Mixail Kavelaşvili: Gürcüstan ərazi bütövlüyünə Türkiyənin verdiyi dəstəyi yüksək qiymətləndirir
Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Report”un məlumatına görə bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili Türkiyənin ticarət naziri Ömər Bolat ilə görüşündə deyib.
Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq, iqtisadi əməkdaşlıq və regional layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Mixail Kavelaşvili bildirib ki, Gürcüstan Türkiyənin suverenlik və ərazi bütövlüyünə verdiyi sarsılmaz dəstəyi yüksək qiymətləndirir. Prezident əlavə edib ki, qarşılıqlı etimada, milli maraqlara, hörmətə əsaslanan münasibətlər iki ölkə arasında strateji əməkdaşlığı daha da möhkəmləndirir.
“Regionda həyata keçirilən layihələr – enerji, nəqliyyat və infrastruktur sahəsindəki təşəbbüslər ölkələrimiz arasında səmərəli tərəfdaşlığın və davamlı inkişafın göstəricisidir. İnanıram ki, bu əməkdaşlıq daha yüksək səviyyəyə çatacaq”, – Prezident qeyd edib.
Görüşdə Gürcüstanın Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq təşəbbüslərinə sadiqliyi də vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 16 İyul 2025 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















