Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Mirzəhüseyn segahı Hekayə

Mirzəhüseyn segahı Hekayə

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ay ev yiyəsi” səsinə əlimdəki işi yarımçıq qoyub həyətə çıxdım. Darvaza ağzında 60-65 yaşında kişinin kimisə axtardığını duyub ona yaxınlaşdım. Salamını alıb,- tanımadım bağışlayın, siz kimsiniz ? – deyə soruşdum.

– Allah qonağıyam. Qəbul edərsiniz?

– Allaha da qurban  olum, onun qonağına da. Xoş gəlmisiniz, buyurun, keçək içəri.

İçəri keçdik. Rahatlanmamış evə göz gəzdirib atamı xəbər aldı. Allah rəhmətinə getdiyini dedim. Heyifsiləndi, rəhmət oxudu:

– Yəqin ki, məni tanımadınız.

– Xeyr.

– Qədimdən atanla dost idim. Adım da Həsəndir. Dağıstanlıyam. Müharibədən bir neçə il əvvəl sizin kəndə işləməyə gəlmişdim. O vaxtdan  da atanla dost olmuşdum.Çox qədirbilən, sənətkarın qiymətini  verən adam idi. Sonra mən müharibəyə getdim. Başım çox müsibətlər çəkdi. Odur ki, bir daha görüşə bilmədik. Bu, mənim sizin kəndə ikinci gəlişimdir.

– Siz bəlkə qalayçı Həsən dayısınız?

– Bəli, oğlum. O vaxtdan çox illər keçib.

Doğrusu, məni təəccüb bürüdü. Axı onun müharibədə itkin düşdüyünü  bilirdik.

Təəccüblə soruşdum:

– Həsən dayı, atamdan sizin müharibədən qayıtmadığınızı eşitmişdik.

– Bəli, atan dediyində bir həqiqət vardı,–o, əlinin üstündəki güllə yarasını və inkişafdan qalmış nazik barmaqlarını göstərərək,- müharibənin yadigarıdır, -dedi.

O, sonra başına gələn bütün hadisə və çəkdiyi müsibətləri açıq-saçıqlığı ilə şirin-şirin danışdı. Bizə  aydın  oldu ki, müharibədə  ölmüş bildiyimiz  Həsən  sağ  imiş. Onun bu maraqlı və həyacan doğuran söhbətindən sonra qonağımız gözümüzdə daha da doğma və əziz göründü. Uzun illər atamın xatırladığı 17-18 yaşlı Həsən  birdən-birə  gözümüz önündə  Həsən dayıya çevrildi. Çox  söz-söhbətdən sonra onun əsir düşməsi, yaralı qayıtması, günahsız yerə 15 il sürgündə  olması, özünə bəraət qazandırması  bizə aydın  oldu. Bütün əzab-əziyyətlərə  baxmayaraq, atamın dediyi fağır, utancaq Həsən, indi qarşımızda  şirinsöhbətli, duzlu-məzəli, atmacalı Həsən dayı olmuşdur.

Şam yeməyindən sonra Həsən dayının  muğamatımızla bağlı söhbəti  bizim xəyalımızda elə naxış saldı ki, onun təsirindən uzun zaman ayıla bilmədik.

Televizorda Hacıbaba Hüseynovun “Mahur” muğamını dinləyən Həsən dayı keçmiş  xatirələrlə  bağlı  söhbətə  başladı:

– Oğlum, sizin muğamınız bizi bir gün ölümdən qurtarıb. Sözümə inanmazsınız. Gözlərimin şahidiyəm. Özüm  iştirakçısı olmuşam. Başağrısı olmasın, söhbətdir edirik.

– Bizim üçün xoşdur, Həsən dayı, söhbətinizi  edin.

Kiçik fasilədən sonra Həsən dayı söhbətinə davam  etdi:

– Müharibənin odlu-alovlu illəridir. Gününü deyə bilmərəm, ancaq yaz ayları  idi. Düşmən göz verir, işıq vermirdi. Döyüşün  qızğın  vaxtı  idi. Aramsız atışma dörd saatdan çox çəkdi. İtkimiz çox oldu. Biz mühasirəyə düşsək də  almanlar  cəbhəni  yara  bilmədilər. Kömək gələnə kimi  necə olursa-olsun  mövqeyimizi qoruyub  saxlamalıydıq. Düşmən  bizi  mühasirədə saxlamaqla  axırımıza çıxmaq  istətirdi. Hər şeyimiz  tükənmək üzrə  idi. Suyumuzu qarşımızdakı çaydan götürmək  lazım  gəlirdi. Alman  əsgərləri  isə çayın o biri sahilində  mövqedə  durmuş, çaydan  su  götürməyə  imkan vermirdilər. Su gətirməyə  gedənlərin   heç  biri  sağ qayıtmırdı. Gecələr çayın sahili  projektorlarla işiqlandırılırdı. Su götürmək qeyri-mümkin  idi. İki gün idi  ki, susuz qalmışdıq. Azərbaycanlı yoldaşım Əziz komandir Kovorovdan icazə alandan sonra mənə yaxınlaşıb  dedi:

– Həsən, komandirdən icazə almışam, deyir, ürəyin kimi istəyir götür get. Gəlsənə, gücümüzü sınayaq.

