Mirzoyan: Axı demişdim, bir gün yuxudan oyanıb...
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Artıq edilə biləcək şeylər var və bu baxımdan elektrik şəbəkələrinin birləşdirilməsi ən asan əldə edilə bilən yoldur və bu, artıq edilir".
"Yeni Sabah" xəbər verir ki, bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan COP-17 zamanı jurnalistlərlə söhbətində bildirib.
O, Ermənistan-Türkiyə sərhədinin açılmasına toxunub: "Düşünürəm ki, yaxın gələcəkdə ən qısa nəticələri görəcəyik, çünki yenə də orada tikilməli olan çox şey yoxdur. Elektrik enerjisi sektoru da daxil olmaqla, çox iş tələb edən şeylər var və asanlıqla həll edilə bilən şeylər var". Marqarita pizza
Nazir əvvəlki bəyanatını xatırladıb: "Axı demişdim ki, bir gün səhər oyanıb sərhədin açıq olduğunu görə biləcəyik. Dialoqumuz və münasibətlərimizin tənzimlənməsi kifayət qədər yetkindir və istənilən vaxt qərara gələ bilərik və hər ikimiz Ermənistan-Türkiyə sərhədini aça bilərik".
Mirzoyan Azərbaycanın bu prosesə mane olması ilə bağlı şərhlərlə bağlı qeyd edib: "Türkiyədə iki prosesin paralel şəkildə getməli olduğunu dedilər. Fakt budur ki, hazırda Azərbaycanla sülhümüz, Azərbaycanla ticarətimiz var".
Baxış sayı:100
Bu xəbər 16 Oktyabr 2026 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















