Misir Mərdanov bu xəbəri TƏKZİB ETDİ 30 ildən artıqdır...
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Sabiq təhsil naziri Misir Mərdanovun bir neçə gün əvvəl “Pozan Media TV”yə verdiyi müsahibə müzakirələrə səbəb olub.
Belə ki, sabiq nazir ona ünvanlanan sualları cavablandırarkən təhsil sahəsində mövcud olan bir sıra məsələlərə münasibət bildirib. Lakin onun fikirləri birmənalı qarşılanmayıb və müxtəlif istiqamətlərdə şərh olunub.
Bildirilib ki, guya Misir Mərdanov bu sözləri ilə Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadəni hədəfə alıb.
"Bakupost" xəbər verir ki, sabiq nazir bununla bağlı “Facebook” hesabında paylaşım edərək bu iddiaları təkzib edib.
Misir Mərdanovun paylaşımını təqdim edirik:
“Bir neçə gün əvvəl “Pozan Media TV”dən mənimlə əlaqə saxlayaraq müsahibə verməyimi xahiş etdilər. Müsahibə zamanı jurnalistin suallarını cavablandırarkən təhsil sahəsində mövcud olan bəzi məsələlərə də münasibətimi bildirdim. Heç kəsin şəxsiyyətinə toxunmadan, müəyyən problemlərlə bağlı subyektiv fikirlərimi ifadə etdim.
Təəssüf ki, sonradan sosial şəbəkələrdə müsahibədə səsləndirdiyim fikirlər təhrif olunaraq, onların Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadəyə qarşı yönəldiyi iddia edildi. Bildirmək istəyirəm ki, bu iddia həqiqəti əks etdirmir.
Mən Məleykə Abbaszadəni 30 ildən artıqdır ki, yaxından tanıyıram. Uzun illər ərzində onunla birlikdə çoxsaylı tədbirlərdə iştirak etmişəm. Ona hər zaman hörmətlə yanaşmışam və bu gün də həmin hörmətimi qoruyub saxlayıram” – deyə, M.Mərdanov qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 12 Sentyabr 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