Mən istər-istəməz razı oldum. Su qablarını yığıb yola düşdük. Almanlar görməsin deyə, gizli yerlərdən keçib çaya yaxınlaşdıq.  Çayın o biri sahilində keşiş çəkən alman əsgərləri aydın görünürdü.Nəzarət üçün qurulmuş çardaqda üç əsgər hər tərəfi bir an belə nəzərdən qoymurdu. Biz sürünüb çayın sahilinə çatdıq. Əziz əlimdən tutub yarğan aşağı sürüşdü. Gözüm gah Əzizdə, gah da qarşıda keşiş çəkən əsgərlərdə idi. Əziz su qablarını doldurdu. Almanların hərəkətlərindən hiss etdim ki, nəsə duyublar. Əziz qabları doldurduqdan sonra ağzını basıb sudan doyunca içdi. Qorxu məni götürmüş, həyəcanım get-gedə artırdı. Çox çəkməz avtomatlar şaqqıldayar, cəbhə dostum gözlərim önündə sərili qalar. Bunları düşündükcə gözlərimdən yaş qeyri-ixtiyarı axırdı. Əziz mənə tərəf sürünüb dolu qabları verdi. Məndəki boş qabları alıb yenidən çaya sarı süründü. Mən qaqbları alıb təhlükəsiz yerdə daldalandım. Su dolu qablardan birini başıma çəkib susuzluğumu yatırtdım.

Almanların narahat danışığı aydın eşidilirdi. Hiss edirdim ki, suyun gurultusundan almanların səsi Əzizin qulağına çatmır.Əziz qabları doldurub təzəcə qurtarmışdı ki, keşik çəkənlər bir-birinə dəydi. Onlar Əzizi görmüşdülər. Hər üçü avtomatlarını ona tuşlayaraq bağırır, söyüşlər yağdırırdı. Bu hadisədən xəbərsiz cəbhə dostum uzalı halda başını əyib yenidən su içdi. O, başını sudan qaldırıb ayağa durduqda düşmən avtomatlarının ona tuşlandığını gördü. Durduğu yerdə quruyub qaldı. Gözlərini almanlardan çəkmədi. Oturmadı. Yerindən tərpənmədi. Almanların istehzalı gülüşlərı, ləzzət alırmışlar kimi ələsalma hərəkətləri  mənim üçün nə qədər kin doğurudusa, Əziz üçün yüz qat belə dəhşətli idi. Ölüm necə də haxladı onu düşünürdüm ki, birdən bir ecazkar səslə-həmişə də heyranı olduğum bir səslə “Mirzəhüseyn segahı”nı başladı. Bu möcüzə səsin qarşısında həqarətli gülüşlər susdu. Səs almanları sehrlədi. Qeyri-ixtiyarı olaraq Əzizə tuşlanmış avtomatlar aşağı düşdü. Səs get-gedə şahə qalxır, zəngulələr göyə pərvazlandı. Bu möcüzəli səs yandırdı ürəkləri, sehrlədi onun üstünə şığıyan ölümü.

Bu mənzərədən göz yaslarımı saxlaya bilmirdim. Sanki o, özünün ölüm marşını oxuyurdu. Çox çəkməz segah bitər, dünyaya həsrətlə baxan  gözlər əbədilik niskillə yumular. Deyəsən segah buna görə bitmək istəmirdi. Bu zəngulələr çayın səsinə qarışaraq əbədiləşmək istəyirdi.

Muğamın yandırıcı təsirindən düşmən də quruyub qalmışdı. Azərbaycan muğamı düşməni-dünyada özlərini bütün xalqlardan üstün tutan alman döyüşçülərini əfsunlamışdı.

Əziz şöbədən-şöbəyə keçdikcə zəngulələr zilə qalxır, sanki ölüm yağdıran düşmənlərə insanlığı təbliq edirdi.

Avtomatlar tam hədəfdən düşdü. “Əhsən səni doğan anaya, Əziz!” – deyə ürəkdən sevindim. Deyəsən Əziz də düşmənin muğamata təslim olduğunu hiss etmişdi. Zəngulələr altında bayaqdan kisəyə doldurmuş dolu qabları saymazyana çiyninə atıb yoluna düzəldi. Almanların uca bir səslə “es lebe”* deməyi ilə üçü də ürəkdən gülüb başlarını heyranlıqla buladı. Ara vermədən ikinci bir səs  “danke shon”** qulaqlarıma dəydi.

Segah getdikcə səslənir, tükənmək bilmirdi. Fürsət məni də sağ-salamat təhlükədən sovuşdurdu. Bir qədərdən sonra biz görüşüb bir-birimizi bağrımıza bassaq da, sevincdən xeyli özümüzə gələ bilmədik.

İki gün ərzində ilk dəfə idi ki, səfər uğurla nəticələnmişdi. Gətirdiyimiz su ilə bir gün də dözməli olduq. Sonra yeni qüvvələrin gəlməsi ilə mühasirədən çıxa bildik.

Həsən dayı sözünü tamamlayıb dedi:

– Oğul, budur muğamınızın möcüzəsi. O, düşmənə də, ölümə də qalib gəldi.

Həsən dayı sabahısı qayıtmalı oldu. Ancaq ondan iki şey bizə qiymətli yadigar qaldı. Biri 36-cı ildə hədiyyə etdiyi stolüstü lampa, bir də şirin söhbətli bu ləzgi qardaşın  “Mirzəhüseyn segahı”nın sehrkar qüvvəsindən danışdığı əfsanəyə oxşar şirin və unudulmaz söhbəti. Həmişə də hər iki yadigar ilə Həsən dayını xatırlayırıq, milli muğamımıza Allahın gözəl, əvəzsiz neməti kimi baxırıq.

*eş lebe-yaşa

**danke shon-sağ ol (almanca)

Fevral, 1983, Nüvədi.

Əli Vəlioğlu

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Aprel 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see606

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see580

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see578

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see483

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see444

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see389

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see378

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see369

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see348

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see338

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see329

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see323

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see316

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see312

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see310

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see305

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see304

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see300

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see293

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see292
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri