Icma.az
close
up
RU
Mirzə Qurbanov vəfat etdi FOTO

Mirzə Qurbanov vəfat etdi FOTO

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda “Polimer nano və aktiv kompozitlər fizikası” laboratoriyasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Mirzə Qurbanov vəfat edib.

Metbuat.az xəbər verir ki, Mirzə Əbdül oğlu Qurbanov 1941-ci il iyunun 20-də Lənkəran rayonunun Tütəpeştə kəndində anadan olub. 1964-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsini müvəffəqiyyətlə bitirib. 1967-ci ildə Elmlər Akademiyasının Fizika İnstitutunda böyük mühəndis vəzifəsində işləməyə başlayıb. 1968-ci ildə həmin İnstitutun aspiranturasına qəbul olan M.Qurbanov sonralar Y.V. Kurçatov adına Moskva Atom Enerjisi İnstitutuna ezam edilib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetində “Dielektriklərlə məhdudlaşdırılmış qaz aralığında elektrik boşalmaların tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək “Eksperimental fizika” ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə yüksəlib.

O, dielektriklərdə istiliyin və güclü elektrik sahəsinin birgə təsiri şəraitində əvvəlcədən polyarlaşdırılmış polimer kompozitlərdə elektrik, istilikfiziki, elektromexaniki effektlərin və termostimullaşdırılmış cərəyan spektrlərinin yaranma mexanizmini tədqiq etməyə imkan verən cihazın yaradılmasına görə 1980-ci ildə SSRİ xalq təsərrüfatı nailiyyətləri sərgisinin bürünc medalına layiq görülüb.

1985-ci ildə “Dielektriklərin və yarımkeçiricilərin fizikası” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib. 1993-cü ildə fizika-riyaziyyat elmləri doktoru professor adını alıb.

2015-ci ildə AMEA-nın 70 illik yubileyi ilə əlaqədar uzunmüddətli elmi və elmi-təşkilatı fəaliyyəti nəzərə alınaraq professor Fəxri Fərmanla təltif edilib.

2017-ci ildə Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı tərəfindən “İlin nüfuzlu ziyalısı” Ali media mükafatına layiq görülüb. M.Qurbanov elmi fəaliyyətinə görə beynəlxalq aləmdə tanınıb və Nobel mükafatına dəvət olunub.

M.Qurbanovun və mərhum yoldaşı Məfkurə xanımın 2 övladı, 4 nəvəsi yadigar qalıb.

Elm və təhsil sahəsindəki xidmətləri ilə tanınan, səmimiyyəti, qayğıkeşliyi və nəcibliyi ilə də fərqlənən M.Qurbanovun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq!

Allah rəhmət eləsin!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 10 İyul 2025 22:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri