Mirziyoyev Trampı Özbəkistana rəsmi səfərə dəvət edib
Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Report" xəbər verir ki, bu barədə iki liderin telefon danışığının yekunlarına dair Mirziyoyevin mətbuat xidmətinin məlumatında bildirilib.
Söhbət zamanı tərəflər Özbəkistan-ABŞ münasibətlərini və ən yüksək səviyyədə əldə olunmuş razılaşmaların ardıcıl icrasını qeyd ediblər.
Dövlət başçıları iqtisadiyyat, investisiya, mülki aviasiya, energetika və digər sahələri əhatə edən ikitərəfli əməkdaşlığın dinamikasını yüksək qiymətləndiriblər.
Bundan əlavə, Mirziyoyev və Tramp beynəlxalq gündəlikdəki məsələləri müzakirə edərək, qlobal təhlükəsizliyin təmin edilməsi və beynəlxalq, eləcə də regional münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Həmçinin qarşıdan gələn ikitərəfli və çoxtərəfli tədbirlərin qrafiki nəzərdən keçirilib.
Söhbətin sonunda Özbəkistan Prezidenti Donald Trampı ölkəyə rəsmi səfərə dəvət edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:192
Bu xəbər 07 Avqust 2026 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















