

Sovet sistemi qəsdən xalqları öz köklərindən kəsirdi. Məsələn, çuvaşları götürək - onları türk kontekstindən praktiki olaraq siliblər. Yalnız arxeoloji qazıntılar, xüsusən də kurqanlarda keramika məmulatlarının aşkar edilməsi sayəsində onların qədim türk mənşəyini sübut etmək mümkün olmuşdur. Bu tapıntılar tarixi ədalətin bərpasında ən mühüm arqument oldu.

– Özünüzdən sonra hansı iz buraxmaq istəyirsiniz – bir insan kimi, sənətkar kimi, tarixin qoruyucusu kimi?

- Düşünürəm ki, mən artıq nəzərəçarpacaq iz qoymuşam, hətta, elə həmin o Yelena Ponomaryova - özünü türkologiyaya həsr etmiş insan təşəkkür əlaməti olaraq mənə türk tamqaları ilə işlənmiş bir neçə örtük bağışlayıb. Bəs bu, nəticə deyilmi? Üstəlik Qazaxıstandan, Rusiyanın müxtəlif bölgələrindən və digər MDB respublikalarından olan bir çox sənətkarlar türk mövzusuna ciddi maraq göstərməyə başlayırlar. Hiss edirəm ki, məhz mənim səylərim bu prosesi hərəkətə gətirdi və insanlarda öz köklərinə həvəsi oyandırdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see408

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see152

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see151

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see138

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see138

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri