Mixalkovun yeni artistliyi Besoqon niyə anti Azərbaycan kampaniyasına qoşuldu?
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Avqustun 1-də yayımlanan "Besoqon TV"nin növbəti buraxılışında tanınmış rejissor Nikita Mixalkov Azərbaycana qarşı açıq təbliğat aparıb.
Əvvəllər azərbaycanlı yazıçı və ssenarist Rüstəm İbrahimbəyovla bir neçə layihədə əməkdaşlıq etmiş Mixalkov son illərdə Kremlin ideoloji təbliğatına xidmət edən əsas fiqurlardan birinə çevrilib.
Budəfəki verilişində o, Azərbaycanı "nankor" eks-sovet respublikası kimi təqdim edib və ölkəyə qarşı bir sıra yalan və təhrif olunmuş iddialar səsləndirib.
Proqramda AZAL-a məxsus mülki təyyarəni Rusiyanın vurması və Yekaterinburqda azərbaycanlılara qarşı zorakılıq hallarına baxmayaraq, rəsmi Moskvanın bu məsələlərdə məsuliyyəti üzərinə götürmədiyi qeyd olunub. Həmçinin N.Mixalkovun verilişində Azərbaycan Prezidentinə qarşı təhqiramiz ifadələr işlədilib və Şuşa Media Forumu ilə bağlı təqdim edilən məlumatlar kontekstdən çıxarılıb.
Bütün bunlara baxmayaraq, Rusiya mediasının açıq ermənipərəst mövqeyi fonunda Azərbaycan tərəfi təmkin nümayiş etdirib. Təyyarə insidentinə görə Azərbaycan tərəfindən bütün diplomatik və hüquqi prosedurlar yerinə yetirildiyi halda Rusiyada məsul şəxslər nəinki cəzalandırılmayıb, əksinə, mükafatlandırılıb və baş verənlər gizlədilməyə çalışılıb.
N.Mixalkovun bu çıxışı Kremlin informasiya siyasəti və azərbaycanofobiyanın sistemli şəkildə təşviqi fonunda iki ölkə arasında münasibətlərin daha da gərginləşdiyini göstərir.
Ətraflı Baku TV-nin süjetində:
Mixalkovun yeni "artistliyi" - Besoqon niyə anti-Azərbaycan kampaniyasına qoşuldu?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 03 Avqust 2025 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















