Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Rusiyadan miqrantları üzən QƏRAR

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Mişustin Paşinyanı hədələyib Moskvadan İrəvana xəbərdarlıq

Mişustin Paşinyanı hədələyib Moskvadan İrəvana xəbərdarlıq

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Başqa sözlə, Kreml Brüsselin Cənubi Qafqazda artan fəallığını səssiz izləmir. Moskva artıq diplomatik xəbərdarlıqları iqtisadi təzyiq mexanizmləri ilə müşayiət etməyə başlayıb.

Kremlin əsas narahatlığı Brüsselin İrəvana siyasi zəmanət verməsidir. Son iki ildə Ermənistan xarici siyasətində görünməmiş istiqamət dəyişikliyi edib. İrəvan təhlükəsizlik məsələlərində Rusiyadan uzaqlaşaraq Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığı genişləndirir. Avropa İttifaqının müşahidə missiyasının Ermənistanda yerləşdirilməsi, Avropa Siyasi Birliyinin sammitlərinin keçirilməsi, Avropa rəsmilərinin intensiv səfərləri və indi də Ursula fon der Lyayenin son iki ayda ikinci dəfə İrəvana səfəri Moskva tərəfindən təkcə diplomatik fəaliyyət kimi deyil, Rusiyanın Cənubi Qafqazdakı mövqelərinə sistemli müdaxilə kimi qiymətləndirilir.

Bu baxımdan Mişustin-Paşinyan telefon danışığı formal iqtisadi müzakirədən daha çox siyasi xəbərdarlıq xarakteri daşıyır.

Ermənistanın “Hraparak” nəşrinin yazdığına görə, Moskva İrəvana növbəti dəfə açıq mesaj verib ki, əgər Ermənistan Brüsselə inteqrasiya xəttini davam etdirərsə, bunun ağır iqtisadi və siyasi nəticələri olacaq. Diplomatik xəbərdarlıq artıq iqtisadi sanksiyalarla əvəz olunur. Əslində Kreml bu siyasəti artıq praktikada tətbiq etməyə başlayıb.

Avropa Siyasi Birliyinin İrəvanda keçirilən zirvə görüşü və Ukrayna Prezidenti Volodmir Zelenskinin bu  toplantıda iştirak edib Moskvanın ünvanına səsləndirdiyi bəyanatlardan sonra Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) Ermənistanın spirtli içkiləri, mineral suları, meyvə-tərəvəzi, balıq məhsulları və digər ixrac mallarına müxtəlif məhdudiyyətlər tətbiq etdi. Bununla yanaşı, Ermənistan məhsullarının digər Avrasiya İqtisadi İttifaqı ölkələrinə tranziti də çətinləşdirildi.

Rəsmi Moskva bunu texniki və sanitar səbəblərlə izah etsə də, İrəvanda demək olar ki, heç kim bunun siyasi motiv daşımadığına inanmır.

Ekspertlər də hesab edir ki, Ursula fon der Lyayenin səfəsindən sonra daha sərt sanksiyalar mümkündür. Erməni mətbuatında yayılan məlumatlara görə, Kreml artıq növbəti, daha geniş sanksiyalar paketini hazırlayır. “Hraparak”ın iddiasına əsasən, bu paketin Ursula fon der Lyayenin Ermənistana səfərindən sonra qüvvəyə minməsi ehtimal olunur. Əgər bu ssenari reallaşarsa, söhbət artıq ayrı-ayrı məhsullara tətbiq olunan məhdudiyyətlərdən deyil, Ermənistan-Rusiya iqtisadi münasibətlərinə ciddi zərbə vura biləcək sistemli tədbirlərdən gedə bilər. Bu isə xüsusilə Ermənistan iqtisadiyyatı üçün həssas məsələdir. Çünki Ermənistanın ixracının mühüm hissəsi hələ də Rusiya bazarına yönəlib, ölkəyə daxil olan pul köçürmələrinin əhəmiyyətli hissəsi Rusiyadan gəlir və minlərlə Ermənistan vətəndaşı məhz Rusiyada çalışır.

