Icma.az
close
up
RU
Misir Qasımlıdan xəbər var “Qırmızı lager”ə göndərilir

Misir Qasımlıdan xəbər var “Qırmızı lager”ə göndərilir

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Ukrayda 8 il müddətinə həbs edilən İkinci Qarabağ müharibəsi veteranı Misir Qasımlı ilə bağlı yeni məsələ gündəmə gəlib.

Belə ki, Gununsesi.info -ya özəl açıqlama verən Misir Qasımlının yaxın dostu və həbsxana yoldaşı Zaur Əliyevin sözlərinə görə, onu xüsusi olaraq incidirlər və bu həftənin dördüncü günü cəza olaraq “Qırmızı lager”-ə göndəriləcək.

Zaur Əliyev bu barədə bildirib:

“Misir zona gələn gündən problem yaradırlar. Hazırda Jitomirdə, dördüncü zondadır. Ancaq xüsusi olaraq incitməyə çalışırlar, dördüncü gün səhər saatlarında isə Xarkova göndəriləcək. Hamı bilir ki, Misir Qasımlı millətpərəstdir. Bir neçə gün əvvəl həbsxanada azərbaycanlılar haqqında təhqir dolu sözlər işlətmişdilər. Misir də buna etiraz etdi, cavab verdi və beləcə mübahisə yarandı. Həbsxananın rəisi, digərləri məsələni yoluna qoyduqlarını dedilər, üzr istədilər, ancaq sonra xəbər çıxdı ki, Xarkova göndərirlər”.

Zaur Əliyev, həmçinin deyib:

“Ora hazırda bəllidir, şiddətli döyüşlər gedir. Üstəlik, Xarkovda qırmızı lagerlərə məhbusu daha çox sındırmaq üçün göndərirlər. Misir isə heç kriminal da deyil. Gedənlərin çoxunu pis günə qoyurlar, elə indi də ona qarşı niyyətləri budur. Niyə belə etdikləri ilə bağlı açıqlama da vermirlər”.

Zaur Əliyev onu da son olaraq bildirib ki, bütün bunlardan əlavə, Misir Qasımlının məhkəmələrini də qanunsuz olaraq uzadırlar. Sonuncu məhkəmə bu ilin may ayında olub. Ancaq növbəti məhkəmə tarixini 25 iyun 2026-ci il tarixinə əsassız şəkildə təyin ediblər.

Orxan

Gununsesi.info 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Dekabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri