Icma.az
close
up
RU
Mixail Qusman: “Heydər Əliyev xalqın etibar etdiyi lider idi”

Mixail Qusman: “Heydər Əliyev xalqın etibar etdiyi lider idi”

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, jurnalistlərlə söhbətində tanınmış rusiyalı jurnalist, bakılı Mixail Qusman belə deyib.
“Biz respublikamızla və liderimizlə səmimi şəkildə qürur duyurduq və o vaxtdan artıq onu məhz lider kimi qəbul edirdik. Heydər Əliyev gənc idi, güclü və enerjili idi, hələ 50 yaşı tamam olmamışdı. O, güc, iradə və əminlik saçırdı. Biz heç olmasa nədəsə ona bənzəməyə və onun müəyyən etdiyi yüksək meyarlara uyğun gəlməyə çalışırdıq”, - Qusman vurğulayıb.
Onun sözlərinə görə, sonrakı illərdə Heydər Əliyev böyük Sovet İttifaqının rəhbərlərindən birinə çevrildi, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini oldu.
“Biz əmin idik ki, elə bir gün gələcək o, daha yüksək vəzifələrə qalxacaq”, - jurnalist bildirib.
Heydər Əliyevin sonralar ağır xəstəlik keçirdiyini və bir çoxlarının onun yenidən fəal siyasi fəaliyyətə qayıdacağına inanmadığını xatırladan jurnalist bildirib ki, buna baxmayaraq, görkəmli siyasi xadimin mənəvi gücü, cəsarəti və iradəsi və ən əsası, ölkəsinə qarşı məsuliyyət hissi qeyri-mümkünü mümkün etdi.
“Respublikanın parçalandığı bir vaxtda xalq onu geri dönməyə və ölkəni xilas etməyə çağırdı. O isə yalnız bu çağırışı əsas götürərək geri döndü və ilk prezident seçkilərində demək olar yekdilliklə prezident seçildi. Bu isə o demək idi ki, o, arxasında xalqın etimadı olan liderdir”, - Mixail Qusman qeyd edib.
Ümummilli Liderə həsr olunmuş “Liderin qəlbi” sənədli filmi barədə danışan Mixail Qusman qeyd bildirib: “Biz onun haqqında film çəkdik və mümkün qədər çox tamaşaçının izləməsini istərdim. Mən əminəm ki, lider olmaq sadəcə sonradan əldə edilən keyfiyyət deyil, lider doğulmaq lazımdır. Heydər Əliyev məhz belə bir lider kimi dünyaya gəlib”.
Əgər yenidən Heydər Əliyevlə görüş imkanı olsaydı, ona verəcəyi son sualın nə olacağı barədə sualın cavabında Qusman deyib: “Zamanı geri qaytarmaq mümkün deyil və bu söhbəti canlı təsəvvür etmək də mümkün deyil. Lakin mən tez-tez onun xatirəsinə müraciət edirəm. Yəqin ki, belə soruşardım: “Heydər Əliyev, sevimli Azərbaycanınızın bu günkü həyatından razısınızmı?” Mən əminəm ki, o, gülümsəyərək cavab verərdi: ‘Bəli, razıyam’.”
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://azvision.az
archiveBu xəbər 13 Dekabr 2025 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see365

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see328

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see320

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see315

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see313

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see309

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see301

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see294

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see291

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see266

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see262

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see254

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see252

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see245

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see245

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see241

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see227

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see208

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see202

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri