MİT rəhbəri İbrahim Kalın liviyalı rəsmilərlə Ankarada görüşdü
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın Ankarada Liviya Milli Birlik Hökumətinin müdafiə naziri vəzifəsini icra edən Əbdülsəlam Zubi və Baş nazir Əbdülhəmid Dibeybənin milli təhlükəsizlik üzrə müşaviri İbrahim Dibeybə ilə görüş keçirib.
Turkustan.az xəbər verir ki, təhlükəsizlik mənbələrinin məlumatına görə, görüşdə Liviyadakı son vəziyyət, regional proseslər, Türkiyə–Liviya əməkdaşlığının inkişafı və ölkədə sabitliyin qorunması istiqamətində görüləcək işlər müzakirə olunub.
Liviya nümayəndələri Türkiyənin ölkədə oynadığı konstruktiv və sabitləşdirici rolu yüksək qiymətləndirdiklərini bildiriblər.
İbrahim Kalın isə Türkiyənin Liviyada sülh və sabitliyin qorunmasına dəstəyinin davam edəcəyini vurğulayıb.
O, həmçinin Ankaranın Liviyanın siyasi birliyinin möhkəmləndirilməsinə, ölkənin şərq və qərbindəki idarəetmə strukturlarının vahid dövlət çətiri altında birləşdirilməsi prosesinə dəstəyini bundan sonra da davam etdirəcəyini bildirib.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:43
Bu xəbər 05 Avqust 2026 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