Kreml başa düşür ki, Ermənistanın siyasi qərarlarını hərbi təzyiqlə dəyişmək əvvəlki qədər mümkün deyil. Buna görə də əsas təzyiq aləti kimi iqtisadi rıçaqlardan istifadə olunur. Rusiyanın Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev də açıq şəkildə bildirib ki, Rusiya ilə mövcud əlaqələrin qırılması ilk növbədə adi Ermənistan vətəndaşlarına ağır zərbə vuracaq. Bu bəyanat əslində xəbərdarlıqdan daha çox siyasi ultimatum xarakteri daşıyır. Moskva İrəvana göstərmək istəyir ki, Avropa ilə yaxınlaşmanın iqtisadi qiyməti çox ağır ola bilər.

Digər tərəfdən Avropa İttifaqı da İrəvanı tək buraxmaq niyyətində deyil. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin, eləcə də Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kosun Cənubi Qafqaza səfəri Ermənistan daxilində Paşinyana açıq siyasi dəstək kimi qiymətləndirilir. Bu səfərlər parlament seçkilərindən sorna və Konstitusiya Məhkəməsinin mühüm qərarları ərəfəsində baş verir. Brüssel bununla həm Paşinyanın islahat kursuna dəstəyini nümayiş etdirir, həm də Ermənistanın Avropa inteqrasiyasına siyasi zəmanət verməyə çalışır. Bundan əlavə, Avropa Komissiyasının Ermənistana 34 milyon avro ayırması da təsadüfi deyil. Bu vəsaitin əsas məqsədlərindən biri Rusiyanın mümkün iqtisadi təzyiqlərinin təsirlərini müəyyən qədər kompensasiya etməkdir. Lakin reallıq ondan ibarətdir ki, 34 milyon avro Ermənistanın Rusiya bazarından və logistika imkanlarından asılılığını əvəz edə biləcək həcmdə deyil.

Baş verən hadisələr göstərir ki, Ermənistan artıq Moskva ilə Brüssel arasında geosiyasi rəqabətin əsas meydanına çevrilib.Rusiya Ermənistanı iqtisadi asılılıq vasitəsilə öz orbitində saxlamağa çalışır.

Avropa İttifaqı isə maliyyə, siyasi dəstək və institusional əməkdaşlıq vasitəsilə İrəvanı Qərbə yaxınlaşdırmağa çalışır. Beləliklə, Ermənistan faktiki olaraq iki fərqli geosiyasi model arasında seçim edir.

Moskvanın narahatlığının kökündə yalnız Ermənistanın Avropa ilə yaxınlaşması dayanmır. Əsas təhlükə ondan ibarətdir ki, Ermənistanın uğurlu şəkildə Rusiyanın təsir dairəsindən çıxması postsovet məkanında digər ölkələr üçün də presedent yarada bilər. Bu isə Kremlin uzun illər ərzində qurduğu regional təsir sistemini daha da zəiflədər. Məhz buna görə də Moskva İrəvanın hər yeni Avropa addımına iqtisadi və siyasi təzyiqlə cavab verməyə çalışır. Lakin bu strategiyanın nə dərəcədə effektiv olacağı artıq açıq sualdır. Çünki Ermənistan rəhbərliyi indiki mərhələdə geri çəkilmək əvəzinə, Avropa ilə inteqrasiyanı daha da sürətləndirmək niyyətini nümayiş etdirir. Bu isə onu göstərir ki, Cənubi Qafqazda geosiyasi qarşıdurma yeni mərhələyə qədəm qoyur və qarşıdakı aylarda Moskva-Brüssel rəqabətinin əsas episentrlərindən biri məhz Ermənistan olacaq.

Mürtəza Bünyadlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 İyul 2026 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see922

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see401

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see312

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see228

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see220

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see217

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see210

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see205

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see202

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see201

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see194

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see192

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see190

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see187

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see186

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see183

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see181

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see177

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see172

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri