Icma.az
close
up
RU
Mixail Qusman: COP29 böyük uğurla keçir

Mixail Qusman: COP29 böyük uğurla keçir

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Mən Dubayda COP28-də olmuşam. Biləndə ki, Azərbaycan yekdilliklə növbəti COP29 konfransının keçiriləcəyi məkan kimi seçilib, bir tərəfdən, təbii ki, hədsiz sevindim, digər tərəfdən isə narahat olmağa başladım. Çünki başa düşürdüm ki, belə bir tədbiri təşkil etmək üçün Azərbaycanda ən müxtəlif nazirliklərdə və idarələrdə olan dostlarım və həmkarlarım böyük iş görməli olacaqlar".

Bu barədə AZƏRTAC-a müsahibəsində "TASS" agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman bildirib.

"Düzdür, bundan əvvəl Azərbaycanda çoxlu müxtəlif genişformatlı tədbirlər keçirilib, lakin indiyədək belə bir böyük tədbir təşkil olunmayıb. Bir düşünün - 70 mindən çox iştirakçı, onlarla dövlət başçısı!.. Mən bu cür fantastik hazırlığa görə bütün təşkilat komitəsinə, bu təşkilat komitəsinin müxtəlif bölmələrinin rəhbərlərinə ehtiramımı bildirirəm", - deyə M.Qusman qeyd edib.

O, COP29 məkanının uğurlu seçildiyini vurğulayaraq deyib: "Deməliyəm ki, birincisi, mənə elə gəlir ki, Bakı Stadionunun bütün konfransların mərkəzi kimi seçilməsi çox müdrik qərar idi. O, təbii olaraq transformasiya olunmuş və Dövlət Başçıları Sammitindən tutmuş jurnalistlərin işinə qədər bütün tədbirlərin keçirilməsi üçün ideal, əlverişli məkana çevrilib. Bütün bunlar çox yığcam və rahatdır. İkincisi, bu, şəhəri həddindən artıq yükdən azad etdi. Axı çoxları şübhə ilə yanaşırdı - hər kəs necə hərəkət edəcək? Hər şey normaldır, hər şey işləyir. Hər şey burada cəmləşib. İdeal şəraitdir. Mən onlarla həmkarım və jurnalistlə, rəsmilərlə, hətta rəhbərlərlə danışdım. Hər kəs, sadəcə, heyrandır. Bu, əlbəttə ki, hər şeyin ən xırda detallarına qədər düşünülmüş olduğundan xəbər verir. Bilirəm ki, bütün bunlar Azərbaycan Prezidentinin sözün əsl mənasında, gündəlik nəzarəti altında baş verib.

Mən gecə-gündüz COP29-la bağlı hazırlıq işləri ilə məşğul olan insanları birbaşa tanıyıram. Deməliyəm ki, onlar bu tədbirin uğurlu keçməsini təmin etmək üçün canlarını, intellektlərini qoyublar. Nəticələr də dərhal göründü. Düşünürəm ki, burada müzakirə olunan mövzu da bütün bəşəriyyət üçün ən vacib mövzudur. Bu, əlbəttə ki, dramatik iqlim dəyişiklikləri ilə mübarizədə dünyanın səylərini birləşdirməsinin təmin edilməsində böyük rol oynayacaq.

Mənim üçün çox ağrılı olan və hər kəsi narahat etməli olan ən vacib mövzulardan biri Xəzər dənizinin dayazlaşmasıdır. Bu, mənim üçün sadəcə olaraq ürək ağrısı, iztirabdır. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri zamanı Prezident İlham Əliyev xüsusi olaraq bu məsələyə diqqət çəkib, müvafiq tapşırıqlar verilib.

Müzakirə olunan problemlər bir aya, hətta bir ilə də həll edilə bilməz, amma əsas odur ki, Azərbaycan Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi qlobal həmrəylik, yaşıl dünya uğrunda mübarizədə ümumi səy göstəriləcək. Düşünürəm ki, bu baxımdan artıq bu gün konfransın çox böyük uğurla keçdiyini demək olar".

M.Qusman əlavə edib ki, o, Rusiya ilə Azərbaycanın fikir ayrılığının olacağı və ya səylərini birləşdirə bilməyəcəyi bir dənə də mövzu bilmir. "Qlobal problemlər, iqlim, ekologiya ilə bağlı hər şey Azərbaycan və Rusiyanı eyni dərəcədə narahat edir. Təbii ki, Rusiya böyük dövlətdir, burada həm də şimal problemləri də var və s. Azərbaycan üçün bu, dediyim kimi, Xəzərin problemidir. Lakin burada qarşılıqlı yardım çox böyük əhəmiyyət kəsb edir", - deyə M.Qusman sözünü yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Noyabr 2024 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Corcina Rodriges ona “kök” deyənlərə cavab olaraq bədənini nümayiş etdirib FOTO

05 Avqust 2026 04:19see373

Bir ailə eyni anda 200 “Ginnes” rekorduna imza atdı

05 Avqust 2026 06:22see362

“Nizami” və “28 May” arasında fəaliyyət göstərəcək avtobuslar pullu olacaq

04 Avqust 2026 15:41see303

İtaliya miqrantların yerləşdirilməsi üçün Ermənistanı nəzərdən keçirir KİV

04 Avqust 2026 18:03see292

Deko Xulian Alvares üçün Madridə gəlib

05 Avqust 2026 02:08see277

Qarabağda minalar belə təmizlənir VİDEO

04 Avqust 2026 17:10see272

Təyyarəyə simsiz qulaqlıqla minmək qadağası gəlir səbəb

05 Avqust 2026 02:03see255

19FortyFive: Moskvaya uçan dronlar...

05 Avqust 2026 18:49see235

Çempionlar Liqası: Sabah Orhus a qarşı Oyun başladı CANLI YAYIM

05 Avqust 2026 21:19see232

Qvardiolanın gözü MLS in gənc ulduzundadır

04 Avqust 2026 19:33see231

Sirr kimi saxlayırdılar, amma... Görüntüləri yayıldı ŞOK FOTO

04 Avqust 2026 16:48see219

Hindistan Rusiyanın bu təyyarələrini almaqdan imtina etdi

05 Avqust 2026 01:22see219

​İspaniyada tutulan miqrantlar Ermənistana göndərilir? İrəvan açıqladı

04 Avqust 2026 16:50see207

Bakteriyanın ən sürətlə çoxaldığı yemək bəlli oldu: Nə toyuq, nə də yumurta

06 Avqust 2026 04:04see206

Bakı metrosunda avqustun 15 dən yeni mərhələ BAŞLAYIR

05 Avqust 2026 19:27see197

Dua edən it, kəkilli buzov, uçan at... Fotolar

05 Avqust 2026 03:47see196

Azərbaycanın yaşıl gələcəyinin qlobal önəmi

05 Avqust 2026 12:12see187

Ağdam Sənaye Parkına 177 milyon manatdan çox yatırım qoyulub

06 Avqust 2026 00:07see177

Qarabağda qeydə alınan nadir heyvanlar SİYAHI

05 Avqust 2026 07:01see173

Özgür Özəl həbs olunacaq

05 Avqust 2026 00:43see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri