Icma.az
close
up
RU
ADNSUnun rektor əvəzi Misirdə beynəlxalq konfransda FOTOLAR

ADNSUnun rektor əvəzi Misirdə beynəlxalq konfransda FOTOLAR

Icma.az, Manset portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov noyabrın 23-24-də Misirin Delta Elm və Texnologiya Universitetində keçirilən II Beynəlxalq Mühəndislik Tədqiqat və İnnovasiya Konfransında (DU-IECRI 2024) iştirak edib.


Manset.az xəbər verir ki, konfrans davamlı inkişaf strategiyası və Misir 2030 Vizyonu çərçivəsində mühəndislik sahəsində aparıcı tədqiqat və innovasiyaların təqdimatına həsr olunub. Tədbir akademik dairələri, tədqiqatçıları və texnoloji mühəndislik sahəsinin professional nümayəndələrini bir araya gətirən mühüm elmi platformadır.

Dosent Vazeh Əskərov konfransda çıxışı zamanı müasir sənayenin tələbələrinə cavab vermək üçün mühəndis təhsilinin elm və innovasiyalara əsaslanmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, konfransda çıxışı zamanı bu günlərdə Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) toxunaraq gələcəyin  mühəndislərinin “yaşıl texnologiyalara” dərindən bələd olan kadrlar kimi yetişdirilməsinin önəmini vurğulayıb.

DU-IECRI 2024 müasir mühəndislik tətbiqlərinə və real dünya problemlərinə fokuslanmaqla, innovativ tədqiqat layihələrinin təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Konfrans iştirakçıları texnoloji inkişafın aktual istiqamətləri və gələcək perspektivlərini müzakirə ediblər.

Qeyd edək ki, cari il 26 aprel tarixində Delta Elm və Texnologiya Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasında Anlaşma Memorandumu imzalanıb. Bu sənəd iki təhsil müəssisəsi arasında strateji tərəfdaşlıq əlaqələrinin genişləndirilməsinə yönəldilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 26 Noyabr 2024 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri