Icma.az
close
up
RU
“Neftçi”də oturuşmuş sistem görünmür” Mircavadov

“Neftçi”də oturuşmuş sistem görünmür” Mircavadov

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasında V tur geridə qaldı. Turnir cədvəlinə 12 xalla liderlik edən “Sabah” bir oyunu ehtiyatda olmasına baxmayaraq, itkisiz irəliləyir.

Keçirdiyi 5 matçdan 12 xal toplayan “Neftçi” top fərqinə görə ikinci pillədə qərarlaşıb, bir matçı təxirə salınan “Qarabağ” isə 10 xalla üçüncü sıradadır.

AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov “Futbolpress.az“a açıqlamasında çempionatdakı gedişatı və komandaların çıxışını dəyərləndirdi:

– Turnir cədvəlinin üst pillələrində yer alan komandaların oyununu və ümumi mənzərəni necə dəyərləndirirsiniz?

– Sentyabrın sonu, oktyabrın əvvəlində, yəni ən azı 6-7 tur geridə qalandan sonra kimin çempionluğa oynadığını, kimin zəiflik göstərdiyini daha aydın təhlil etmək olar. Heyət keyfiyyəti və ümumi performansına görə “Sabah”, “Qarabağ”, “Neftçi” və “Zirə”nin zirvə uğrunda yarışacağı hiss olunur. “Turan Tovuz”da isə sistem hələ formalaşmayıb. İlk dövrə başa çatdıqdan sonra komandaların hansı mövqelər uğrunda mübarizə aparacağı tam dəqiqləşəcək.

– “Neftçi”nin Minsk “Dinamo”suna qarşı çıxışları ilə çempionatdakı oyunu arasında nə kimi fərqlər görürsünüz?

– Düzünü desəm, heç bir fərq yoxdur. “Neftçi” hələ də öz oyun dəst-xəttini tapmaqda çətinlik çəkir. Müdafiə, yarımmüdafiə və hücum xəttində davamlı rotasiyalar edilir. Bəli, yeni transferlər olunub, amma futbolun bir aksiomu var. Heyətə səviyyəli oyunçular qatmaq titula zəmanət vermir. Həmin futbolçuları komandanın mövcud sisteminə uyğunlaşdırmaq lazımdır ki, potensialları tam ortaya çıxsın.

– Komandanın qazandığı qələbələr və ümumi imici sizi qane edirmi?

– “Neftçi” xallar qazansa da, bu qələbələrin hansı rəqiblərlə matçlarda əldə olunduğunu nəzərə almaq lazımdır. Onlar artıq “Zirə”yə 0:1 hesabı ilə uduzublar. Qarşıda isə “Sabah”, “Qarabağ” və “Turan Tovuz”la çətin sınaqlar gözləyir. Əlbəttə, istərdik ki, “Neftçi” zirvə uğrunda sonadək iddialı olsun. Məşqçilər korpusu artıq təqribən 8 aydır ki, komandadadır və müəyyən keyfiyyət nümayiş etdirməlidir. Ancaq hələ ki, meydanda oturuşmuş sistem görünmür. Ümid edirəm ki, növbəti turlarda daha yaxşı futbol və qələbələr izləyəcəyik.

Ayxan Zayıdzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 16 Sentyabr 2026 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri