Misirə giriş vizasının qiyməti artırılır
Icma.az, Axar.az saytına istinadən bildirir.
Martın 1-dən etibarən Misirə turist vizasının qiyməti 30 dollara yüksəldiləcək.
Axar.az xəbər verir ki, bu barədə "Cairo 24" nəşri məlumat yayıb.
Məlumata görə, hazırda 25 dollar olan giriş vizasının qiyməti martın 1-dən 30 dollara qaldırılacaq. Bildirilir ki, bu addım turistlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və Misirin turizm istiqaməti kimi rəqabət qabiliyyətinin gücləndirilməsi məqsədi daşıyır.
Qiymət dəyişikliyi yalnız Qahirə və Hurqada hava limanları vasitəsilə ölkəyə daxil olan turistlərə şamil ediləcək. Şarm əl-Şeyxə gələn turistlər üçün 15 günlük pulsuz “Sinay möhürü” qüvvədə qalacaq. Lakin bu regiondan kənara çıxmaq istəyənlər viza rüsumu ödəməli olacaqlar.
Baxış sayı:121
Bu xəbər 22 Fevral 2026 21:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















