Icma.az
close
up
RU
Mircəlal Kazımi və Xuraman Cəfərovanın dindirilməsi baş tutmadı

Mircəlal Kazımi və Xuraman Cəfərovanın dindirilməsi baş tutmadı

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Talassemiyalı uşaqlar üçün toplanmış təxminən bir milyon manatı dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidovanın, Aynur Bayramovanın və Aysel Məmmədovanın məhkəməsi davam edir. Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilir.

Bakupost.az xəbər verir ki, zərərçəkənlərin demək olar hamısı Talassemiya Mərkəzində uşaqların müalicəsi ilə məşğul olan Akif həkim tərəfindən Aynur Bayramovaya yönləndirildiklərini, pulu da ona verdiklərini, Aynur Bayramova isə pulları yığıb Nuridə Seyidovaya təhvil verdiyini bildirir.

Aprelin 16-da məhkəmə iclası başlayan kimi hakim Azad Məcidov məhkəmə iştirakçılarının nəzərinə çatdırıb ki, hava şəraitinə görə təqsirləndirilən şəxslər Bakı İstintaq Təcridxanasından məhkəməyə gətirilməyib. Şahid kimi çağırılan Talassemiya Mərkəzinin keçmiş baş həkimi Xuraman Cəfərova və Mərkəzi Gömrük Hospitalının həkimi Mircəlal Kazımi məhkəmə iclasına gəlsələr də, təqsirləndirilən şəxslərin iştirak etməməsi səbəbindən şahidlərin dindirilməsi baş tutmayıb. Hakim hər ikisinə növbəti məhkəmə iclasında mütləq iştirak etmələrini tapşırıb.

Məlum olub ki, Bakı Ağır Cinayətlər Məhkəməsindəki digər məhkəmə prosesləri də təxirə salınıb. Səbəb kimi hava şəraiti qeyd edilib. Yağışın davamlı yağması nəticəsində Bakının yollarında yaranan problemlərə görə məhbuslar Bakı İstintaq Təcridxanasından məhkəməyə gətirilməyib.

Bu iş üzrə məhkəmə prosesi başlayan ilk gündən zərərçəkən və şahidlər cərrah-transplantoloq Mircəlal Kazıminin, Talassemiya Mərkəzinin keçmiş baş həkimi Xuraman Cəfərovanın, Talassemiya Mərkəzinin keçmiş direktoru Valeh Hüseynovun məhkəmədə dindirilməsini tələb edirlər. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslərin 2022-ci aprel ayından - 2023-cü il fevral ayınadək olan müddətdə anten məlumatları, zəngləri, mesaj mətnlərinin məhkəməyə təqdim edilməsi barədə olan vəsatəti də təmin edib.

Talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib.

Müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü ( dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 16 Aprel 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see325

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see255

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see247

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see244

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see240

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see224

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see220

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see207

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see206

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see205

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see204

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see200

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see190

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see170

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see169

TikTokdan məhkəmədə şok etiraf: Uşaqları tətbiqə bağlayacaq şəkildə hazırlanıbmış

27 Sentyabr 2026 04:03see168

Nigerdən Fransa və Ukraynaya ağır İTTİHAM

27 Sentyabr 2026 05:00see163

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see162

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see160

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri